Pezeşkian Paşinyanı bu sözlərlə təbrik etdi KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran Prezidenti Məsud Pezeşkian Ermənistanda keçirilən parlament seçkilərində qalib gəlməsi münasibətilə Mülki Müqavilə Partiyasının sədri, Ermənistan Baş naziri Nikol Paşinyanı təbrik edib.
KONKRET.az axar.az-a istinadən bildirir ki, bununla bağlı Pezeşkian Paşinyana məktub ünvanlayıb.
“Ermənistanda parlament seçkilərinin uğurla keçirilməsi və rəhbərlik etdiyiniz Mülki Müqavilə Partiyasının qələbəsi münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.
Ermənistan xalqının hökumətinizə yenidən etimad göstərməsi sülhün, inkişafın, sabitliyin və regional əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş siyasəti davam etdirmək istəyini və səylərini sübut edir”, – o, bildirib.
Pezeşkian Paşinyanın növbəti baş nazirliyi dövründə ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə və region ölkələri arasında qarşılıqlı əlaqə və əməkdaşlığın bölgəmizdə sülhün, sabitliyin və inkişafın möhkəmləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Qeyd edək ki, 7 iyunda Ermənistanda parlament seçkiləri keçirilib. Ermənistan MSK-nın elan etdiyi ilkin nəticəyə görə, Paşinyanın Mülki Müqavilə Partiyası 48,82% səslə qalib gəlib və 105 yerlik parlamentdə 64 mandat əldə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 09 İyun 2026 00:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















