Icma.az
close
up
RU
Milyonlar xərclənir, səhvlər qalır Təhsil sistemində rəy boşluğu var

Milyonlar xərclənir, səhvlər qalır Təhsil sistemində rəy boşluğu var

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rəy verənlərin, qiymətləndirənlərin üzərinə böyük məsuliyyət düşür


Elm və Təhsil Nazirliyi ümumtəhsil pilləsi üzrə dərsliklərin qrif üçün qiymətləndirilməsi işlərinə başlayıb. Nazirlik bununla bağlı bir sıra müəllimlə müqavilələr bağlayıb. Müqavilələrə əsasən, bir neçə dərsliyin qrif üçün qiymətləndirilməsinə ali və orta təhsil məktəblərindən cəlb olunan müəllimlərin sayı 20 nəfər müəyyənləşib. 11 müəllimə 750 manat məbləğdə vəsait ödəniləcək:


- Aslanova Zərifə Akif qızı, Amelina İrina Vasilyevna, Teymurova Simayə Hafiz qızı, İsmayılov Afiq Dilbazi oğlu, Xəmmədova Sevil Ənvər qızı, Əbdürrəhimova Nəzakət Vaqif qızı, Quliyeva Esmira Mahmud qızı, Əliyev Elgün Bəxtiyar oğlu, Zeynalova Samirə Nizami qızı, Hümbətova Rəsmiyə Muradəli qızı, Məcidova Gülnarə Adil qızı.

6 müəllimə 1500 manat məbləğdə vəsait ödəniləcək:

- Rəhimova Məhsəti Müseyib qızı, Əkbərova Leyla Eldəniz qızı, Bağırlı Aygün Ağabağır qızı, Piriyev Rəhman Həkim oğlu, Məmmədova Sənubər Abdulrəhim qızı, Səlimova Gülnarə Əjdər qızı.

3 müəllimə 2250 manat məbləğdə vəsait ödəniləcək:

Hacıyev Asif Xatabala oğlu, Zeynalova Mehriban Səyavuş qızı, Mehdiyeva Elmira İsmayıl qızı.

Dərsliklərin qrif üçün qiymətləndirilməsi işinə müəllimlər hansı üsulla, necə cəlb olunur və bəzisinə daha az, bəzisinə daha yüksək əmək haqqı hansı əsasla təyin edilir? 


Təhsil eksperti Elçin Süleymanov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, dərsliklərin qrif qiymətləndirilməsi onun həm elmi, həm də pedaqoji olaraq dəyərləndirilərək müsbət rəy verilməsi prosesidir: 


- Bu, çox məsuliyyətli bir işdir. Rəy verilməsi üçün təqdim olunan dərslik ətraflı oxunmalı, tədqiq edilməli, mövcud ədəbiyyatdakı yenilikləri elmi baxımdan əsaslandırılmalıdır. Bu, kifayət qədər əziyyətli, ciddi məsuliyyətli işdir. Belə bir işə görə əməkhaqqının yüksək olması başadüşüləndir. Dərsliklərin oxunub təhlil və tədqiq edilməsi uzun müddət tələb edir. Bu qiymətləndirmə nəticəsində dərsliyin nəşrinə ya müsbət, ya mənfi rəy verilir. Rəy verənlər hər hansı yanlışlığa görə məsuluyyət daşıyırlar. Əlbəttə, ilk növbədə müəllif  məsuliyyət daşıyır. Amma təqdim olunan dərsliyi oxuyub, tədqiq edən də bir o qədər məsuliyyət daşıyır. Yanlışlıq varsa, rəy verəcək şəxs onu görüb aradan qaldırılmasını tələb etməlidir. Dərsliklərin çapına külli miqdarda dövlət vəsaiti xərclənir. Dərslikdə yanlışlıqlar, səhvlər olacaqsa, bu səhvlər hər hansı mövzunun tədrisinə mənfi təsir göstərəcəksə, dövlətin vəsaiti, belə çıxır ki, boşuna xərclənmiş olacaq. Ona görə də rəy verənlər, qiymətləndirənlərin üzərinə böyük məsuliyyət düşür. Çünki məhz onların rəyi əsasında dərsliyin nəşr olunub-olunmayacağı müəyyənləşir. 

Bəs rəyçilər necə müəyyənləşir? 


Ekspert qeyd etdi ki, ötən illərdə adətən bu iş üçün öz sahəsində uzun illər təcrübəsi olan müəllimlər seçilirdi, dərsliklər oxunmaq üçün ali təhsil müəssisələrinin professor-müəllim heyətinə daxil olan şəxslərə göndərilirdi:

 - Amma dünya təcrübəsində belədir ki, dərsliklər hansı fənnə aiddirsə, rəy üçün məhz o fənnin tədrisi ilə məşğul olanlara üstülük verilir. Fənni tədris edən müəllim praktik fəaliyyətlə məşğul olduğu üçün hansı mövzuların daha yaxşı qavranıldığını, hansı mövzunun necə işlənməli olduğunu daha yaxşı bilir. Ona görə də təcrübəli müəllimlərə üstünlük verilir. Bizdə də hazırda dünya təcrübəsinə önəm verilir. Yaxşı olardı ki, dəqiq, məsuliyyətli, biliyin qiymətləndirilməsində yüksək bal toplamış müəllimlərə üstünlük verilsin. Dərsliklərin qiymətləndirilməsi üçün məhz belə şəxslərin seçilməsi faydalı olardı.  

Qeyd edək ki, son illərdə ümumtəhsil məktəbləri üçün bəzi fənlər üzrə nəşr olunmuş dərsliklərdə səhvlər, yanlışlıqlar da aşkarlanır. Dərsliyin qiymətləndirilməsində iştirak etmiş, müsbət rəy vermiş və buna görə yüksək əməkhaqqı almış müəllimə - rəyçiyə “gözün üstə qaşın var” deyən olubmu, yaxud əmək haqqısı, haqlı olaraq kəsilibmi?  

E.Süleymanov bildirdi ki, bu, artıq Elm və Təhsil Nazirliyinin öhdəsində olan məsələdir. Əgər hansısa  dərslikdə yanlışlıq aşkarlanırsa, həm müəllif, həm də qiymətləndiricilər, rəyçilər cavabdehlik daşıyır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 İyul 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri