TEHRAN ÇƏTİN DİLLEMA QARŞISINDA... Trampın 4 ağır şərtinə Xamenei hansı cavabı verəcək?
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün Donald Tramp həm ABŞ daxilindəki rəqiblərinə, həm də beynəlxalq arenada Amerika ilə ən gərgin münasibətdə olan dövlətlərə qarşı mübarizə aparır. Qlobalistlərin nəzarətində olan beynəlxalq KİV-lərin əksəriyyəti dünyada cərəyan edən hadisələrin yalnız zahiri tərəfini işıqlandırır, əsl mahiyyəti təhrif etməyə çalışırlar.
Trampın siyasətinin başlıca qayəsi ABŞ-nin fövqəldövlət statusunu qorumağa və möhkəmləndirməyə yönəlib, bu baxımdan dünya çapında hər şeyin təzələnməsinə, yenidən tənzimlənməsinə ehtiyac var. Lakin onun əleyhdarları mövcud nizam qaydalarını saxlamaqla, ABŞ-yə qarşı yeni güc mərkəzləri formalaşdırmaq istəyirlər. Daha doğrusu,ABŞ-nin daxilndə gedən “soyuq müharibə” qlobal miqyasda öz təzahürlərini aydın göstərir.
Beləliklə, Ağ Ev Venesuelanı ram etdikdən sonra 47 ildir ki, onun baş ağrısına çevrilən İrandakı teokratik rejimə həlledici zərbə vurmağa hazırlaşır. Tramp İran yaxınlığına böyük zərbə qüvvələri yerləşdirməklə yanaşı, ona qarşı sərt şərtlər irəli sürür və bildirir ki, əgər bunlar yerinə yetirlməzsə, zərbələr qaçılmaz olacaq.
Bu, Trampın sınaqdan çıxardığı sevimli taktikasıdır və bir çox hallarda işə yarayıb. Həmin şərtlər belədir:
-İran uranın zənginləşdirilməsi proqramını birdəfəlik durdurmalı və bütün sentrafuqaları sökməlidir.
- İran əldə etdiyi bütün uran ehtiyatlarını (təxminən 400 kq) ABŞ-yə təhvil verməlidir.
-İran uzaqmənzilli ballisitik raketlərin istehsalını və bu istiqamətdəki hazırlıq işlərini dayandırmalıdır.
-İran regiondakı “vəkalət qüvvələri”nə (HƏMAS, Hizbullah, husilər və digərləri) göstərdiyi hərbi və maliyyə dəstəyini kəsməlidir.

Əlbəttə, İran rəhbərliyinin Trampın bu şərtlərini qəbul edəcəyi inandırıcı görünmür, çünki buna bənzər ultimativ təkliflər öncəki dönəmlərdə də səslənmişdi.
Tramp öz ultimatumunun blef olmadığını nümayiş etdirmək üçün aviadaşıyan qrupların və digər hərbi gəmilərin Yaxın Şərqdə İrana yaxın məsafədə yerləşdirilməsinə göstəriş verib. Keçən ilin iyun ayındakı 12 günlük İran-İsrail müharibəsindən heç şübhəsiz ki, hər iki tərəf özü üçün lazımı nəticələr çıxarıb. Bu qısa müddətli müharibəni ABŞ, İsrail və İran üçün sınaq mərhələsi hesab etmək olar.

Məlumdur ki, ABŞ regiona “USS Abraham Lincoln” aviadaşıyanı yerləşdirir və bundan əlavə, aktiv vəziyyətdə dayanmış 300-ə yaxın İsrail təyyarələrini də nəzərdən qaçırmayaq. ABŞ və İsrail aviaqrupları İranın Hava Hücumundan Müdafiə sistemini qısa müddətdə sıradan çıxardıqdan sonra İran səması təhlükəsiz hala gətiriləcək. Bu isə ABŞ-nin sürətli və səmərəli hücum əməliyyatı aparmasına imkan verəcək. Bu zərbələrlə yanaşı, strateji bombardmançıların, qanadlı raketlərin və zərbə dronlarının kompleks şəkildə fəaliyyəti İran rejimi üçün fəlakət deməkdir. İranın ən zəif yeri Hava Hücumundan Müdafiə sistemidir. Tehran bu problemi həll etmək üçün Rusiya və Çindən yardımlar alsa da, qısa müddət ərizndə inteqrasiyalaşmış mükəmməl HHM sisteminin qurulması müşkül məsələdir.

Pentaqon təkcə raketlərdən istifadə etməyin artıq bir metod kimi köhnəldiyini anlayır. Raketlərin zərbə gücü yüksək olsa da, onlar çox baha başa gəlir və düşmənin HHM sisteminin yüklənməsində dronun yerini verə bilmir. Hazırda Amerika “LUCAS” (Low-Cost Uncrewed Combat Attack System) dronlarını bölgəyə yerləşdirməyə başlayıb. Texnologiya nəhəngi olan ABŞ-nin yeni zərbə dronlarının kütləvi istehsalına start verməsi Vaşiqtonun bu sahədə dönüş yaradacağını göstərir.
Əgər ABŞ İrana zərbə endirəcəksə, bunu elə etməlidir ki, İranın hərbi, iqtisadi və idarəetmə sistemi iflic olsun və rejim çöksün. ABŞ bunu etməyə həmişə qadir olub, lakin hansısa səbəblərdən buna getməyib və İranın raket texnologiyasının imkişafına imkan verilib. İndi ABŞ Yaxın Şərqdəki öz bazalarını İran raketlərindən qorumaq üçün regiona “Patriot” və “THAAD”(Terminal High Altitude Area Defense) sistemləri yerləşdirir. ABŞ-nin hərbi nəqliyyat təyyarələri Küveytdəki və Səudiyyə Ərəbistanındakı bazalara mütəmadi uçuşlar həyata keçirərək müvafiq texnika gətirirlər.

Böyük ehtimalla Tramp İrana zərbə vuracaq, ancaq bunun nə vaxt və necə baş verəcəyini söyləmək çətindir, çalışlacaq ki, hər şey qəflətən baş versin.
Ümumiyyətlə, hər şey ABŞ zərbə gücünün yetərliyindən və zərbələrin hansı mövqelərə vurulmasından asılıdır. İranın bütün hərbi, iqtisadi və istehsal gücünün İslam İnqlibı Keşikçiləri Korpusunun (SEPAH-Sepah-e Pasdaran-e Enghelab-e Eslami) əlində cəmləşdiyi sirr deyil. İranda baş verən son etiraz nümayişlərinin qəddarcasına yatırılması göstərdi ki, İran rejimi, ələlxüsusda, İsalam İnqilabı Keşikçiləri Korpusu hakimiyyəti əldən verməmək üçün ən radikal repressiyarladan çəkinməyəcəklər. İranın Ali Dini Rəhbəri Əli Xameneinin birbaşa əmrinə tabe olan SEPAH dövlət içində dövlətdir və bu təşkilat özünəməsus imperiya qurub. Ölkənin təhlükəsizliyinə cavabdeh olan SEPAH maliyyə, sənaye-ticarət-tikinti imperiyasına çevrilib. Hətta çaylar üzərində bəndlərin tikintisini də onlar həyata keçirirlər, çünki bu işə küllü miqdarda pul ayrılıb (Çayların məcrasını, yerin geoloji quruluşunu öyrənmədən harada gəlidi bəndlərin tikilməsi ölkənin su ehtiyanı qurudub).

SEPAH büdcədən böyük məbləğlləri “Hizbullah”a, ”HƏMAS”-a, ”Haşdi Şabi”yə, husilərə ayrılmasına nail olub. Büdcədən iri hesablar mənimsənildiyi üçün proksilər SEPAH-a lazımdır. Təkcə bu illər ərzində Suriyaya 80 milyard dollara yaxın pul ayrılmışdı, axırı nə oldu? Suriya əldən çıxmadımı? Əgər ölkənin maliyyə gəlirləri SEPAH-ın ixtiyarında qalacaqsa, mülki hökumət heç bir islahat və yenilik apara bilməyəcək.
Ayətullahların xeyr-duası ilə SEPAH sanki dövləti girov götürb. Ona görə də ölkədə nələrin yaşandığını görən İran cəmiyyəti hakimiyyətdən bərk narazıdır. Elə bu səbəbdən də Tehran rejiminə dəstək nümyişləri öncəkilərə nisbətən xeyli sönük keçdi. Hətta, ayətullahların qatı tərəfdarları arasında da əvvəlki coşqu və inam yoxdur.
Əgər bir yerdə rasional siyasi düşüncəni maliyyə və özünüqoruma instikti əvəzləyirsə, bu məsələnin axırı fəlakətlə sonlanır. SEPAH rəhbərliyi birbaşa teokratik sistemə tabedir. Hər iki qrup siam əkziləri kimidir.
Maraqlıdır ki, İranda faktiki iki ordu var, ancaq əsas zərbə gücü SEPAH-ın ixtiyarındadır. Şübhə yoxdur ki, ABŞ zərbələrini də ilk növbədə məhz SEPAH-a yönəldəcək. Əgər SEPAH iflic edilərsə, rejimin çökməsi zaman məsələsidir.
Elə hesab olunmasın ki, SEPAH monolit bir təşkilatdır və oradakıların hamısı sonuna qədər dirəniş göstərmək niyyətindədir. Tarixdən də yaxşı bəllidir ki, kənardan müdaxilə zamanı və əlverişli şərait yaranan kimi hakim elita içərisindəki narazılar mütləq baş qaldırırlar. İsrailin keçən il həyata keçirdiyi əməliyyatlarda da SEPAH daxilindəki narazıların rolu olub.

Ali Dini Rəhbərin yaxın ətrafındakı radikal SEPAH komandirləri ilə mötədillər arasında dərin fikir ayrılıqları var. Belə görünür ki, İran rəhbərliyi kritik dövr üçün xilas planına malik deyil. İranın teokratik elitasının ən yüksək orqanı sayılan “Xubreqan Şurası”(Ekspertlər şurası) müdrik qərarlar vermək əvəzinə daxili çəkişmələrlə növbəti rəhbərin kimliyi məsələsini həll etməyə çalışır. İsailin aviazərbələrindən qorunmaq üçün bunkerdə gizlənməklə, yüz minlərlə nümayişçini “terrorçu” adlandırmaqla, onların qətlə yetirlməsinə haqq qazandırmaqla öz nüfuzunu birmənalı itirən Ali Dini Rəhbər isə ən kritik anda həlledici qərar vermək məcburiyyətindədir.
İrandakı bəzi mənbələrin məlumatına görə, hakim elitanın praqmatik islahatçılar qanadı öz funksiyasını layiqincə yerinə yetirə bilməyən Xameneini istefaya çağırırlar. Xamenei ən vacib qərarları həmişə Qum şəhərindəki Cəmkaran məscidindən verir. Onun həmin məscidi ziyarət edəcəyi və xalqa müraciət ünvanlayacağı gözlənilir. Əgər Ali Dini Rəhbər öz əvvəlki ritorikasını dəyişməsə, İran rejimi dağıdıcı zərbələrdən yaxa qurtara bilməyəcək.
Vaqif Nəsibov
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 30 Yanvar 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















