Icma.az
close
up
RU
Təhsil niyə bu qədər tənqid olunur?

Təhsil niyə bu qədər tənqid olunur?

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təhsil bu gün cəmiyyətdə ən çox müzakirə olunan, tənqid edilən sahələrdən biridir. Şübhəsiz ki, bu sahədə həm uğurlar, həm də nöqsanlar var. Tənqidlər artır, narazılıqlar kütləviləşir, nəticədə bəzən müəllim obrazı aşağılanır və istehza hədəfinə çevrilir.

Maraqlı və düşündürücü məqam ondan ibarətdir ki, bu qədər genişmiqyaslı tənqidlər fonunda təhsil sisteminin özü, xüsusən də onu idarə edən strukturlar ardıcıl və sistemli mövqe ortaya qoymur.

Təhsil dövlətin gələcəyini formalaşdıran strateji sahədir. Təhsil sadəcə xidmət sahəsi yox, yeni nəslin formalaşması, vətəndaş yetişdirilməsi kimi ağır və məsuliyyətli bir missiyanı daşıyır. Bu sahədə çalışanların cəmiyyət qarşısında nüfuzu qorunmalıdır.

 Məsələ tənqidlərin olub-olmamasında deyil. Problem ondadır ki, haqlı və haqsız tənqidlər arasında fərq qoyulmur, ictimaiyyətə aydın izahlar verilmir, nəticədə bütün məsuliyyət birbaşa müəllimin və məktəbin üzərinə yüklənir. Bu isə təhsil sisteminin institusional nüfuzuna ciddi zərbə vurur.

Təhsil sistemində - məktəb direktorundan tutmuş nazirliyə qədər - işini vicdanla, peşəkar şəkildə icra edənlər də var, bacarmayanlar da. Bu, istənilən böyük sistem üçün təbiidir. Amma sual buradan başlayır:

Əsaslı və ya əsassız tənqidlərdə, bəzən açıq-aşkar təhqirə çevrilən ittihamlarda niyə minlərlə təhsil işçisi susur? Niyə bu böyük sistemdən çıxıb “bu belə deyil”, “hamı eyni deyil”, “ədalətli olaq” deyən olmur?

Məsələn, öz fəaliyyəti ilə məktəbi inkişaf etdirən, kollektiv arasında hörmət qazanan bir direktor və ya nüfuzlu bir müəllim sosial şəbəkələrdə əsassız şəkildə, haqsız yerə hədəfə alınır. O məktəbdə çalışan onlarla müəllim, habelə həmin şəxsi yaxından tanıyan, başqa məktəblərdə işləyən həmkarlar, ictimaiyyət nümayəndələri niyə susur? Region və ya nazirlik səviyyəsində də eyni mənzərə müşahidə olunur. Doğrudanmı bu qədər böyük təhsil sistemində kifayət qədər razı qalan, müdafiə edən, mövqe bildirən insanlar yoxdur?

Şəxsən mən bu suala birmənalı cavab tapa bilmirəm. Axı təhsil işçiləri cəmiyyətin ən böyük və ən savadlı təbəqələrindən biridir.

Bu vəziyyətin yaranmasının mümkün səbəbləri barədə düşünəndə bir neçə məqam önə çıxır:

- Birincisi, geniş ictimaiyyətdə təhsil sistemində məqsəd və hədəflərlə bağlı ciddi məlumat boşluğunun olması. İslahatların mahiyyəti, mərhələsi, gözlənilən nəticələri barədə “Nə edirik?”, “Hara gedirik?”, “Hansı mərhələdəyik?” suallarına müxtəlif səviyyələrdə aydın cavab verə bilən nə qədər insan var? Nəticədə nəinki cəmiyyətin fəal nümayəndələri, eləcə də lazımı məlumatlara sahib olmayan təhsil işçiləri ictimai müzakirələrdə mövqe bildirməkdə çətinlik çəkirlər.

- İkincisi, zamanla tənqidlərə vaxtında və əsaslandırılmış cavab verilməməsi, susqunluq göstərilməsi çox vaxt nöqsanların etirafı və ya razılaşma kimi başa düşülür. Bu isə narazılığın dərinləşməsinə və tənqidlərin sərtləşməsinə zəmin yaradır.

- Üçüncüsü, uzun illər ərzində yığılan problemlərə idarəetmə səviyyəsində sistemli reaksiya verilmədikdə şikayətlər adiləşir, kütləviləşir. Nəticədə aşağıdan yuxarıya cavabdehlik və məsuliyyət mexanizmləri zəiflədikcə təhsildə idarəetməyə olan inam azalır.

- Dördüncüsü, təhsili idarə edənlərlə kollektiv arasında səmimi, qarşılıqlı etimada əsaslanan münasibətlər zəifdirsə, ümumi mənafe naminə birgə mövqe ortaya qoymaq da çətinləşir.

- Beşincisi, etiraf etməliyik ki, illərlə eyni sahədə çalışan insanlar arasında peşə təəssübkeşliyinin zəifləməsi hiss olunur. Təhsil işçisi bəzən öz sahəsini müdafiə etməyə tərəddüd edir, kənarda qalmağı üstün tutur və s.

- Altıncı, təhsil işçiləri, ictimaiyyətin nümayəndələrinin birgə iştirakı ilə aktual olan müxtəlif mövzularda müzakirələr, dialoqlar, konfranslar və s. işgüzar tədbirlər çox keçirilməlidir. Movcud vəziyyət, perspektivlər və narahatlıq doğuran məsələlərə aydınlıq gətirilməlidir.

Yəqin ki, peşəkar, səriştəli oxucu bu siyahını artıra da bilər. Uzun illərini təhsilə həsr etmiş bir insan kimi bu suallar məni daim düşündürür. Zaman-zaman yazılarla, çıxışlarla həm nöqsanlara, həm də uğurlara münasibət bildirmişəm və bildirirəm. Xatırlayıram ki, bir neçə il əvvəl Təhsil Nazirliyi tənqidlərə daha açıq idi, müzakirələr daha operativ aparılırdı.

Bəzən həmkarlarım deyir: “Deməyin nə faydası var, eşidən varmı?” Amma mən yenə də düşünürəm ki, bu məsələləri qaldırmaq vacibdir. Bu mövzular ətrafında düşünmək və müzakirə aparmaq təkcə təhsil işçilərinin deyil, bütün cəmiyyətin borcudur.

Sağlam təhsil sistemi üçün açıq dialoq, əsaslandırılmış tənqid və şəffaf mövqe vacibdir. Təhsili susqunluq yox, müzakirə inkişaf etdirir. Bu sahədə çalışanların səsi eşidilməli, müəllim nüfuzu qorunmalı, problemlər gizlədilmədən, amma məsuliyyətlə gündəmə gətirilməlidir.

Çünki söhbət təkcə bu günün yox, sabahın təhsilindən, sağlam təhsil siyasətindən, cəmiyyətlə təhsil arasında etimadın qorunmasından gedir.

Vahid Tağıyev,
Təhsil eksperti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Dekabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see293

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see282

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see259

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see255

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see250

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see242

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see224

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see214

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see212

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see211

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see208

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see207

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see203

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see187

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see168

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri