Icma.az
close
up
RU
Tehranda 1971 ci ildə tikilən, 10.000 yerlik Ararat stadionu VURULDU?

Tehranda 1971 ci ildə tikilən, 10.000 yerlik Ararat stadionu VURULDU?

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Ermənilər indi də "yəhudilər erməni irsini məhv edir" deyərək kövrəlməyə başlayıb.
Adalet.az
xəbər verir ki, İsrailin Tehrana növbəti hücumu zamanı şəhərdəki - Vanq rayonunda Ararat idman stadionunun bir neçə pəncərə və qapısı yüngül zədələnib.
İran mənbələrinin verdiyi xəbərə görə, ağır dağıntı olması ilə bağlı yayılan xəbərlər yalandır və reallığa uyğun gəlmir.
Xatırladak ki, “Ararat” idman stadionu 1971-ci ildə tikilən və İran ermənilərinin ən böyük mərkəzlərindən biri olan 10.000 yerlik futbol stadionudur. İranda 1944-cü ildə qurulan və İran ermənilərinin ən böyük birliklərindən biri olan Erməni Mədəniyyət Ararat Təşkilatına məxsusdur .

Kompleks üçbucaq şəklində 74 min kvadratmetr ərazini əhatə edir. Kompleksin cənub-şərq hissəsindəki stadionun yaxınlığında İran-İraq müharibəsində həyatını itirmiş İran erməni əsgərlərinin xatirəsinə qismən tikilmiş Müqəddəs Xaç kapellası (Surp Xatç) yerləşir .
Ararat İdman Kompleksində həmçinin iki üzgüçülük hovuzu, qapalı basketbol meydançaları, bilyard stolları, qayayadırmanma qurğusu, badminton meydançaları, tennis meydançaları, idman muzeyi var.
İştirakçıların fikrincə, İdman Kompleksinin özünəməxsus erməni ab-havası var, burada erməni əlifbası ilə işarələr görünür, erməni qəhvəsi verilir, ənənəvi erməni musiqisi səslənir və fars dilində nadir hallarda danışılır.


Bununla belə, ümumi islam qaydalarına əməl edilməli olan, məsələn, futbol matçları kimi millətlərarası fəaliyyətlər var. 2016-cı ilin sentyabrında Tehranın Ararat Kompleksində İran, Ermənistan və Gürcüstandan 800-ə yaxın erməni idmançının iştirakı ilə Ümumerməni Oyunları keçirilib. Açılış mərasimində Həsən Ruhaninin dini azlıqlarla iş üzrə köməkçisi Əli Yunesi iştirak edib.
Ararat Stadionunda oynayan ən mühüm idman klubu 1944-2009-cu illərdə mövcud olmuş və müflis olduğu üçün ləğv edilmiş FC Ararat Tehran futbol klubudur. Ancaq 2014-cü ildə yenidən quruldu və 2015-ci ildə Tehran vilayətinin liqasında oynayırdı.
Artıq  55 ilə yaxındır ki, İranın erməni icmasının mühüm mərkəzlərindən biridir və burada milli-mədəni şənliklərdən tutmuş böyük maarif, idman və ictimai konfranslara qədər Tehranın bütün mühüm icma tədbirləri keçirilir.


Onu da xatırladaq ki, hələ 2019-cu ilədə Tehranda ermənilərin tədbir keçirdiyi "Ararat" idman klununun divarlarına "Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır" sözləri yazılmışdı.

P.S.Son illərdə aparılan hesablamalar ermənilərin sayının daha az, 60–80 min civarında olduğunu göstərib. İran ermənilərinin çoxusu Tehran və İsfahan şəhərlərində yaşayır. İndi o 60-80 min  erməninin Tehrandakı stadionunun möhtəşəmliyini fotolardan izləyin

Əntiqə Rəşid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://adalet.az
archiveBu xəbər 24 İyun 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri