Icma.az
close
up
RU
Tehranı köçürmək çıxış yolu deyil: İranda su böhranı təbiətin yox, səhv idarəetmənin nəticəsidir

Tehranı köçürmək çıxış yolu deyil: İranda su böhranı təbiətin yox, səhv idarəetmənin nəticəsidir

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rövşən Abbasov: “İdarəetmə dəyişməsə, yeni paytaxt da köhnə problemləri yaşayacaq”

İranda son günlər su qıtlığı problemi daha da kəskinləşib. Paytaxt Tehranın içməli su mənbələrinin tükənmək üzrə olduğu bildirilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, vəziyyət belə davam edərsə, şəhər bir həftə ərzində ciddi su çatışmazlığı ilə üzləşə bilər. Bu səbəbdən hökumət böhranın sosial narazılıqlara yol açmaması üçün təcili tədbirlər görür. Bir neçə gün əvvəl Prezident Məsud Pezeşkian su böhranı ilə əlaqədar paytaxtın köçürülməsi ehtimalından danışsa da, bu məsələ artıq gündəmdən çıxarılıb. Rəsmi açıqlamaya görə, Fars körfəzindən Tehrana suyun ötürülməsini nəzərdə tutan nəhəng layihə tamamlanıb və bu, şəhərin əsas su təminatı mənbəyinə çevriləcək.

İran Prezidenti Məsud Pezeşkianın dənizçilik sahəsində ümumi inkişaf siyasətlərinin həyata keçirilməsinin koordinasiyası üzrə nümayədəsi Əli Əbdüləlizadə deyib ki, Fars körfəzindən Tehrana suyun ötürülməsi üçün min kilometr uzunluğunda nəhəng layihə yerli mütəxəssislər tərəfindən tamamlanıb və hazırda bu, Tehran üçün yeganə etibarlı su təchizatı mənbəyi kimi nəzərdə tutulub.

O, paytaxtın köçürülməsi məsələsinin gündəmdən çıxarıldığını bildirib: “Paytaxtın köçürülməsi gündəmdən çıxarılıb və qəti qərara alınıb ki, paytaxtın su və ekoloji problemləri müasir texnologiyalar və resursların elmi idarə olunması yolu ilə Tehranın özündə həll edilsin”.

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov Sherg.az-a açıqlamasında İrandakı su probleminin köklərinin çox dərin olduğunu bildirib. R.Abbasovun fikrincə, İranda bu gün yaşanan su böhranı birdən-birə yaranmış problem deyil, uzun illər davam edən idarəetmə və planlaşdırma səhvlərinin nəticəsidir:

“Problemin kökləri həm təbii resursların tükənməsi, həm də sosial-iqtisadi siyasətdə buraxılmış strateji boşluqlarla bağlıdır. İranda su çatışmazlığı məsələsi təkcə təbiət amilləri ilə izah olunmamalıdır. Ölkədə illərlə davam edən nizamsız urbanizasiya prosesi, infrastrukturun plansız inkişafı və şəhərsalma siyasətində su təminatına prioritet verilməməsi vəziyyəti daha da ağırlaşdırıb. Şəhərlərin özbaşına böyüməsi, kənd yerlərindən kütləvi şəkildə paytaxta axın, planlaşdırılmamış tikinti və qeyri-rəsmi məskunlaşma Tehranın ekoloji yükünü dözülməz səviyyəyə çatdırıb. İşsizlik və sosial bərabərsizlik ucbatından insanlar regionlardan paytaxta köçməyə məcbur oldular, bundan isə tikinti şirkətləri maksimum fayda götürərək şəhəri nəzarətsiz şəkildə genişləndirdilər. Bu proses nəticəsində Tehran təkcə su qıtlığı ilə deyil, həm də hava çirkliliyi, enerji tələbatının artması və tullantı idarəçiliyinin çöküşü kimi çoxsaylı ekoloji böhranlarla üz-üzə qalıb. Paytaxtı köçürmək bu problemləri həll etməyəcək. Çünki əsas məsələ idarəetmə və resurs bölgüsünün düzgün aparılmamasıdır. Əgər sistem dəyişməsə, yeni paytaxt da bir müddət sonra eyni aqibətlə üzləşəcək”.

Oxşar problemlərin Mərkəzi Asiya ölkələrində də yaşandığını vurğulayan ekoloq hesab edir ki, hazırkı mərhələdə prioritet Tehranı tərk edən əhali axınını dayandırmaq, regionların sosial-iqtisadi cəhətdən gücləndirilməsinə yönəlmiş proqramlar hazırlamaq olmalıdır:

“Təbriz, Ərdəbil kimi şəhərlərin iqtisadi potensialı artırılmalı, kənd təsərrüfatı və suya qənaət texnologiyalarının inkişafına dövlət dəstəyi göstərilməlidir. İnsanlar yenidən regionlara qayıtmağa və orada dayanıqlı həyat qurmağa təşviq olunmalıdır. Yalnız bu halda ölkə miqyasında su balansının və ekoloji sabitliyin bərpasına nail olmaq mümkündür”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Noyabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri