Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Təhsildə ikitirəlik yaranır

Təhsildə ikitirəlik yaranır

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycan təhsilinin ən problemlatik hissəsi ibtidai təhsildir. 

Yəni ibtidai təhsili düzəltmədən, orta, tam orta, peşə və ya ali təhsili düzəltmək olmur. Çünki fundamentsiz ev tikmək olmur”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Ona görə də təxminən 40-50 % uşaq artıq ibtidai təhsildən sonra təhsilini davam etdirməkdə çətinlik çəkir. İbtidai təhsilin içinə girib düzəltmək lazımdır.

Sertifkatlaşdırmaya yanaşmamız budur ki, müəllimlik saathesabı, yarımştat, hərdənbir məktəbə gəlib dərs demək işindən daimi iş rejiminə keçsin. Bunu istəyən müəllimlər üçün tətbiq ediləcək, heç kəs heç kəsi buna məcbur etməyəcək.

Tamamilə rəqabətli, yüksək əməkhaqqısı olacaq və daimi ştatda olan müəllimin dərs yükü 18 saat olacaq. Yerdə qalan saat hissələrində isə təhsilə aid digər işlərlə məşğul olacaq.

Hansı müəllim istəsə ki, yüksək əməkhaqqı ilə işləsin, onlar üçün tətbiq olunacaq. Yalnız bu müəllimlər sertifikasiyadan yüksək bal toplayanlar arasından seçiləcək. İstəməsələr, saathesabı sistemlə davam edə bilərlər”, - nazir qeyd edib.

Bu çatışmazlıqların aradan qaldırılması üçün hansı addımlar atılmalıdır? Ümumiyyətlə, təhsilədə ikitirəlik yaranır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, sözügedən mexanizmi “təhsildə ikitirəlik” kimi qiymətləndirmək doğru deyil.

Onun sözlərinə görə, əsas məqsəd təhsil sistemindən sadəcə formal iştirak üçün istifadə edən şəxslərin tədricən prosesdən kənarlaşdırılmasıdır:

“Düşünmürəm ki, bunu təhsildə “ikitirəlik” kimi dəyərləndirmək düzgün olmaz. Qeyd etdiyim kimi, burada əsas məqsəd təhsilə bir növ “balıqçıda balıq ovlamaq” prinsipi ilə yanaşanların təhsil prosesindən kənarlaşdırlmasına hesablanıb.

Bəzi hallarda görürük ki, müəllim gündə sadəcə 4-5 saat dərs götürür, daha artıq saat yükü ilə işləmək istəmir. Adı dövlət müəssisəsində getsin deyə, müvafiq pensiya fondunda müəyyən büdcə formalaşsın kimi yanaşan şəxslər də var, onlar yalnız gününü repetitor hazırlığına həsr edirlər.

Bu mexanizm ilk növbədə məhz həmin şəxslərin sistemdən tədricən kənarlaşdırılmasına yönəlib. Doğrudur, könüllülük prinsipi əsasında qalanlar olacaq və buna Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən imkan veriləcək. Amma zaman keçdikcə həmin şəxslər sıradan çıxacaqlar”.

Ekspert vurğulayıb ki, vahid iş saatı və dəyişən iş qrafikinin tətbiqi müəllimlərin əməkhaqlarına ciddi təsir göstərəcək:

“Yəni onlar daha yüksək məvacib alacaqlar. Hazırkı vəziyyətə əsaslansaq, təxminən 18-24 saatlıq dərs yükü olan müəllim minimal 1 500 manat və daha yüksək əməkhaqqı əldə edə bilər. Bu isə yüksək adlara malik olan, məsələn, Əməkdar müəllim, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” və s. mütəxəssislərin daha çox məvacib almasına səbəb olacaq. 

Nəticə etibarı ilə bütün bu dəyişikliklər təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək”.Elçin Əfəndi əlavə edib ki, Elm və Təhsil Nazirliyinin açıqlamasında göstərilən faktlar, əlbəttə ki, real vəziyyəti əks etdirir:

“Əgər biz daha yüksək təhsil keyfiyyətindən danışırıqsa və başqa ölkələri nümunə gətirərək onların təhsil sistemini daha uğurlu hesab ediriksə, həmin ölkələrdə mövcud olan müsbət təhsil modellərini müəyyən qədər bizim sistemimizdə də tətbiq etməliyik. Bunun üçün isə ilk növbədə strateji əhəmiyyət daşıyan ibtidai təhsil pilləsinə maraq artırılmalıdır. 

Bunun üçün güclü akademik göstəricilərə malik olan, peşəkar və hazırlıqlı müəllim kollektivi formalaşdırmalıyıq. Eyni zamanda, burada ailələrin də övladlarına verdiyi dəstək böyük rol oynayır. Ailələr uşaqlarında təhsilə qarşı marağı nə qədər artırarsa, bir o qədər uğurlu nəticələrin əldə olunması mümkün olar”.

O qeyd edib ki, əgər ibtidai təhsildə boşluq yaranarsa, sonrakı təhsil pillələrinə keçiddə şagirdlərin istər dərsə davamiyyəti baxımından, istərsə də müvafiq olaraq fənlərə qarşı maraqları azalır:

“Nəticə etibarı ilə bir çoxunu artıq 9-cu sinifdə təhsil prosesindən yayınan, hətta əmək fəaliyyətinə cəlb olunan görürük. Bəzi hallarda, təəssüf ki, erkən nikaha cəlb edilmə hallarına da rast gəlinir. Həmçinin, yuxarı siniflərə çatdıqda isə bir çox şagird 11-ci sinfi bitirdikdən sonra yalnız attestatla kifayətlənir, orta ixtisas, peşə təhsili və ya ali təhsil almaq niyyətində olmur.

Bu səbəbdən erkən təhsil pilləsi üzərində, hansı ki, strateji əhəmiyyətə malik olan ibtidai təhsil pilləsi üzərində xüsusilə dayanmalı, burada daha yüksək nəticələr əldə etməyə çalışmalıyıq. Bu mərhələdə möhkəm təməl qurduqda, növbəti təhsil pillələrində də davamlılığı təmin etmək mümkün olur”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Təhsil Elçin Əfəndi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see676

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see645

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see642

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see506

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see467

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see455

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see432

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see354

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see348

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see345

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see335

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see331

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see328

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see327

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see322

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see316

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see316

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see310

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see293
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri