“Tehran, Bakı və İrəvan birləşməlidir” İran rəsmisindən mesaj
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
“İran, Azərbaycan və Ermənistan bölgəyə xarici qüvvələrin daxil olmasına icazə verməyəcək.”
Bakupost.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi deyib. O bildirib ki, üç ölkənin tarixi və qonşuluq münasibətləri nəzərə alınaraq, bölgəyə yad qüvvələrin girişi nə region ölkələrinin maraqlarına, nə də regional sabitliyə xidmət edir:
“Əminəm ki, Tehran, Bakı və İrəvan bunun qarşısını alacaq. Xarici aktorlar bu bölgəyə heç vaxt sülh və sabitlik gətirməyiblər”.
Bölgədəki iqtisadi və infrastruktur layihələrinin mahiyyətinə toxunan komissiya sədri qeyd edib ki, Şimal-Cənub dəhlizi və Araz-Culfa marşrutu, həm İran, həm də qonşu ölkələr üçün strateji əhəmiyyət daşıyır.
Aysel,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 19 Avqust 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















