Tehranda ilk üçtərəfli GÖRÜŞ
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tehranda İran, Hindistan və Özbəkistan rəsmiləri arasında Maliyyə protokolunun ilk üçtərəfli görüşü keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi İran Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Danışıqlarda İran Xarici İşlər Nazirliyinin Cənubi Asiya üzrə baş direktoru Məhəmməd Rza Bəhrami, Hindistan Xarici İşlər Nazirliyinin birgə katibi Anand Prakaş, Özbəkistan Xarici İşlər Nazirliyinin Cənubi Asiya, Yaxın və Orta Şərq, Afrika ölkələri ilə əməkdaşlıq şöbəsinin müdiri Qulamjon Primkulov iştirak ediblər.
Tərəflər regionda ticarətin inkişafı və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayaraq, belə görüşlərin mütəmadi olaraq keçirilməsi barədə razılığa gəliblər.
Görüş zamanı iştirakçılar nəqliyyat və logistika sektorlarında, xüsusilə limanların istifadəsi və Rusiya, İran, Azərbaycan və Hindistanın birgə layihəsi olan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) strateji istifadəsi vasitəsilə əməkdaşlığın genişləndirilməsinə diqqət yetiriblər.
Baxış sayı:97
Bu xəbər 14 Sentyabr 2025 00:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















