Icma.az
close
up
RU
“Təhsil” istirahət mərkəzində tələbələrin yay düşərgəsi təşkil edilib FOTO

“Təhsil” istirahət mərkəzində tələbələrin yay düşərgəsi təşkil edilib FOTO

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

8-13 sentyabr tarixlərində "Təhsil" istirahət mərkəzində yay düşərgəsi təşkil olunub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkil etdiyi layihədə məqsəd tələbələrin yay tətilini səmərəli və mənalı keçirməsidir.

"İki sahil" xəbər verir ki, düşərgə Prezident İlham Əliyev tərəfindən elan olunmuş "Konstitusiya və Suverenlik İli"nə həsr edilib.

Beş gün davam edən düşərgənin zəngin proqramı olub . İlk gün "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş konfrans və panel müzakirələrlə yadda qalıb. Tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, həmçinin şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək Konstitusiyanın dövlətçilikdə rolunu vurğulayıb, gənclərin vətəndaş məsuliyyətinə diqqət çəkiblər.

Sonrakı günlərdə tələbələr Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov və "Şuşa, sən azadsan" filminin rejissoru Cavidan Şərifovla görüşüblər.
Film nümayiş olunub. Sonra qəhrəmanın döyüş yolu haqqında danışılıb, tələbələrin sualları cavablandırılıb.

Düşərgə proqramında idman yarışları da xüsusi yer tutub. Tələbələrarası voleybol turnirində 16-dan çox komanda mübarizə aparıb, UNEC birinci, Qarabağ Universiteti ikinci, ADPU isə üçüncü yeri qazanıb.

Qalib komandalar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Bununla yanaşı, şahmat yarışı keçirilib və gənclər intellektual bacarıqlarını nümayiş etdiriblər.

Düşərgənin son günlərində gənclərin xüsusi qonağı Xalq yazıçısı, akademik Kamal Abdulla olub. Görüş zamanı milli-mənəvi dəyərlər, ədəbiyyatın rolu və yaradıcılıq yolunun çətinlikləri barədə səmimi söhbət aparılıb. Tələbələr yazıçının kitablarına avtoqraf alıb, xatirə şəkilləri çəkdiriblər. Tədbirin sonunda Kamal Abdulla və tələbələr birgə olaraq "Təhsil" istirahət mərkəzinin Xatirə bağında şəhidlərin əziz xatirəsinə ağac əkiblər.

Ümumilikdə yay düşərgəsində ali, orta ixtisas və peşə təhsili müəssisəsindən tələbələr iştirak edib. Bu mövsümdə 7300-dən çox ittifaq üzvü "Təhsil" istirahət mərkəzində istirahət edib, sonuncu qonaqlar isə 800-ə yaxın gənc olub. Düşərgənin yekununda fəal tələbələr sertifikatlarla təltif ediliblər.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Sentyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see206

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see200

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see195

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see158

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see154

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see145

Turan Tovuz dan nümunəvi addım VİDEO

14 Dekabr 2025 19:18see144

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see132

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see132

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see128

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see127

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see123

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri