Icma.az
close
up
RU
Təhsil işçiləri üçün təlim keçirilib FOTOLAR

Təhsil işçiləri üçün təlim keçirilib FOTOLAR

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Elm və Təhsil Nazirliyinə tabe qurumların əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, təlimdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, müdir müavini Anar Qədiməliyev, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə müdiri Nigar Qələndərli, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Kamil Kamilli, Baş Prokurorluğun prokurorları Ziya Hacıyev, Fərid Qarakişiyev, Elm və Təhsil Nazirliyi, MÜTDA və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları iştirak ediblər.

MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova təlimin əhəmiyyətindən danışıb, korrupsiya hallarına qarşı mübarizənin və bu sahədə maarifləndirmənin prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə müdiri N.Qələndərli mərkəzin fəaliyyəti, qurumlararası əməkdaşlıq sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, birgə təlimlərin dövlət qurumları əməkdaşlarının peşəkarlığına mühüm töhfə verəcəyini bildirib.

Baş Prokurorluğun prokurorları Z.Hacıyev və F.Qarakişiyev, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru K.Kamilli “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyəti, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və ardıcıl islahatlar, antikorrupsiyaya dair müxtəlif ölkələrin qabaqcıl təcrübəsi barədə danışıb, korrupsiya hüquqpozmaları, buna şərait yaradan amillər, korrupsiyanın cəmiyyətə təsiri və onunla mübarizənin zəruriliyindən bəhs ediblər.

Daha sonra təlim qarşılıqlı müzakirə əsasında davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri