Icma.az
close
up
RU
Təhsil işçilərinin sentyabr konfransı çərçivəsində dəyirmi masalarda müzakirələr aparılıb

Təhsil işçilərinin sentyabr konfransı çərçivəsində dəyirmi masalarda müzakirələr aparılıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 4 sentyabr, AZƏRTAC

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı çərçivəsində dəyirmi masalarda müzakirələr keçirilib. Müzakirələrdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Agentliyin direktor müavini Vəfa Yaqublu, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları iştirak ediblər.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, dəyirmi masalarda paytaxtın ümumi təhsil müəssisələrinin ötən tədris ili üzrə nəticələri, mövcud problemlər və onların həlli yolları, tədrisin keyfiyyətinin artırılması və məktəb idarəetməsi istiqamətində atılacaq addımlar müzakirə olunub. Həmçinin təhsilalanlara rəqəmsal biliklərin aşılanması, dərsə davamiyyətin yüksəldilməsi, inklüziv və fərdi yanaşmaların gücləndirilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı, təlim-tərbiyə prosesində valideynlərin rolunun artırılması və digər istiqamətlər üzrə söhbət aparılıb.

Müzakirələr zamanı növbəti tədris ili üçün fəaliyyət planının hazırlanmasına dair təklif və tövsiyələr dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Konfrans sentyabrın 5-də işini davam etdirəcək. Müxtəlif peşəkar meyarlar əsasında seçilmiş fənn müəllimləri ilə keçiriləcək görüşlər panel müzakirələr formatında təşkil olunacaq, fəaliyyət planı və təkliflər paketi hazırlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri