Icma.az
close
up
RU
Təhsil haqqı: Hansı universitetlərdə artım olacaq?

Təhsil haqqı: Hansı universitetlərdə artım olacaq?

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

2025/2026-cı tədris ilindən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bakalavriat və magistratura səviyyələrində illik təhsil haqqı artırılıb. Magistratura səviyyəsində MBA proqramının ixtisaslaşmaları üzrə təhsil haqqı 2500 AZN-dən 2700 AZN-ə, bakalavriat və magistratura səviyyələrində təhsil haqqı məbləği 2300 AZN-dən 2400 AZN-ə qaldırılıb. Artım yeni tədris ilində ADPU-ya qəbul olan tələbələrə şamil olunacaq.

Ali təhsil müəssisələri təhsil haqqının artırılmasını dəyişən sosial-iqtisadi tələblər, təhsil xidmətlərinin maya dəyərinin artması ilə izah edirlər. Valideyn və tələbələr isə artımdan narahatdırlar.

Biz də bəzi dövlət və özəl ali məktəblər arasında sorğu keçirərək 2025/2026-cı tədris ilində təhsil haqlarının artıb-artmayacağı və hazırkı təhsil haqları ilə maraqlandıq.

BDU-da təhsil haqlarında əhəmiyyətli dəyişiklik nəzərdə tutulmur

Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Kəmalə Namazova sorğumuza cavab olaraq bildirdi ki, 2025/2026-cı tədris ili üzrə BDU-da təhsil haqları ilə bağlı hər hansı əhəmiyyətli dəyişiklik nəzərdə tutulmayıb: “Bu qərar ali təhsilin maliyyə baxımından əlçatanlığının təmin edilməsi, eləcə də tələbələrin və onların ailələrinin sosial-iqtisadi vəziyyətinin nəzərə alınması məqsədi ilə qəbul edilib. Eyni zamanda, qeyd edirik ki, hazırda Bakı Dövlət Universitetinə qəbul olunan tələbələrin orta hesabla 70 faizi dövlət sifarişi əsasında təhsil alır”.

ADA Universitetinin mətbuat xidmətindən bildirildi ki, universitetdə təhsil haqqında artım gözlənilmir: “ADA-da ən aşağı ödənişli ixtisas Qazaxda tədris olunan Təlim və tədrisin metodikası üzrə magistr proqramıdır ki, təhsil haqqı 2500 AZN təşkil edir. Ən yüksək ödənişli ixtisas isə Biznesin idarəedilməsi üzrə magistr proqramıdır - 8.500 AZN”.

Qeyd edək ki, ADA Universiteti bu ildən I və II qrupun bəzi ixtisasları üzrə dövlət sifarişi əsasında tələbə qəbulu aparacaq. Bu qruplar üzrə ümumilikdə 180 yer ayrılıb.

Tibb ixtisası 6500 AZN, stomatologiya 6000 AZN

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən verilən məlumata görə, ödənişli təhsildə ixtisaslar üzrə təhsil haqqı aşağıdakı kimi müəyyənləşdirilib: “Tibb ixtisası üçün 6500 AZN, stomatologiya ixtisası üçün 6000 AZN, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5000 AZN olaraq dəyişdirilib”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mətbuat xidmətindən sorğumuza “təhsil haqlarının ilə bağlı məlumatı tədris ili başlayandan sonra biləcəyik. Hazırda konkret söz deyə bilmərik”, - deyə cavab verildi. Təhsil haqları isə bakalavr səviyyəsi üçün 2000-2500, magistratura səviyyəsi üçün 2500-3000 AZN arasında dəyişir.

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirdi ki, onlarda təhsil haqqı ötən il olduğu kimi qalır. AzTU-da ixtisaslar üzrə ən aşağı təhsil haqqı 1900 AZN, ən yüksək təhsil haqqı isə 2200 AZN-dir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də (ADMİU) yeni tədris ili üçün heç bir ixtisas üzrə təhsil haqqı artımı nəzərdə tutulmayıb. Universitetin mətbuat katibi Şəhanə Müşfiqin sözlərinə görə, bütün ixtisaslar üzrə təhsil haqları sabit qalıb: “Universitetdə “ən aşağı” və “ən yuxarı” ayırımı yoxdur. Bütün ixtisaslar üzrə ödəniş eynidir”.

UNEC-də də qiymət artımı olmayacaq

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova onlarda da təhsil haqlarının artırılmadığını bildirdi: “Ən yüksək ödənişlər UNEC Biznes məktəbinin bəzi ixtisaslarındadır, ən az ödəniş isə qiyabi təhsil üzrədir”.

Qeyd edək ki, UNEC-də bakalavriat səviyyəsi üzrə təhsil haqları 1700-2100 AZN arası dəyişir. Magistratura pilləsi üzrə ödənişli əsaslarla təhsil alanların illik təhsil haqqı məbləği Azərbaycan və rus bölmələri üzrə 2200-5000 AZN, ingilis və türk bölmələri üzrə 2300-5000 AZN-dir.

Azərbaycan Dillər Universitetinin (ADU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı da təhsil haqları ilə bağlı hər hansı yenilik olmadığını bildirdi.

Xəzər Universitetinin ictimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəylinin sözlərinə görə, təhsil ocağında 2025/26-cı tədris ili üzrə qəbulda heç bir səviyyə üzrə artım nəzərdə tutulmayıb. İxtisaslar üzrə təhsil haqları isə 4000-5000 AZN-dir.
Azərbaycan-Fransız Universitetinin (UFAZ) ictimaiyyətlə əlaqələr üzrə meneceri Xülya Cəfərova bildirdi ki, UFAZ-da II ixtisas qrupu üzrə ixtisaslarda təhsil haqqı 2500, I ixtisas qrupu üzrə isə 2200 AZN-dir. Keçən tədris ilində də ən yüksək məbləğ 2500 AZN olub. Magistratura pilləsində də təhsil haqqı keçən il olduğu kimidir - 2500-3000 AZN.

Bakı Musiqi Akademiyasının mətbuat katibi Ofeliya İsgəndərova hələlik təhsil haqlarında dəyişiklik barədə heç bir məlumat verilmədiyini bildirdi.

Bölgə universitetlərində təhsil haqları necədir?

Lənkəran Dövlət Universitetinin (LDU) ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılovanın verdiyi məlumata görə, LDU-da 2025/2026-cı tədris ili üzrə həm bakalavriat, həm də magistratura səviyyəsinin bəzi ixtisasları üzrə təhsil haqlarında artım var. Bakalavr səviyyəsinin ixtisasları üzrə ən aşağı təhsil haqqı məbləği 1450 AZN (keçən il 1300 AZN), ən yüksək təhsil haqqı 2000 AZN (keçən il 1800 AZN) təşkil edir.

Magistratura səviyyəsinin ixtisasları üzrə ən aşağı təhsil haqqı məbləği 1800 AZN (keçən il 1700 AZN), ən yüksək təhsil haqqı 2000 AZN (keçən il 2000 AZN) təşkil edir.

Naxçıvan Dövlət Universitetinin (NDU) Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kifayət Mahmudova NDU-da 2025/2026-cı tədris ili üçün təhsil haqqı artımı olduğunu bildirdi: “Bizdə ən aşağı təhsil haqqı 1000 manat təşkil edir ki, bu da xarici dil müəllimliyi (fransız, alman, rus dili) ixtisaslarındadır. Tibb ixtisası (2700 AZN) universitetdə ən yüksək təhsil haqqı olan ixtisasdır”.

Mingəçevir Dövlət Universitetinin (MDU) ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Qurban Qurbanzadənin sözlərinə görə, universitetdə istər 2024/2025-ci tədris ili, istərsə də cari tədris ilində təhsil haqqında artım olmayıb: “Universitetdə təhsil haqları fakültə və ya ixtisas fərqi olmadan standartdır. Bakalavriat səviyyəsi üzrə əyanidə 1600, qiyabidə 1400, magistratura səviyyəsində 1700 və MBA təhsilində isə 2000 AZN”. ("Kaspi" qəzeti)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:587
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Avqust 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri