Təhsil TV nin direktoru işindən ayrıldı
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Təhsil TV-nin direktoru Jalə Əliyeva vəzifəsindən gedib.
"Unikal" xəbər verir ki, bununla bağlı o, sosial şəbəkə hesabında bildirib.
"Təxminən 10 il ərzində Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sahəsində çalışaraq təhsilə xidmət etmişəm. Bu mərhələni isə nazirliyin onlayn televiziyası olan Təhsil TV-nin direktoru vəzifəsindən ayrılmaqla başa vururam. Bu illər mənim üçün böyük məktəb oldu. Dəyərli insanlarla birgə işləmək, cəmiyyətə təhsil haqqında düzgün məlumatları çatdırmaq və çoxsaylı layihələrdə iştirak etmək həm peşəkar, həm də şəxsi həyatımda unudulmaz təcrübələr qazandırdı. Bu yolda mənə dəstək olan bütün həmkarlarıma təşəkkür edir, hər birinizə işlərinizdə uğurlar arzulayıram", - deyə J.Əliyeva qeyd edib.
Onun sözlərinə görə, bir neçə gündən sonra fəaliyyətini özəl sektorda davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 19 Sentyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















