Gürcüstanda qanunsuz yaşayan azərbaycanlılar saxlanıldı VİDEO
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstanda qanunsuz yaşayan 61 xarici ölkə vətəndaşı saxlanılıb.
Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkə ərazisində xüsusi miqrasiya nəzarəti tədbirləri keçiriblər.
Keçirilən kompleks tədbirlər nəticəsində Gürcüstanda qanunsuz yaşayan 61 əcnəbi saxlanılıb. Onların arasında Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Tailand, İordaniya, Çin, Özbəkistan və Türkmənistan vətəndaşları da var.
Xüsusi miqrasiya nəzarəti çərçivəsində müxtəlif təyinatlı obyektlərdə yoxlamalar aparılıb.
Araşdırmalar zamanı saxlanılan şəxslərin Gürcüstanda “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanunun tələblərini pozaraq yaşadıqları müəyyən edilib.
Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılırlar.
Onların Gürcüstan ərazisindən çıxarılması istiqamətində müvafiq prosedurlar həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 31 Oktyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















