Dosent İlham Əhmədov: Pis müəllim yoxdur, pis sistem və səriştəsiz menecerlər var
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fənlərin dövrü çoxdan bitib, müsir təhsil bunu tələb edir, süni intellekt də gətirə bilərik.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.
Nazir məzmunla bağlı problemi də xatırladaraq bildirib ki, Azərbaycanda təhsilin məzmunu müəllimin məvacibinə bağlıdır.
“Bu, nə qədər ki belə qalacaq, məzmunu dəyişmək çətin olacaq. Məzmunu dəyişmək müəllimin maaşını dəyişmək deməkdir. Şərti olaraq, əgər biologiyanı bir saat azaldaq deyiriksə, bu həmin fənnin müəlliminin maaşının 10 % azaldılmasıdır. Məzmunda olunan dəyişiklik müəllimlərin maaşına təsir edəcək, müəllim maaşı ilə bağlı verilən qərar məzmuna təsir edəcək”.
E.Əmrullayev qeyd edib ki, müəlimlərin maaşı mütəmadi artırılsa da, məzmunu dəyişmək olmur. Onun fikrincə, Azərbaycanda 4 nəsil eyni məzmunla təhsil alıb, eyni fənləri oxuyub:
“Eyni sistemdir və bunu dəyişmək çox çətindir. 90-cı illərdə informatika fənni tədris olunmağa başladı. Bu məntiqlə təhsilə süni intellekt də gətirə bilərik. Amma müəllimlərimiz fənlərarası əməkdaşlığı başa düşməlidir. Məqsədlər dəyişməlidir. Müəllimin məqsədi ona ayrılan saatları keçib dərhal məktəbdən getməkdirsə, başqa fənn müəlliminin o uşağa nə öyrətdiyi onu maraqlandırmırsa, şagird hərtərəfli inkişaf etməyəcək”.
Nazir vurğulayıb ki, daha çox müəllimlərdən danışılsa da, təhsilin bütün mahiyyəti uşaqdır: “Biz müəllimə niyə maaş veririk? Çünki şagird daha yaxşı öyrənməlidir. Şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik”.
O əlavə edib ki, son 10 ildə müəllimlərin keyfiyyəti artıb: “Müəllim” sözünü düz yazmayan adamlarla sağollaşmışıq. Hazırda müəllimlər arasında rəqabət artıb. Bir gecəyə 150 min müəllimi əvəzləmək qeyri-mümkündür. Amma gənc müəllimlərin sertifikatlaşdırma prosesi mükəmməldir. Minlərlə müəllimin hər biri 51 baldan çox toplayıb. Bilikli müəllimlərin də metodik təkmilləşdirilməsi önəmlidir”.
Gununsesi.info-ya açıqlamasında dosent İlham Əhmədov məsələyə belə münasibət bildirib:
“Ölkənin təhsil sistemi çoxdan çöküb. Təhsil islahatların elmi təminatının və strateji bazasının yoxluğu, qüsuru kadr və maliyyə siyasəti, tədris proqramları, dərsliklər, müəllim hazırlığı, ixtisasartırma və təkmilləşdirilməsi sistemi, təlimlər, icra edilən layihələr, qrantlar v.s. hamısı çox bərbad haldadır.
Müəllimlər istəsə də, belə bir şəraitdə yaxşı nəticə əldə edə bilməzdilər.
Pis müəllim, pis şagird yoxdur. Pis təhsil sistemi və səriştəsiz menecerlər var. Əgər onlar həm də məsuliyyətsiz və tamahkardırlarsa, onda bu təhsilin, millətin faciəsidir. Təhsildəki ağır durumun səbəbkarı isə nazirliyin 25 il ərzində səmərəsiz və məsuliyyətsiz fəaliyyətidir.
Nazirlik yaxşı işləsəydi, qonşu ölkələrdə olduğu kimi, bizdə də normal elm və təhsil sistemi olardı.
Əgər nazirlik pis işləyirsə, onda bu qurumun əməkdaşlarına niyə maaş verilməlidir?
Verilən maaşlara da heyf olsun.
İslahatlara, layihələrə, qrantlara israf edilən milyonlara görə bəs kim cavabdeh olmalıdır?
Belə ziyanlı bir quruma və onun səriştəsiz menecerlərinə nə ehtiyac var?”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 16 Dekabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















