Təhsil seçimində tələbələri çaşdıran SUAL MBA, yoxsa magistratura?
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Biznes, idarəetmə və rəhbərlik bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulan təhsil səviyyəsi proqramını Master of Business Administration, yəni MBA proqramları əhatə edir.
Bu proqram Azərbaycanda bir çox universitetdə olsa da, tam geniş şəkildə əhatə etmir, tələbələrin bir çoxu, magistr yoxsa MBA? Bu sual qarşısında qərarsız qalırlar.
Bizim.Media mövzuyla bağlı təhsil eksperti Elmin Nurinin fikirlərini öyrənib. O bu proqramların daha da genişləndirilərək artmasının tərəfdarıdır.
"Bəli, MBA təhsil proqramı bir neçə universitetdə mövcuddur. Bunların bəziləri ümumi proqram üzrə, bəziləri isə müəyyən istiqamətlər üzrədir. İstiqamətlərə görə MBA proqramlarının sahələri artırılmalıdır. Bütün universitetlərdə olması daha yaxşıdır. Çünki MBA beynəlxalq proqramdır".
Ekspert həm magistratura, həm də MBA proqramlarını müqayisə edib:
"Magistratura təhsilinin də müəyyən üstünlükləri var. Məsələn, magistraturanı bitirən şəxslərin MBA proqramını bitirənlərlə müqayisədə doktoranturaya qəbul şansı daha yüksəkdir. MBA isə dünyanın təhsil trendlərinin "qaymaqları"nı əks etdirir".
Elmin Nuri sözlərini mövzuyla bağlı diqqətçəkən bir sualla bitirib:
"Azərbaycanda MBA proqramı üzrə təhsil necə həyata keçirilir? Bu da çox önəmlidir".
Nəzrin Mirzəyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 21 Aprel 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















