Özünə çıxış yolu tapmayan İranın Zəngəzur dəhlizi cığallığı Tehranın özünütəcrid siyasəti
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Zəngəzur dəhlizinin açılması İran üçün də faydalı olacaq".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Zəngəzur dəhlizi ilə bağlı arzuolunmaz mövqeyini şərh edərkən deyib.
Deputat xatırladıb ki, Laricani son 6 ayda ikinci dəfədir ki, bu məsələyə toxunur:
"Rəsmi Tehranın mövqeyi Ermənistanın özünün də razılaşdığı, xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşdə təsdiqlədiyi planların ruhuna ziddir. Müəyyən dövrlərdə İranın Ermənistanla sinxronluğu özünü göstərirdi. Ancaq indiki halda Tehranın sərgilədiyi mövqe heç də doğru deyil. Bu fikirlər hansısa məhəllə və ya din xadiminin mövqeyi deyil, yüksək səviyyəli rəsminin açıqlamasıdır. Sözügedən fikirlər Azərbaycanın reallaşdırdığı sülh planına, həmçinin Qafqazda təhlükəsizliyə və sabitliyə ziddir. Zəngəzur dəhlizi İran üçün nəfəslikdir. Həmçinin səsləndirilən mövqe Ermənistanın da maraqlarına zərbədir. Vurğulamaq lazımdır ki, İran hazırkı vəziyyətdə Zəngəzur dəhlizinin açılmasına təsir göstərmək gücündə deyil. Ölkəmizin Xankəndi zəfərindən əvvəl İran sərhəddə hərbi qüvvələrini topladı və müxtəlif təlimlər keçirərək güc yolu ilə bizə təsir etməyə çalışdı".
Z.Oruc vurğulayıb ki, rəsmi Bakı sözügedən məsələyə diplomatik cavab verib və mövqeyimizi sərt şəkildə ifadə edib:
"Qələbəmizi dünyanın ən güclü paytaxtı da tanıyıb. Zəfərimiz Ağ Evdə təsdiqlənib. Ölkəmiz soyuqqanlı siyasət yürüdür, başqa ölkələrin daxili işlərinə qarışmır. Hazırda İranda baş verənlər fonunda həmin ölkənin rəsmilərinin müxtəlif ssenarilər qurmaq əvəzinə, Azərbaycanın formalaşdırdığı yeni reallıqları qəbul etməsi daha məqsədəuyğun olardı. Bu, onlar üçün də faydalı olacaq. Rəsmi Tehran başa düşməlidir ki, dəhliz açıldıqdan sonra İran regionda əhəmiyyətini itirməyəcək. Əksinə, burada region bütövlükdə qazanacaq. Məsələyə etirazlar fonunda baxdıqda isə İran rəsmiləri çıxıb xalqına deyir ki, biz təcrid olunmuşuq. Amma diplomatları bu sanksiyaları daha da gücləndirəcək açıqlamalar verir və addımlar atır. Halbuki Azərbaycanın niyyəti İranı təcrid etmək deyil. Dəhlizin açılması İrana milyardlarla gəlir gətirəcək. Baxın, dəhliz açılacağı halda 2035-ci ilə qədər regionun ümumi daxili məhsulunu (ÜDM) 30 faizə qədər artıracaq. Bu, iki milyon yeni iş yerinin açılmasına şərait yaradacaq. Dəhlizə yaxın İran kəndləri inkişaf edəcək, logistika sürətlənəcək. Düşünürəm ki, bunu iranlı ekspertlər üçün hesablamaq çətin olmaz".
Məlik Məlikov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 15 Yanvar 2026 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















