Icma.az
close
up
RU
Təhlükəsizlik zəmanəti, yoxsa...

Təhlükəsizlik zəmanəti, yoxsa...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Avropa Ukraynanın kölgəsində gizlənməyə çalışır?

Müasir dünya siyasətinin gündəminin mərkəzində dayanan əsas məsələlərdən biri qlobal təhlükəsizliyin ciddi təhdidlər qarşısında qalmasıdır. Xüsusilə, üç ildir ki, davam edən Ukrayna-Rusiya müharibəsi artıq iki ölkə arasındakı münaqişə kimi deyil, bütün Avrasiya məkanının sabitliyini silkələyən geosiyasi təlatüm kimi xarakterizə olunur. Müharibənin davam etməsi, sülh perspektivlərinin qeyri-müəyyən qalması Avroasiyada təhlükəsizlik indeksini kəskin şəkildə aşağı salır. Bu proses fonunda qitələrarası güc balansında yeni qarşıdurma xətləri yaranır, mövcud münaqişələr isə daha da dərinləşir, konfrantasiyalar əvvəlkindən daha geniş miqyas alır.

Maraqlı məqam odur ki, qlobal oyunçuların bir qismi bu münaqişənin sona çatması üçün real təşəbbüslər ortaya qoymaq əvəzinə, əksinə, prosesin uzanmasında dolayı maraqlı görünür. Çünki bu münaqişə ətrafında formalaşan “böhran çəmbəri” yalnız hərbi-siyasi məsələlərdən ibarət deyil, həm də iqtisadi problemlərin arxa plana keçirilməsi vasitəsidir. Enerji təhlükəsizliyi, tədarük zəncirlərinin pozulması və inflyasiyanın yüksəlməsi qlobal gündəmin ən ağrılı elementlərindən biri olsa da, Ukrayna müharibəsinin önə çəkilməsi ilə bu böhranlar müəyyən qədər kölgədə saxlanılır. Beləliklə, qlobal təhlükəsizliklə bağlı real çağırışlar getdikcə artır, lakin böyük güclərin davranış trayektoriyası bu çağırışlara cavab vermək əvəzinə, daha çox özlərinin siyasi və iqtisadi maraqlarını qorumağa yönəlir. Bu isə həm Avrasiya məkanında, həm də dünya miqyasında sabitliyin daha da zədələnməsinə yol açır.

Ukrayna ilə bağlı ziddiyyətli mövqelər

Təsadüfi deyil ki, müharibənin bitirilməsi istiqamətində ABŞ-ın ortaya qoyduğu səylər digər qlobal oyunçular tərəfindən analoji əsaslarla davam etdirilmir - məsələn, Aİ müharibənin bitirilməsindən çox “təhlükəsizlik arqumentini” irəli sürür. Yeri gəlmişkən, Avropa Parlamentinin sədri Roberta Metsola Ukraynanın Avropa İttifaqına daxil olmasını təhlükəsizliyin təminatı adlandırıb və bildirib ki, Avropa Parlamenti bu yolda ölkəni tam dəstəkləyir. “Avropa İttifaqına daxil olmaq özü-özlüyündə təhlükəsizliyin təminatıdır və biz birlikdə bu yolla irəliləyirik. Avropa sizin artıq nail olduğunuz tərəqqiyə uyğun olmalıdır”, - deyə o söyləyib. O, irəliyə doğru getmək üçün imkan tapılacağını və Avropa Parlamentinin Kiyevi dəstəkləyəcəyinə əminliyini ifadə edib. Metsola, həmçinin xatırladıb ki, Ukrayna artıq “Ukraine Facility” fondundan 22,7 milyard avro alıb və institutları gücləndirəcək və onları daha davamlı edəcək islahatlar üçün əlavə maliyyə dəstəyi gözlənilir.

Amma diqqət yetirsək, Ukraynanın Aİ-yə daxil olması heç də qurum daxilində birmənalı münasibətlə xarakterizə olunmur. Sentyabrın 9-da Ukrayna üçün effektiv təhlükəsizlik təminatlarının müzakirəsinə həsr olunan toplantıda Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaya Kallas və Aİ-nin Genişlənmə üzrə komissarı Marta Kos arasında baş tutan müzakirədə bu məsələyə xüsusi yer ayrılıb. Sosial Demokrat Partiyası adından danışan hollandiyalı deputat Tiys Royten deyib ki, Rusiyanı sülhə məcbur etmədikcə təhlükəsizlik təminatlarından danışmağın mənası yoxdur. O, çıxış yolunu dondurulmuş Rusiya aktivlərinin müsadirəsində görüb. Bəzi deputatlar isə daha güclü müdafiə mexanizmi yaratmağı təklif edir.

Amma Aİ-nin Ukraynanın müdafiəsi üçün “hər şey etmək” qərarına qarşı çıxanlar da var. Məsələn, “Avropa üçün Vətənpərvərlər” sağ fraksiya adından danışan macar Kinqa Qal bildirib ki, Aİ-nin Ukraynaya qoşun yeritməsi ilə bağlı təklifləri dəhşətlidir. “Hər bir belə bəyanat ukraynalılara sülh deyil, müharibəni Avropa İttifaqına yaxınlaşdırır”, - o deyib. Macar deputat hesab edir ki, Ukraynada sülh yolu ilə nizamlanma hələ də əldə olunmayıb, çünki Aİ bu müharibəni döyüş meydanında deyil, sırf diplomatik vasitələrlə udmaq üçün heç bir tədbir görmür. Macarıstanın Baş naziri Viktor Orban tərəfindən bloklanan Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara gəlincə, Qal Kiyevin  Aİ-yə sürətli üzvlük üçün hazır olmadığı və genişlənmə siyasətinin təhlükəsizlik zəmanətləri ilə qarışdırıla bilməyəcəyi ilə bağlı fikirlərini önə çəkib. Almaniyalı Hans Neuhoff “Suveren Millətlər Avropası” sağçı qrup adından bildirib ki, Ukrayna üçün yeganə effektiv təhlükəsizlik zəmanəti neytrallığa qayıdış planıdır. Onun həmyerlisi Özlem Dəmirəl Avropa Parlamentində solçular adından Kallas və Kosa müraciət edərək, “Danışıqlar başlamazdan əvvəl Ukraynaya qoşun yeritmək istədiyinizi artıq elan edirsinizsə, bu, sadəcə olaraq, qəbuledilməzdir” deyib. “Bu, açıq şəkildə göstərir ki, siz sülh istəmirsiniz”.

Bu faktlar özlüyündə Aİ-nin Ukrayna ilə bağlı mövqeyinin bircins olmadığını göstərir. Bir çox analitiklər isə hesab edir ki, Metsolanın iddiası sadəcə AP-nin bəzi deputatlarının arzusu kimi xarakterizə oluna bilər.

Avropa, əslində, nə etmək istəyir?

İnkar etmək olmaz ki, Avropa İttifaqı müharibənin nəticələrindən ən çox təsirlənən kontingentdir. Enerji asılılığı, iqtisadi çətinliklər və sosial narazılıqlar Avropanı çıxılmaz vəziyyətə salır. Buna baxmayaraq, Aİ münaqişənin real həllinə yönələn ciddi təşəbbüsləri daraldır - bir çox siyasətçilərin düşüncəsinə görə, Aİ-nin davranış trayektoriyası bu qarşıdurmanın uzanmasına imkan verən elementlər üzərində qurulub. Başqa sözlə, Avropa müharibəni Ukraynanın taleyindən çox öz təhlükəsizliyinin təminatı vasitəsi kimi görür.

Ukraynanın müdafiəsi adı altında həyata keçirilən yardım paketləri, hərbi təchizat və siyasi dəstək əslində Avropa sərhədlərinin qorunmasına xidmət edir. Aİ üçün əsas hədəf Rusiyanın təsir dairəsinin daraldılması, eyni zamanda daxildəki sosial-iqtisadi problemlərin bu yolla ikinci plana keçirilməsidir. İnflyasiya, enerji böhranı, işsizlik və miqrasiya kimi ciddi problemlər Ukrayna müharibəsinin gündəmdə saxlanılması ilə müəyyən qədər kölgədə qalır.

Bundan başqa, Avropa İttifaqının davranış strategiyası həm də qlobal güclərlə rəqabət prizmasında izah olunur. ABŞ-ın liderliyilə qurulan yeni təhlükəsizlik arxitekturasında Aİ özünü əsas oyunçu kimi saxlamağa çalışır. Lakin bu yanaşma qitənin sabitliyinə yox, əksinə, gərginliyin daha da dərinləşməsinə səbəb olur. Aİ-nin maraqları ilə real təhlükəsizlik ehtiyacları arasında yaranan bu ziddiyyət Avropa məkanında sabitlik üçün yeni risklər formalaşdırır.

Real nümunə  - Fransa...

Qeyd edildyi kimi, Avropa İttifaqı müharibə fonunda iqtisadi geriləməsini gizlətməyə çalışsa da, reallıq tam fərqlidir - Avropanın qlobal rəqabət qabiliyyəti zəifləyib. Ən çox itirən isə aparıcı Avropa ölkələridir - Fransada son günlərdə gündəmdə olan siyasi-iqtisadi böhran da bunu təsdiqləyir. Ölkənin borc yükü artır, inflyasiya dərinləşir, sosial ədalətsizlik böyüyür. Bu isə get-gedə ümumən kontingentdə yeni iqtisadi böhranların və sosial narazılıqların əsas zəminini formalaşdırır.

S.İSMAYILZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Sentyabr 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri