Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Tehranın “türk yolu” hesab etdiyi Zəngəzur dəhlizi

Tehranın “türk yolu” hesab etdiyi Zəngəzur dəhlizi

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran yenə Zəngəzur dəhlizinə qarşı çıxıb. 

Belə ki, İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti növbəti dəfə Zəngəzur dəhlizi barədə danışıb. O, dövlətlərə Zəngəzur dəhlizi məsələsinin dəfələrlə gündəmə gəlməsi ilə bağlı “xəbərdarlıq” edib: 

“Bir daha öz öhdəliklərini bəyan edən, lakin öz və regional maraqlarına məhəl qoymayan bəzi hökumətlər Zəngəzur dəhlizi məsələsini gündəmə gətirib və Cənubi Qafqazda qeyri-qanuni məqsədlərinə nail olmaq üçün əlindən gələni edirlər. 

Xatırladıram ki, regionda və ya ondan kənarda əvvəlki uğursuz təcrübəni təkrarlamağa çalışan istənilən hökumət İranın sərt reaksiyası ilə üzləşəcək”. Göründüyü kimi, Tehran hakimiyyəti yenə də həddini aşaraq Zəngəzur dəhlizi ilə bağlı sərsəm bəyanatlarını davam etdirir.

 Azərbaycan Ümid Partiyasının sədr müavini, politoloq Bakir Həsənbəyli “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, İran üzləşdiyi bütün problemlərə rəğmən, öz imkanları ilə uzlaşmayan hədə-qorxu ritorikasını istər region, istərsə də dünya dövlətləri üçün yenidən səsləndirməyə başlayıb: 

“İran əsasən özünün siyasi və hərbi imkanlarını filmlər və ya cizgi filmləri ilə göstərməyə çalışır. Rəsmi Tehran yenə də ənənəvi ritorikasından əl çəkməməklə regionda sülhün və sabitliyin baş tutmaması üçün əlindən gələn bütün imkanlardan istifadə edir. 

Amma 12 günlük İsrail-İran müharibəsi zamanı İranın imkanlarının nəyə qadir olduğu, əslində isə olmadığını nümayiş etdirdi. 1979-cu ildən həmin müharibəyə qədər öz gücündən dəm vuran İranın gücünün çox aşağı olduğu növbəti dəfə dünyaya sübut olundu”. 

Ekspert qeyd edib ki, İranın Zəngəzur dəhlizi ilə bağlı iqtisadı və siyasi maraqları var: 

“Eyni zamanda, strateji maraqları da var. Zəngəzur dəhlizinin açılacağı təqdirdə Türkiyə ilə Mərkəzi Asiya ölkələrinin əlaqələndirilməsində İranın əhəmiyyəti kifayət qədər aşağı düşür və yaxud da sıfırlanır. Çünki Türkiyə Mərkəzi Asiya ölkələri ilə iqtisadi münasibətlərdə yalnız İran vasitəsilə hərəkət edir. 

Bu isə sanksiyalarla üzləşən ölkənin iqtisadiyyatı üçün müəyyən məbləğdə vəsait əldə etmək üçün vasitədir. Həmçinin, Azərbaycanın digər bölgələrindən Naxçıvan Muxtar Respublikasına qazın tranzit ötürülməsi ilə bağlı da İran 15 faiz gəlir əldə edir. Başqa belə nüanslar da var. Bütün bunlar rəsmi Tehran üçün yol üzərindəki söz sahibliyinin itməsi kimi qiymətləndirilir”.

 Həmsöhbətimiz vurğulayıb ki, Zəngəzur dəhlizi açılacağı təqdirdə, Çindən Mərkəzi Asiyaya və ya Avropaya uzanan bir xətt artıq İranın nəzarətindən kənara çıxacaq: 

“Bununla da İran özünün strateji əhəmiyyətini itirəcək. Buna görə də Tehran hakimiyyəti ortaya iradə qoymağa çalışır. Ancaq İran Zəngəzur dəhlizini “türk yolu” hesab edir. Bu da təsadüfi deyil. 

Çünki Zəngəzur dəhlizi vasitəsilə Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin vahid bir xətti yaranır. Həmçinin, Orta dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizi İran üçün bu istiqamətdə siyasi, iqtisadi və strateji anlamda qəbulolunmazdır”. 

Bakir Həsənbəyli onu da diqqətə çatdırıb ki, İranın mövcud durumu hazırda bu dəhlizin açılmasına mane olacaq səviyyədə deyil: 

“Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu dəhlizin açılması yalnız Azərbaycanın maraqlarına deyil, həm də Orta dəhlizin bir hissəsi olduğu üçün beynəlxalq maraq kəsb edir. Düşünürəm ki, tərəflər və supergüclər bu məsələyə müsbət rəy verdikdən sonra İranın Zəngəzur dəhlizinə qarşı çıxmaq şansı olmayacaq. İran yalnız pis qonşu kimi tarixə düşəcək”. 

Elmir Mustafa
"Cebheinfo.az" 

Açar sözlər: Azərbaycan Rusiya Qulamhüseyn Əlibəyli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Avqust 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see657

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see341

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see321

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see316

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see305

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see302

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see283

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see274

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see272

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see256

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see254

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see232

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see222

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see222

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see222

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see215

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see211

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see207

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri