Təhsil müəssisələrində Zəfər Günü qeyd edilir
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
8 Noyabr – Zəfər Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı təhsil müəssisələrində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
"Cebheinfo.az" xəbər verir ki, Elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, 6-7 noyabr tarixlərində bütün təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş xüsusi dərslər təşkil ediləcək.
Bununla yanaşı, Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş forum, konfrans, simpozium, “dəyirmi masa” və seminarların keçirilməsi planlaşdırılır.
Tədbirlər çərçivəsində şagird və tələbələrin Zəfər Muzeyinə ekskursiyaları təşkil olunacaq, həmçinin müxtəlif müsabiqə, sərgi, festival, konsert və tamaşalar keçiriləcək.
Eyni zamanda ildönümünə həsr olunmuş idman yarışlarının, yeniyetmə və gənclər arasında vətənpərvərlik mövzusunda tədbirlərin təşkili, eləcə də “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” layihəsi çərçivəsində müharibə iştirakçılarının gənclərlə mütəmadi görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Tədbirlərin əsas məqsədi Zəfər tarixinin təhsilalanlar arasında təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, Vətən müharibəsinin tarixi əhəmiyyətinin və qazanılmış Zəfərin yaddaşlarda yaşadılmasıdır.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 05 Noyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















