Universitetlərdə təhsil haqqı ilə bağlı mühüm yenilik
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Son günlər Milli Məclisdə “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklər geniş müzakirə olunur. Təklifə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər ödənişli təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi imkanına malik olacaq. Bu dəyişiklik sosial dəstəyə ehtiyacı olan tələbələrin təhsildə bərabər imkanlara malik olmasını təmin etməyə yönəlib.
Məsələ ilə bağlı Demokrat.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, sosial müdafiə kontekstində “xüsusi ehtiyacı olan şəxslər” dedikdə iş tapmaqda çətinlik çəkən, sosial təminatı zəif olan, əlilliyi olan, tək valideynlər, qaçqın və məcburi köçkünlər, həmçinin şəhid ailələri nəzərdə tutulur:
“Yəni, söhbət məhz bu kateqoriyadan olan şəxslərdən gedir”, – deyə deputat vurğulayıb.
Ceyhun Məmmədov əlavə edib ki, təklif olunan dəyişikliyə əsasən, əgər bu şəxslər ilk dəfə təhsil alırlarsa, onların bütün təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Əlavə təhsil və ya ixtisasartırma kursları isə artıq ödənişli əsaslarla həyata keçiriləcək.
Deputat bildirib ki, bu qərar xüsusi ehtiyacı olan şəxslərin təhsil haqqının dövlət tərəfindən qarşılanmasını təmin edir və onların təhsil imkanlarını artırır:
“Hesab edirəm ki, bu addım dövlətin bu sahəyə olan diqqətinin və dəstəyinin növbəti nümunəsi kimi qiymətləndirilməlidir. Çünki bu şəxslərin xüsusi müdafiəyə ehtiyacı var və dövlət onların təhsil üçün lazım olan şəraiti yaratmaqla onları dəstəkləyir”, – deyə Ceyhun Məmmədov qeyd edib.
Qeyd edək ki, bu dəyişiklik sosial bərabərliyi gücləndirmək və xüsusi ehtiyacı olan şəxslərin təhsilə çıxış imkanlarını artırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Bu universitetlərdə təhsil haqqı ARTACAQ
13 May 2025 14:57
Azərbaycanda universitetlərdə təhsil haqqı artırılır?
10 Avqust 2025 20:54
Təhsil haqqı: Hansı universitetlərdə artım olacaq?
09 Avqust 2025 18:04
Universitetlərdə təhsil haqqı sıfıra endirilməlidir TƏKLİF
18 İyul 2025 16:55
Universitetlərdə təhsil müddəti azaldılacaq?
11 Aprel 2025 16:57
Baxış sayı:154
Bu xəbər 11 Fevral 2026 12:19 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları