Icma.az
close
up
RU
Təhlükəsizlik prioritetdir: TikTok Azərbaycanda 600 min videonu silib

Təhlükəsizlik prioritetdir: TikTok Azərbaycanda 600 min videonu silib

Icma.az, Azvision saytına istinadən bildirir.

TikTok 2026-cı ilin birinci rübü üzrə “İcma Qaydalarının tətbiqi haqqında” hesabatını açıqlayıb. Hesabatda platformanın istifadəçi təhlükəsizliyinin təmin edilməsi istiqamətində gördüyü işlərin nəticələri, eləcə də kontent moderasiyasına yanaşmalardakı yeniliklər əks olunub.
Hesabata əsasən, 2026-cı ilin yanvar–mart aylarında Azərbaycanda:
• İcma Qaydalarının pozulmasına görə 590 mindən çox video silinib;
• Silinən videoların 99,4%-i platforma tərəfindən proaktiv şəkildə, yəni istifadəçi şikayəti daxil olmadan aşkarlanaraq aradan qaldırılıb;
• İcma Qaydalarına uyğun olmayan videoların 95,7%-i dərc edildikdən sonra ilk 24 saat ərzində silinib.
Eyni dövr ərzində TikTok qlobal miqyasda:
• İcma Qaydalarını pozan 184 milyondan çox videonu silib;
• Qayda pozuntularının 99,3%-i istifadəçi şikayəti daxil olmadan aşkarlanıb;
• Bu cür kontentin 94,4%-i dərc edildikdən sonra ilk 24 saat ərzində silinib.
2025-ci il ərzində isə TikTok Azərbaycanda İcma Qaydalarının pozulması səbəbindən 3,6 milyondan çox videonu platformadan silib.
2026-cı ildə TikTok istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində yanaşmalarını təkmilləşdirməyə və kontent moderasiyasında süni intellekt texnologiyalarının tətbiqini genişləndirməyə davam edir. Bu ildən etibarən şirkət ilk dəfə olaraq platformadan avtomatik silinən kontentlə bağlı statistikaya süni intellekt texnologiyaları vasitəsilə silinmiş videoları da daxil edir. Hazırda avtomatlaşdırılmış sistemlər, o cümlədən süni intellekt texnologiyaları platformada silinən bütün kontentin 96%-dən çoxunu aşkarlayaraq operativ şəkildə aradan qaldırır. Bu isə platformanın tələblərinə zidd olan paylaşımların daha operativ aşkarlanmasına imkan yaradır.
TikTok LIVE yayımların təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri də davamlı olaraq gücləndirir. Platforma 2026-cı ilin birinci rübündə dünya üzrə 50,8 milyon canlı yayımı dayandırıb. Bununla yanaşı, TikTok canlı yayımlar zamanı qazanc imkanlarını tənzimləyən qaydaların tətbiqini də təkmilləşdirir. Məqsəd orijinal və keyfiyyətli LIVE-kontent yaradan müəlliflərin dəstəklənməsini və mükafatlandırılmasını təmin etməkdir. 2026-cı ilin birinci rübünün nəticələrinə əsasən, platforma TikTok-un tələblərinin pozulması səbəbindən 58,2 milyondan çox canlı yayım üzrə müəlliflərə xəbərdarlıq edib və ya onların monetizasiya alətlərinə çıxışını məhdudlaşdırıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 İyul 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri