Tehrandan Avropaya Sərt xəbərdarlıq
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Möhsün Rzayi Avropa ölkələrini İsrailin hərəkətlərini dəstəkləməkdə ittiham edib və onları müharibənin nəticələrinə görə məsuliyyət daşımağa çağırıb.
“Qafqazinfo” xəbər verir ki, Rzayi sosial media hesabında paylaşdığı açıqlamada Avropa ölkələrinin əvvəllər İsrailin “çirkli işləri” ilə öyündüyünü bildirib.
O, Avropa dövlətlərinin hazırda İranla müharibənin onlara milyardlarla dollara başa gəlməsindən şikayətləndiyini bildirib.
“İsrailin müharibə cinayətlərini alqışlayarkən cərimənin sizə də gələcəyini düşünmürdünüzmü? Müharibənin və terrorun öz qiyməti var. İndi ödəmək növbəsi sizindir”, – deyə Rzayi vurğulayıb.
Qeyd edək ki, Almaniya Kansleri Fridrix Merts daha əvvəl İsrailin fəaliyyətini “hamımız üçün gördüyü çirkli iş” adlandırmışdı. O, İsrailin İran rejiminə qarşı əməliyyatlarının Avropa ölkələrinin də təhlükəsizliyinə xidmət etdiyini bildirmişdi. Merts həmçinin Tehranın “Hizbullah” və HƏMAS-a dəstəyini, eləcə də Rusiyaya dron tədarükünü tənqid etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 31 Oktyabr 2026 07:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















