Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

“Təhsil nəticəsi bu gündəykən maaş müzakirəsi mənasızdır” KAMRAN ƏSƏDOV

“Təhsil nəticəsi bu gündəykən maaş müzakirəsi mənasızdır” KAMRAN ƏSƏDOV

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Biz tələbə kreditlərinin çox olmasını istəyirik. Bundan əlavə, biz tələbə kreditlərini tələbələrin digər xərclərinə yönəldə bilərik. Belə olduqda daha az tələbəyə kredit verə bilərik. Seçim bundan ibarətdir ki, yalnız təhsil haqqını ödəməklə daha çox tələbəni əhatə etmək, yoxsa qida xərclərini də ödəməklə daha az tələbəni əhatə etmək. Bu, balanslaşdırılmış yanaşmadır”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında deputatların suallarını cavablandırarkən deyib.

Nazir məktəblərin ixtisarlaşmasının davam edəcəyini bildirib:

“Biz bunu ixtisar yox, səmərəlilik yanaşması adlandırırıq. 5-10 nəfər şagirdi olan məktəbdə keyfiyyətli təhsil vermək mümkün deyil. Bir sinifdə 2 uşaq varsa, biz musiqi dərsini, xoru necə keçək?! Şagirdin gələcək həyatına 10 nəfərlik məktəb necə təsir edəcək?

Başa düşürəm ki, 10 nəfərlik şagird təhsil alanda orada 20 nəfər işləyir. Bizim işimiz təhsildir, çalışırıq ki, keyfiyyət olaraq təhsili inkişaf etdirək. Bir sinifdə1 uşaq da, 40 uşaq da olanda təhsil xərcləri 20-25 min manat arasında dəyişir. Biz həmin uşağı başqa yerdə gətirib daha keyfiyyətli təhsil verə bilərik”.

Gununsesi.info-ya danışan təhsil eksperti Kamran Əsədov mövzuya belə münasibət bildirib:

“Elm və Təhsil naziri Emin Əmrullayevin irəli sürdüyü yeni modelin mahiyyəti çox aydındır: müəllimi məktəbə bağlamaq, onun əməyinə real qiymət vermək və peşəni maddi–mənəvi baxımdan daha cəlbedici etmək. Bu islahat müəllimi məcbur etmir, əksinə, könüllü, rəqabətli və yüksək göstəriciyə söykənən bir sistem qurur. Dünyanın inkişaf etmiş təhsil sistemlərində müəllim statusunu müəyyən edən əsas mexanizmlər də məhz budur.

Bu gün etiraz edənlərin 99 faizinin maraqlandığı yalnız maaşdır. Heç kim “Bu model şagirdə nə verəcək?”, “Təhsilin keyfiyyəti necə artacaq?”, “Uşaqlar niyə oxuduğunu anlamır?” suallarını vermir. Halbuki problem məhz buradadır. Ümumilikdə nəticəmiz Afrikanın ən zəif ölkələrindən aşağıdırsa, PISA-da şagirdlərimizin 60 faizi oxu-anlama bacarığını yerinə yetirə bilmirsə, 9–11-ci sinif buraxılış imtahanlarında yüz minlərlə şagird 0–100 bal çərçivəsində ilişib qalırsa, deməli, “maaş soruşmaq”la yanaşı, təhsil nəticəsi barədə düşünmək də lazımdır.

Müəllim ən yüksək əməkhaqqına da layiqdir, ən yüksək sosial təminata da — bunun mübahisəsi yoxdur.

Amma bir həqiqət də var: Finlandiya maaşı tələb edirsənsə, Finlandiya səviyyəsində nəticə də verməlisən. Bizdə isə maaş “Finlandiya” deyil, amma nəticə də heç “SoMali standartı” səviyyəsində deyil.

Kimi arqument gətirir:

“Şəhər məktəblərində şərait var, kənd məktəbləri soyuqdur, avadanlıq yoxdur, əlavə iş saatı necə olsun?”

Amma bu arqument islahatın özünü yanlış göstərmir”.

O, qeyd edib ki, əksinə, problemin illərlə yığılan infrastruktur boşluğunda olduğunu sübut edir:

“Yeni model həmin boşluğu ölçmək, inventarlaşdırmaq və resursu ehtiyaca uyğun bölmək üçün yaradılıb. Əvvəlki “saat yığma” sistemi buna imkan vermirdi: məktəb nə qədər dərs saatı yazırdısa, maliyyə də o qədər gedirdi. Zəif məktəblərin ehtiyacı statistikada belə görünmürdü.

Yeni sistem isə iş vaxtına əsaslanan maliyyələşmə ilə region məktəbləsinə üstünlük verir — çünki müəllimi məktəbdə saxlayan da, məktəbin resurs planlamasını dəyişən də məhz bu modeldir.

Dünya təcrübəsi də bunu təsdiqləyir:

Finlandiya, Estoniya, Sinqapur, Kanada – hamısında müəllim məktəbin daimi əməkdaşıdır, dərs yükü 18–25 saatdır, qalan vaxt metodik hazırlıq, şagirdlə fərdi iş, komanda planlamasıdır. Müəllim saat hesabı ilə deyil, məktəbə bağlılıq və nəticəyə görə qiymətləndirilir. İnfrastruktur çatışmazlığı islahatın əleyhinə arqument yox, əksinə, islahatın zəruriliyinin sübutudur.

Bu gün kimsə deyirsə ki, “İlk olaraq istilik, avadanlıq, kabinələr düzəlsin, sonra islahat olsun” — bu, məntiqi çevirmək deməkdir. Şərait olmaması islahatdan imtina üçün səbəb deyil. İslahat elə o şəraiti yaratmaq üçün başlanır.

Məsələ çox sadədir:

Əgər biz müəllimin nüfuzunu qaldırmaq istəyiriksə, müəllim də məktəbə və sistemə bağlılığını göstərməlidir.

Əgər biz nəticə istəyiriksə, bu modelə keçməliyik.

Əgər biz inkişaf etmiş ölkələrdən nümunə gətiririksə, onda həmin ölkələrin bizdə olmayan hissələrini də görməliyik:

kiçik siniflər, güclü maddi-texniki baza, işə yaxın məktəbdə yerləşdirmə, davamlı metodik inkişaf, məktəbə sadiq müəllim modeli.

Bütün bunları etmədən “yalnız maaş artırılsın” demək təhsilin mahiyyətini görməməkdir.

Nazirlik bu dəfə çox ciddi və doğru istiqamətdə addım atır. Bu model müəllimə daha yüksək əməkhaqqı, daha ədalətli mexanizm, daha sabit iş yeri verir. Eyni zamanda, məktəbin son 30 ildə yığılan problemlərini görünən və ölçülən edir. İndi məsələ islahatın qarşısını kəsmək yox, onu dəstəkləməkdir.

Çünki nəticə dəyişməsə — maaşın dəyişməsinin də mənası olmayacaq.

Hə bir də, çoxunun narahatlığı repititor fəaliyyətinə problem yaranma riskinə görədir”.

Şəbnəm 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Noyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri