Tehrandan BMT yə xəbərdarlıq: “Hücum olarsa, bütün bazalar hədəfdir”
Sitat.info portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünən İranın BMT-dəki daimi nümayəndəliyi təşkilata ünvanladığı məktubda ABŞ-dən gələn mümkün hərbi təhdidlərlə bağlı xəbərdarlıq edib.
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani məktubda ABŞ prezidentinin Dieqo Qarsiya və RAF Fairford bazalarından İrana qarşı mümkün hücum üçün istifadə ehtimalını gündəmə gətirən açıqlamalarına toxunub.
Sitat.info xəbər verir ki, Tehran bu açıqlamanı BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi dəyərləndirib.
Bildirilib ki, İran diplomatik yola və nüvə danışıqlarının davamına sadiqdir. Ancaq hər hansı hərbi əməliyyat baş verərsə, ölkə “sərt və mütənasib cavab” verəcək.
Sənəddə açıq şəkildə vurğulanır ki, hücum halında “düşmən qüvvələrin bölgədəki bütün bazaları, obyektləri və aktivləri qanuni hədəflər” sayılacaq.
İran BMT Təhlükəsizlik Şurasını dərhal müdaxilə etməyə və ABŞ-ni təhdidlərini dayandırmağa çağırıb.
Tehran,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 20 Fevral 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















