Icma.az
close
up
RU
Tehranın cığallığı: İranın Zəngəzur etirazı davam etsə... AÇIQLAMA

Tehranın cığallığı: İranın Zəngəzur etirazı davam etsə... AÇIQLAMA

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

“İran Zəngəzur dəhlizinin açılmasına əvvəldən razı deyildi”.

Bunu siyasi şərhçi Samir Hümbətov İrandakı radikal qüvvələrin ABŞ-də əldə olunan mühüm razılaşmaların əleyhinə səsləndirdikləri bəyanatlara münasibət bildirərkən Bakıvaxtı.az-a deyib.

Ekspert diqqətə çatdırıb ki, İran rejimi Ermənistan rəhbərliyinin dəhlizlə bağlı əvvəlki narazı, tərəddüdlü mövqeyini özü üçün fürsətə çevirə bilirdi. Onun sözlərinə görə, ancaq indi İranın işi çətinləşib. Çünki artıq Ermənistan hökuməti özü də Zəngəzur dəhlizinin açılmasına rəsmən razılıq verib:

“İrəvan artıq öz imzasını atıb. İranın narahatlığı bəllidir. Bütün kommunikasiyalar "Araz yolu"ndan keçəcəyi halda indi Zəngəzur dəhlizindən keçəcək. Özü də maneəsiz şəkildə gediş-gəliş təmin olunacaq. İran burada olmayacaq. Üstəlik, Çindən Avropaya qədər uzanan marşrutun başında artıq ABŞ durur. ABŞ Zəngəzur dəhlizinə nəzarət etməklə yanaşı, həm də Cənubi Qafqazda İrana "qonşu" olacaq. İranın qəbul etmək istəmədiyi məqam budur”.

Samir Hümbətov: ABŞ Zəngəzur dəhlizinə nəzarət etməklə yanaşı, həm də Cənubi Qafqazda İrana "qonşu" olacaq

Müsahibimiz qeyd edib ki, düzdür, İranda dəhlizlə bağlı fikirlər fərqlidir. Dediyinə görə, prezident Məsud Pezeşkian hesab edir ki, İranın suverenliyi pozulmursa, təhdid yaranmırsa, dəhlizin açılmasında problem görmür:

“Ancaq SEPAH və dini rəhbər buna açıq şəkildə qarşı çıxırlar. Məqsəd dəhlizin İran ərazisindən keçməsinə nail olmaq, bununla öz təsir rıçaqlarını saxlamaqdır. ABŞ isə açıq bəyan etdi ki, İranın etirazını davam etdirməsi Tehran üçün yaxşı olmayacaq. Artıq qatar gedib. İranın cığallığı mənasızdır. İran bundan sonra ancaq bu marşruta qoşula bilər".

Qeyd edək ki, İrandakı radikal dairələr ehtimal edildiyi kimi ABŞ-də əldə olunan mühüm razılaşmaların əleyhinə çıxdılar. İlk növbədə mühafizəkarların əsas təmsilçilərindən biri, ali dini liderin müşaviri Əli Əkbər Vilayəti Vaşinqton razılaşmasını qəbul edən tərəfləri hədələyib. Vilayətinin sözlərinə görə, guya İran Vaşinqton razılaşmasının Zəngəzur dəhlizi ilə bağlı bəndinin yerinə yetirilməsinə imkan verməyəcək.

Ancaq Vilayəti bu prosesə İranın necə mane olacağını izah edə bilməyib. Sadəcə vurğulayıb ki, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq və buna ya Rusiya ilə birlikdə, ya da təkbaşına mane olacaq. O iddia edib ki, layihə bölgənin geosiyasi balansını dəyişəcək, sərhədlərin yenidən çəkilməsinə səbəb olacaq və Ermənistanın parçalanması planının bir hissəsi kimi nəzərdə tutulub.

İran parlamentinin sədr müavini Əli Nikzad da Zəngəzur dəhlizi planını tənqid edərək bildirib ki, bu layihə sülh üçün deyil, müharibə məqsədi ilə nəzərdə tutulub. O, ABŞ prezidentinin 13 min kilometr uzaqdan bölgənin işlərinə müdaxiləsini və burada hərbi şirkətlərin yerləşdirilməsini sual altına alıb, tərəfləri əvvəlki razılaşmalara əməl etməyə çağırıb.

Parlamentin Xarici Siyasət Komissiyasının üzvü Əmir Moğəddəm də deyib ki, Azərbaycan ABŞ və İsrailin dəstəyi ilə Zəngəzur dəhlizini işə salmağa çalışır. İranın Qafandakı konsulu da iddia edib ki, "Zəngəzur dəhlizi sülh yox, müharibə dəhlizidir".

Maraqlıdır ki, İran prezidenti Məsud Pezeşkianın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi radikallardan fərqlənib. İran prezidenti məsələ ətrafında yaradılan ajiotajın həqiqəti tam əks etdirmədiyini bildirib:

"Bu dəhlizlə bağlı deməliyəm ki, məsələ xəbərlərdəki kimi şişirdilmiş deyil və bizdə olan məlumata görə, İranın ərazi bütövlüyü ilə bağlı tələbləri yerinə yetirilib".

Pezeşkian məsələyə daha praqmatik yanaşaraq Tehran üçün əsas olan ərazi bütövlüyü prinsiplərinin qorunduğunu vurğulayıb.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Avqust 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri