Icma.az
close
up
RU
Tehran zamanla oynayır: Nə qazanıb, nə itirəcək?

Tehran zamanla oynayır: Nə qazanıb, nə itirəcək?

Icma.az, Olke.az saytına istinadən bildirir.

Tehran niyə vaxtı uzadır?

Tehran hesab edir ki, danışıqlar nə qədər uzansa, Vaşinqtonun siyasi və iqtisadi təzyiq imkanları bir o qədər zəifləyə bilər. Nəticədə vəziyyət müəyyən mənada onların xeyrinə dəyişər. Bu baxımdan Tehran üçün zaman bu mərhələdə strateji resursa çevrilib.

İran parlamentinin 14 iyun razılaşmasını dəstəkləməsi, Prezident Məsud Pezeşkianın, parlament sədri Məhəmməd Baqir Qalibafın və digər yüksək vəzifəli şəxslərin eyni mövqedən çıxış etməsi göstərir ki, ölkə daxilində bu məsələdə ciddi siyasi konsensus formalaşıb.
İran İnqilab Keşikçiləri Korpusuna bağlı Sepah News da açıq şəkildə bəyan edib ki, ABŞ-ın hərbi təhdidləri davam etdiyi müddətdə Tehran heç bir razılaşma imzalamayacaq. Bu mesaj əslində Vaşinqtona deyil, həm də region ölkələrinə ünvanlanıb: İran təzyiq altında geri çəkilməyəcəyini nümayiş etdirmək istəyir.

Hörmüz-Tehranın ən güclü strateji kartıdır

Bu gün İranın əlində ABŞ-a qarşı istifadə edə biləcəyi ən təsirli alət məhz Hörmüz boğazıdır. Dünya neft ticarətinin böyük hissəsi bu marşrutdan keçir. Tehran anlayır ki, boğaz üzərində təzyiq yaratmaq: dünya enerji bazarını silkələyir; neft qiymətlərini artırır; Körfəz ölkələrini narahat edir; ABŞ və Avropaya əlavə iqtisadi təzyiq yaradır. 

Bu səbəbdən Tehran Hörmüzü sadəcə dəniz yolu deyil, siyasi və iqtisadi təzyiq mexanizmi kimi qiymətləndirir.

Proksi qüvvələr niyə aktivləşdirilir?

Son günlər Husilərin Qırmızı dənizdə fəaliyyətinin artması, İraqdakı şiə silahlı qruplarının ABŞ bazalarına hücumları, Körfəzdə gərginliyin yüksəlməsi təsadüfi deyil. Tehran bununla Vaşinqtona göstərmək istəyir ki, müharibə yalnız İran sərhədlərində qalmayacaq. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, İordaniya və ABŞ-ın Körfəzdəki hərbi bazalarının hədəfə çevrilməsi ehtimalı Vaşinqtonun danışıqlarda daha çevik davranmasına hesablanmış təzyiq strategiyasıdır.
İranın yeni müharibə modeli

Tehranda yerləşən Ərəb-İran Araşdırmaları Mərkəzinin rəhbəri Dr. Məhəmməd Saleh Sedqianinin "Əl-Cəzirə" televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər də bunu təsdiqləyir. Onun yanaşmasına görə, İran artıq klassik genişmiqyaslı müharibə modeli deyil, çoxşaxəli aşındırma strategiyası tətbiq edir. Bu strategiyanın əsas elementləri bunlardır: proksi qüvvələr vasitəsilə təzyiq; enerji marşrutlarına nəzarət; ABŞ bazalarının davamlı hədəfə çevrilməsi; iqtisadi risklərin artırılması; diplomatik danışıqlarla paralel hərbi-siyasi təzyiq. Başqa sözlə, Tehran döyüş meydanında deyil, rəqibin siyasi iradəsini zəiflətməyə hesablanmış uzunmüddətli strategiya seçib.

Ancaq İran artıq əvvəlki İran deyil

Burada diqqətdən qaçmayan mühüm məqam var. İran əvvəlki kimi geniş beynəlxalq dəstəyə malik deyil. İsrail və ABŞ-la son qarşıdurmalardan sonra Tehran müəyyən diplomatik təcrid vəziyyəti ilə üz-üzədir. Bir sıra regional aktorlar gərginliyin uzanmasını öz maraqlarına uyğun hesab etmir. Körfəz ölkələri enerji ixracının təhlükəsizliyində maraqlıdır, Pakistan, Qətər və Oman isə daha çox vasitəçi rolunu oynayır. Hətta İranla yaxın münasibətləri olan dövlətlər də açıq qarşıdurmanın dərinləşməsini dəstəkləmirlər. Bu isə Tehranın manevr imkanlarını əvvəlki dövrlərlə müqayisədə xeyli məhdudlaşdırır.

ABŞ nə istəyir?

Vaşinqtonun əsas məqsədi dəyişməyib: Hörmüz boğazının açılması; nüvə proqramının məhdudlaşdırılması; İranın regional təsir imkanlarının zəiflədilməsi; enerji bazarının sabitləşdirilməsi. ABŞ üçün ən vacib məsələ Hörmüzün heç bir dövlətin siyasi təsir alətinə çevrilməməsidir.

Oman modeli kompromis ola bilərmi?

Müzakirə olunan yeni mexanizm müəyyən kompromis elementləri daşıyır. Ssenariyə əsasən Fars körfəzinə daxil olan gəmilər İran marşrutu ilə hərəkət edəcək; çıxış isə Oman marşrutu vasitəsilə təmin olunacaq; müəyyən müddət ərzində keçid haqları tətbiq edilməyəcək; dəniz minaları təmizlənəcək; sonrakı mərhələdə daimi hüquqi mexanizm hazırlanacaq. Bu model gərginliyi müvəqqəti azalda bilər. Lakin əsas problem qalır. Çünki ABŞ blokadanın yumşaldılması məsələsində ehtiyatlı davranır, Tehran isə sanksiyalar aradan qaldırılmadan ciddi güzəştə getmək istəmir.

Tehran nə qazana bilər?

Əgər İran prosesi öz istədiyi qədər uzada bilsə: ABŞ-dan müəyyən iqtisadi güzəştlər əldə edə bilər; dondurulmuş maliyyə aktivlərinin bir hissəsini geri ala bilər; Hörmüz üzərində faktiki təsirini legitimləşdirə bilər; nüvə proqramı üzrə əlavə vaxt qazana bilər; daxildə hakimiyyətin müqavimət imicini gücləndirə bilər. 

Bəs nə itirə bilər?

Lakin prosesin uzanmasının Tehran üçün ciddi riskləri də var. Əvvəla, iqtisadi vəziyyət daha da ağırlaşa bilər. Sanksiyaların davam etməsi ölkə daxilində sosial narazılığı artıracaq.
İkincisi, ABŞ və müttəfiqləri İranın enerji ixracına və dəniz logistikası imkanlarına qarşı əlavə məhdudiyyətlər tətbiq edə bilərlər.

Üçüncüsü, region ölkələrinin İranın təhlükəsizlik siyasətinə qarşı daha sıx koordinasiyası formalaşacaq.

Ən əsası isə, Tehran uzunmüddətli qarşıdurma şəraitində strateji təşəbbüsü tədricən itirmək riski ilə üzləşəcək.

Perspektivə gəldikdə isə hazırkı vəziyyət göstərir ki, qarşıdakı günlər Yaxın Şərq üçün həlledici olacaq. Əgər Trampın bəyan etdiyi 48 saat ərzində siyasi razılıq əldə olunmasa, region yeni eskalasiya mərhələsinə daxil ola bilər. Lakin tərəflərin tammiqyaslı müharibədə maraqlı olmaması kompromis ehtimalını da saxlayır.

Bununla belə, bir həqiqət artıq dəyişməyib: Hörmüz boğazı sadəcə dəniz keçidi deyil, XXI əsrin ən mühüm geosiyasi rıçaqlarından birinə çevrilib. Bu rıçağa nəzarət uğrunda mübarizə isə yaxın aylarda ABŞ-İran münasibətlərinin deyil, qlobal enerji təhlükəsizliyinin də əsas gündəmini müəyyən edəcək.

Mürtəza Bünyadlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Avqust 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri