Icma.az
close
up
RU
Təhsildə əsl reallıq budur: Bu qərarın arxasında insan dayanırmı?

Təhsildə əsl reallıq budur: Bu qərarın arxasında insan dayanırmı?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sinqapurun Təhsil Nazirliyinin Baş direktoru bir dəfə demişdi: 

“Mən müəllimlərimizin 80 %-ni adbaad tanıyıram”. Bu, təsadüfi ifadə deyil, sistemin insanı mərkəzə alan idarəetmə fəlsəfəsinin göstəricisidir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu təhsil üzrə ekspert Kamran Əsədov bildirib. 

Ekspertin fikrincə, onlar bilirlər ki, təhsil siyasətinin mərkəzində müəllim dayanmasa, heç bir islahat nəticə verməyəcək:

“Bizdə isə vəziyyət tam əksinədir. Müəllimlərin həyatına, sosial rifahına, psixoloji durumuna və ailə mühitinə birbaşa təsir edəcək qərarlar qəbul edilərkən, nə tədqiqat aparılır, nə də müəllimlərin fikri soruşulur. Əslində, “iş saatına görə maaş verilməsi” ideyası ilk baxışda ədalətli görünə bilər.

Amma məsələni dərindən düşünəndə bu yanaşmanın praktik və sosial nəticələri çox ciddi suallar doğurur. Məhz əsl reallıq belədir. Bakı, Sumqayıt və Abşeronda yaşayan yüzlərlə müəllim hər gün saat 6:00-da evdən çıxır, 8:00-da dərsə çatır, axşam 5-6-da dərsdən çıxıb 9-10-da güclə evə qayıdır.

Onların çoxu qadınlardır, ailəsi, uşağı, xəstəsi olan insanlar. Bu müəllimlər artıq 10-12 saat evdən uzaqdadırlar. Əgər “iş saatına görə maaş” tətbiq edilərsə, onda bu insanlar sanki gecəni də məktəbdə keçirməlidir. 

Bəs bu qərarı verənlər bu insanları tanıyırmı? Onlardan bircə nəfər belə bu reallığı soruşubmu? Yoxsa yenə “nə olacaqsa, olacaq” prinsipi ilə, qaş düzəldərkən göz çıxaracağıq?

Əslində bu, tək maaş məsələsi deyil, idarəetmə fəlsəfəsi problemidir. 

Təhsil siyasəti statistikaya, cədvəllərə və “effektivlik göstəricilərinə” deyil, insanın həyat ritminə əsaslanmalıdır. Əgər müəllimin rifahı təmin olunmursa, heç bir proqram, strategiya və ya “konsepsiya” onu əvəz edə bilməz.

Bu tip qərarlar mütləq şəkildə ekspertlərlə, məktəb direktorları və müəllim birlikləri ilə müzakirə edilməlidir. Mühazirə deyil, müzakirə! Çünki təhsildə qərar masası bir tərəfli deyil, birgə düşünmək masası olmalıdır. Təklif odur ki, Elm və Təhsil Nazirliyi bu ideyanı kənardan deyil, yerindən, məktəbdən, müəllimdən dinləsin.

Hər islahatdan öncə sual versin: “Bu qərarın arxasında insan dayanırmı?” Yoxsa bir gün anlayacağıq ki, islahat uğrunda ən çox itirən də, ən çox əziyyət çəkən də elə müəllimin özü olub”.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:34
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri