Icma.az
close
up
RU
Təhsili idarə edənlər düşünürmü ki, təhsil niyə bu qədər tənqid olunur? Vahid Tağıyev yazır

Təhsili idarə edənlər düşünürmü ki, təhsil niyə bu qədər tənqid olunur? Vahid Tağıyev yazır

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Vahid Tağıyev, 

Təcrübəli, peşəkar təhsil işçisi.

***

Təhsil bu gün cəmiyyətdə ən çox müzakirə olunan, tənqid edilən sahələrdən biridir. Şübhəsiz ki, bu sahədə həm uğurlar, həm də nöqsanlar var. Tənqidlər artır, narazılıqlar kütləviləşir, nəticədə bəzən müəllim obrazı aşağılanır və istehza hədəfinə çevrilir.

Maraqlı və düşündürücü məqam ondan ibarətdir ki, bu qədər genişmiqyaslı tənqidlər fonunda təhsil sisteminin özü, xüsusən də onu idarə edən strukturlar ardıcıl və sistemli mövqe ortaya qoymur.

Təhsil dövlətin gələcəyini formalaşdıran strateji sahədir. Təhsil sadəcə xidmət sahəsi yox, yeni nəslin formalaşması, vətəndaş yetişdirilməsi kimi ağır və məsuliyyətli bir missiyanı daşıyır. Bu sahədə çalışanların cəmiyyət qarşısında nüfuzu qorunmalıdır.

Məsələ tənqidlərin olub-olmamasında deyil. Problem ondadır ki, haqlı və haqsız tənqidlər arasında fərq qoyulmur, ictimaiyyətə aydın izahlar verilmir, nəticədə bütün məsuliyyət birbaşa müəllimin və məktəbin üzərinə yüklənir. Bu isə təhsil sisteminin institusional nüfuzuna ciddi zərbə vurur.

Təhsil sistemində - məktəb direktorundan tutmuş nazirliyə qədər - işini vicdanla, peşəkar şəkildə icra edənlər də var, bacarmayanlar da. Bu, istənilən böyük sistem üçün təbiidir. Amma sual buradan başlayır:

Əsaslı və ya əsassız tənqidlərdə, bəzən açıq-aşkar təhqirə çevrilən ittihamlarda niyə minlərlə təhsil işçisi susur? Niyə bu böyük sistemdən çıxıb “bu, belə deyil”, “hamı eyni deyil”, “ədalətli olaq” deyən olmur?

Məsələn, öz fəaliyyəti ilə məktəbi inkişaf etdirən, kollektiv arasında hörmət qazanan bir direktor və ya nüfuzlu bir müəllim sosial şəbəkələrdə əsassız şəkildə, haqsız yerə hədəfə alınır. O məktəbdə çalışan onlarla müəllim, habelə həmin şəxsi yaxından tanıyan, başqa məktəblərdə işləyən həmkarlar, ictimaiyyət nümayəndələri niyə susur? Region və ya nazirlik səviyyəsində də eyni mənzərə müşahidə olunur. Doğrudanmı bu qədər böyük təhsil sistemində kifayət qədər razı qalan, müdafiə edən, mövqe bildirən insanlar yoxdur?

Şəxsən mən bu suala birmənalı cavab tapa bilmirəm. Axı təhsil işçiləri cəmiyyətin ən böyük və ən savadlı təbəqələrindən biridir.

Bu vəziyyətin yaranmasının mümkün səbəbləri barədə düşünəndə bir neçə məqam önə çıxır:

- Birincisi, geniş ictimaiyyətdə təhsil sistemində məqsəd və hədəflərlə bağlı ciddi məlumat boşluğunun olması. İslahatların mahiyyəti, mərhələsi, gözlənilən nəticələri barədə “Nə edirik?”, “Hara gedirik?”, “Hansı mərhələdəyik?” suallarına müxtəlif səviyyələrdə aydın cavab verə bilən nə qədər insan var?

Nəticədə nəinki cəmiyyətin fəal nümayəndələri, eləcə də lazımı məlumatlara sahib olmayan təhsil işçiləri ictimai müzakirələrdə mövqe bildirməkdə çətinlik çəkirlər.

- İkincisi, zamanla tənqidlərə vaxtında və əsaslandırılmış cavab verilməməsi, susqunluq göstərilməsi çox vaxt nöqsanların etirafı və ya razılaşma kimi başa düşülür. Bu isə narazılığın dərinləşməsinə və tənqidlərin sərtləşməsinə zəmin yaradır.

- Üçüncüsü, uzun illər ərzində yığılan problemlərə idarəetmə səviyyəsində sistemli reaksiya verilmədikdə şikayətlər adiləşir, kütləviləşir. Nəticədə aşağıdan yuxarıya cavabdehlik və məsuliyyət mexanizmləri zəiflədikcə təhsildə idarəetməyə olan inam azalır.

- Dördüncüsü, təhsili idarə edənlərlə kollektiv arasında səmimi, qarşılıqlı etimada əsaslanan münasibətlər zəifdirsə, ümumi mənafe naminə birgə mövqe ortaya qoymaq da çətinləşir.

- Beşincisi, etiraf etməliyik ki, illərlə eyni sahədə çalışan insanlar arasında peşə təəssübkeşliyinin zəifləməsi hiss olunur. Təhsil işçisi bəzən öz sahəsini müdafiə etməyə tərəddüd edir, kənarda qalmağı üstün tutur və s.

- Altıncı, təhsil işçiləri, ictimaiyyətin nümayəndələrinin birgə iştirakı ilə aktual olan müxtəlif mövzularda müzakirələr, dialoqlar, konfranslar və s. işgüzar tədbirlər çox keçirilməlidir.  Movcud vəziyyət, perspektivlər və narahatlıq doğuran məsələlərə aydınlıq gətirilməlidir.

      Yəqin ki, peşəkar, səriştəli oxucu bu siyahını artıra da bilər. Uzun illərini təhsilə həsr etmiş bir insan kimi bu suallar məni daim düşündürür. Zaman-zaman yazılarla, çıxışlarla həm nöqsanlara, həm də uğurlara münasibət bildirmişəm və bildirirəm. Xatırlayıram ki, bir neçə il əvvəl Təhsil Nazirliyi tənqidlərə daha açıq idi, müzakirələr daha operativ aparılırdı.

 Bəzən həmkarlarım deyir: “Deməyin nə faydası var, eşidən varmı?”

Amma mən yenə də düşünürəm ki, bu məsələləri qaldırmaq vacibdir. Bu mövzular ətrafında düşünmək və müzakirə aparmaq təkcə təhsil işçilərinin deyil, bütün cəmiyyətin borcudur.

Sağlam təhsil sistemi üçün açıq dialoq, əsaslandırılmış tənqid və şəffaf mövqe vacibdir. Təhsili susqunluq yox, müzakirə inkişaf etdirir. Bu sahədə çalışanların səsi eşidilməli, müəllim nüfuzu qorunmalı, problemlər gizlədilmədən, amma məsuliyyətlə gündəmə gətirilməlidir. 

Çünki söhbət təkcə bu günün yox, sabahın təhsilindən, sağlam təhsil siyasətindən, cəmiyyətlə təhsil arasında etimadın qorunmasından gedir.

MİA.AZ   

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://mia.az
archiveBu xəbər 15 Dekabr 2025 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see319

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see183

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see179

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see144

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see143

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see141

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see140

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see138

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see137

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see136

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see132

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see131

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see131

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see128

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see128

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see127

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see126

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see125

Suriyada toyda qumbara partladılıb Xeyli sayda yaralı var

13 Dekabr 2025 05:54see122

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri