Icma.az
close
up
RU
Təhsil eksperti ÜSYAN etdi “Təhsil bərbad halda, futbola milyonlar xərclənir”

Təhsil eksperti ÜSYAN etdi “Təhsil bərbad halda, futbola milyonlar xərclənir”

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Orta məktəbdə şagird sobadan tüstülənən qazdan zəhərlənir, amma AFFA hər ay milyonlarla manat vəsaiti futbola xərcləyir. Bu təkcə riyazi deyil, mənəvi baxımdan da rüsvayçılıqdır.

4-5 milyon manatla 6 ayda bir məktəb binasının əsaslı təmirini aparmaq, istilik sistemini bərpa etmək, şagirdlərin sağlamlığı və təhlükəsizliyini təmin etmək olar. Amma bu pullar AFFA-nın adını daşıyan, nəticə verməyən, xalq futbolundan uzaqlaşmış bir struktura yönəldilir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə təhsil eksperti Kamran Əsədov çıxış edib. O bildirib ki, AFFA-nın fəaliyyəti Azərbaycan futbolunun inkişafına yox, faktiki süqutuna səbəb olub. AFFA və onu maliyyələşdirənlər anlamalıdırlar: stadion boş, sinif otağı isə tüstü ilə dolu bir ölkədə prioritet futbol deyil, təhsildir:

“Əgər bu ölkənin məktəblərində istilik sistemi yoxdur, şagirdlər qaz sobası ilə isidilən dərsə girib zəhərlənirsə, AFFA-nın milyonluq hesabatları, reklam layihələri və mənasız sponsorluqları rüsvayçılıqdan başqa bir şey deyil. AFFA futbolu sevdirmədi, onu xalqdan uzaqlaşdırdı. Bu gün gənclər “Qarabağ” istisna olmaqla, yerli futbolu izləmir, çünki keyfiyyət yoxdur, sistem yoxdur, şəffaflıq yoxdur. Bəli futbol lazımdır. Amma sağlam, təhsilli, təhlükəsiz şəraitdə böyüyən uşaqdan sonra!

Əvvəl məktəb, sonra stadion. Əvvəl təhsil, sonra oyun. AFFA isə futbolla məşğul olan, onu inkişaf etdirməli qurum olduğunu unudub. Bu təkcə idmana yox, dövlət siyasətinə qarşı hörmətsizlikdir”.

Nigar İxtiyarqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 17 Aprel 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri