Icma.az
close
up
RU
Tehran artıq mümkün müharibəyə hazırlaşır EKSPERT

Tehran artıq mümkün müharibəyə hazırlaşır EKSPERT

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İranda tələbə etirazları yenidən böyük xalq üsyanına çevrilə bilər”

Məhəmməd Əsədullazadə: “Sərt tədbirlər etirazları dayandırmayacaq, proseslər daha da genişlənəcək”

İranda universitet auditoriyaları yenidən siyasi tribunaya çevrilib. Fevralın 21-dən etibarən Tehran və Məşəd şəhərlərində, tələbələr küçələrə çıxaraq edam hökmlərinə və etirazlara görə narazılıqlarını ifadə ediblər.

Aksiya iştirakçıları “diktatora ölüm”, “məhbus tələbələrə azadlıq” və “tələbə ölər, alçalmağı qəbul etməz” kimi şüarlarla mövqelərini ortaya qoyublar. Lakin hökumətə bağlı radikal qruplaşma tələbələrə hücum edərək, bir neçəsinin yaralanmasına səbəb olub. Digər tərəfdən, məsələnin beynəlxalq ölçüsü də diqqət mərkəzindədir. ABŞ prezidenti Donald Trampın edamların icra ediləcəyi təqdirdə “çox sərt tədbirlər” görüləcəyi ilə bağlı xəbərdarlığını nəzərə alsaq, Tehran və Vaşinqton xəttində proseslərin hansı mərhələyə keçəcəyi sual altındadır. 

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a bildirib ki, İranda tələbə etirazları ölkənin siyasi dinamikasında mühüm yer tutur:

“Onların etirazı haqlı müstəvidədir. Lakin burada müəyyən qədər ABŞ və İsrail kəşfiyyatının rol aldığını nəzərə almaq lazımdır. Əgər tələbələrin aksiyaları kütləvi xarakter alsa, xalq etirazları ilə alovlanan proseslər yenidən cərəyan edəcək. İran həm daxili sabitlik baxımından, həm də xarici müstəvidə güclənən geosiyasi təzyiqlər səbəbindən təhdid altındadır. Amerika ciddi şəkildə İrana qaşrı müharibəyə hazırlaşır. Tehran rəhbərliyi isə potensial riskləri nəzərə alaraq təhlükəsizlik və müdafiə tədbirlərini gücləndirməyə başlayıb”. 

Politoloq, xarici qüvvələrin İrana mümkün müdaxilələrindən bəhs edib:

“Bu ilin 28 yanvar tarixində İran tərəfi diplomatik insident yaradaraq, Niderland nümayəndəsini Tehran hava limanında baqajını təhvil etməyə məcbur etdi. Niderlandlı diplomatın çantasından, peyk telefonu və "Starlink" modemi müsadirə olundu. "Starlink" terminalları əvvəllər İranda hökumət əleyhinə etirazlarda istifadə olunub. Bütün bunlar göstərir ki, Qərb ölkələri, Amerika və İsrail İran daxilində iğtişaşlar yaratmağa çalışırlar. Tələbələr islahatların həyata keçirilməsi, edam cəzalarının dayandırılması və həbsdə olan tələbələrin azadlığa buraxılması kimi tələblərlə çıxış edirlər. Mövcud gedişat göstərir ki, hakimiyyət islahat yönümlü addımlar əvəzinə sərt inzibati tədbirlərə üstünlük verir. Artan gərginlik, yeni və daha genişmiqyaslı etirazların yaranmasına səbəb olacaq”. 

Aybəniz Səfərova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Fevral 2026 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri