Tehran: 9000 hədəfimiz vurulub, qisas alınacaq, sülhün şərtləri isə…
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ və İsrailin hücumları nəticəsində 10 gündə İranda 9000 məkan hədəfə alınıb.
Ölkə.az xəbər verir ki, bunu Tehran meri Əlirza Zəkani deyib.
Bu barədə İran dövlət televiziyasına açıqlama verən mer Zakani deyib ki, 12 günlük müharibə zamanı ümumilikdə 1450 hədəf vurulmuşdusa, son müharibənin ilk 10 günündə 9000 hədəf hücuma məruz qalıb.
İranın xarici işlər naziri Abbas Əraqçi sosial mediada X hesabı vasitəsilə İsrail və ABŞ-ın hədəf aldığı İran bankı ilə bağlı açıqlama verib.
"Ölkəmizin ən qədim banklarından birinin (Bank Sepah) filialı işçilərlə dolu ikən bombalandı. Silahlı qüvvələrimiz milli infrastrukturumuza edilən hücumların qisasını alacaq", - nazir yazıb.
Prezident Məsud Pazeşkian sosial media hesabında müharibənin bitməsinin şərtlərini açıqlayaraq bildirib ki, müharibəyə son qoymağın yeganə yolu İranın qanuni hüquqlarının tanınması, təzminat ödənilməsi və bir daha hücum etməyəcəyinə dair möhkəm beynəlxalq zəmanətdir.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 12 Mart 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















