Icma.az
close
up
RU
TƏHSİLDƏ QRANT OYUNU... Dosent yazır

TƏHSİLDƏ QRANT OYUNU... Dosent yazır

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tanınmış təhsil ekpserti, ADPU “Kompüter elmləri” kafedrasının dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İlham Əhmədov redaksiyamıza Azərbaycanda təhsilə ayrılan qrantların səmərizliyi ilə bağlı “Səmərəli menecer hər manatın qədrini bilər...” başlıqlı növbəti analitik yazısını təqdim edib.

Aktuallığını nəzərə alaraq həmin materialı dəyərli oxucularımızın müzakirəsinə buraxırıq:

***

Bu gün ölkədə elə bir ailə tapmaq mümkün deyil ki, təhsilin durumundan razı olsun. Vətəndaşın öz durumundan və dövlətin vətəndaşına olan qayğısından məmnunluğu təhsil sisteminin keyfiyyətindən daha çox asılıdır, nəinki digər qurumların fəaliyyətindən. Təhsil sistemində minlərlə problem və təşəbbüslər var ki, maliyyə təminatsızlığı səbəbi ilə illərlə həll edilmir.

Təhsil problemlərinin həllində mühüm alətlərdən biri də təhsilə dair layihələrə qrantların verilməsidir. Bizim təhsilin ağır durumda olması səbəblərindən biri də universitetlərə, vətəndaş cəmiyyətinə, ekspertlərin faydalı və əhəmiyyətli təşəbbüslərinə qrantların verilməməsidir. Ötən yazımızda dediyimiz kimi, təhsil siyasəti tərsinə qurulduğu kimi, deyəsən, təhsildə qrant siyasəti də tərs qurulub...
Son illər Elm və Təhsil Nazirliyi(ETN) təhsil layihələrinə qrant verməyə başlayıb. Amma verməsə idi, daha yaxşı olardı. Çünki, bu qrantların təhsilə köməyi heç hiss edilmir, əbəs yerə pullar havaya sovrulur. ETN keçən il QHT-lər üçün veridiyi təhsil qrantları da əvvəlki illərdəkindən heç nə ilə fərqlənmədi. ETN ""Gilavar Fotoqrafiya Məktəbi" təlim kursu" adlı layihəyə qrant verib. ETN bu "layihə"yə qrantlar verməklə təhsilin inkişafına nail ola bilərmi? Belə "seçim", görəsən, təhsilə olan biganəlikdən, dostlara olan hörmətdən, yoxsa selfi çəkdirməyə olan məhəbbətdən qidalanır? Belə yanaşma ilə gələn il də, yəqin, "Fotomodellərin hazırlığı kursu" layihəsinə təhsil qrantı verərlər...
Digər bir layihə belə adlanır: "Təhlükəsiz gələcək! - Şagirdlərin təhlükəsizlik hüququnun təmin edilməsi". ETN məktəblilərin təhlükəsizliyi üçün 10 ildir "Məktəblinin dostu" adlı "İnnovasion" və "aktual" meqa-layihə icra edir, hər il buna milyonlarla pul ayırır. Bu il də əlavə bir neçə milyon ayıracaq. Belə bir vəziyyətdə bu problemin həllinə mikroqrant ayırmağın mənası nədir? Onsuz da yarıtmaz təhsil siyasəti nəticəsində məktəblilər məktəbdə yox, repetitor yanında dərs alırlar, bu məsələyə "xüsusi" diqqət yetirməyin nə mənası?..
Başqa bir qrant "Məktəbli münaqişələrinin həllində “həmyaşıd vasitəçiliyi”nin tətbiqi" adlanır. 10 il "Məktəblinin dostu" kimi möhtəşəm "layihə"nin fəaliyyət göstərdiyi məktəblərdə niyə məktəbli münaqişələri olmalıdır ki? Bu "dostlar" hara baxır, nə edir ki, məktəblilər arasında münaqişələr yaranır və bu münaqişəni də ştatlı "dostlar" yox, həmyaşıdlar həll edir? Bəlkə məktəblər daha "razborşik”lər hazırlayır, xəbərimiz yoxdur? Sonra da təəccüblənirik ki, oğru dünyasına aid mahnılar təhsil müəssisələrində niyə səsləndirilir? Bəlkə daha yaxşı olar ki, "Məktəblinin dostu" layihəsinin uğursuzluğunun səbəbləri" adlı layihəyə qrant verərdiniz? Bu layihənin real icrası belə cəfəng ideyanın bizim reallığa uyğun olmadığını, müəllim-şagird münasibətlərini zədələdiyini, onun tam mənasız olduğunu üzə çıxarardı. Bu layihənin nəticəsi həm faydalı, həm də əsl mənada təhsildə rasionallaşmaya xidmət edərdi, 10 miyonlarla büdcə pulu belə mənasız işlərə israf edilməzdi, təhsilin konkret problemlərinin həllinə yönələrdi...
Növbəti "möhtəşəm" qrant "Birlikdən biliyə" adlanır. Belə qeyri müəyyən, konkret olmayan layihənin təhsilə təsir gücü nə olacaq? Belə boş layihələrə qrantlar verməkdə ETN-nin məqsədi nədir? Bəlkə təhsil qrantları müsabiqəsi dostlara ünvanlı sosial yardım proqramıdır?..
Əvvəlki illərdə də təhsil layihələrinə verilən qrantların çox hissəsi təhsilə aidiyyatı olmayan, təhsil problemlərinin real həllinə xidmət etməyən ideyasız layihələr olub. Bir neçə QHT- nin eyni müsabiqədə maksimal məbləğdə (100 min manat) eyni vaxtda 2 qrant alması kimi halların olması faktları da var.
Əvvəlki illərdə də səmərəsiz təhsil qrantlarının verilməsi mövzusunda ekspertlər tərəfindən xeyli məqalələr yazılmışdır, amma nə faydası? "Dəyirman" yenə də öz işindədir. ETN heç vaxt ictimai rəyi nəzərə almayıb, görünür şəxsi və qrup maraqları olan yerdə, milli və dövlət maraqları, ictimai rəy onlara lazım deyil.
Ölkə prezidenti İlham Əliyevin ictimai nəzarət haqqında bildirdiyi fikirlər də heç nəzərə alınmır:
“Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istəyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq...”
Ölkənin maliyyə resurslarının belə israfı nə deməkdir? Eyni zamanda "Universitetlərin innovativ infrastrukturunun yaradılması", "Universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsi", "Müəllimlərin distant təkmilləşdirməsi kurslarının təşkili" kimi aktual təhsil layihələri kənara atılır. Belə "seçim"lərin edilməsi, görəsən, səriştəsizlikdəndir, yoxsa ölkə təhsilinin inkişafına zərbə vurmaq niyyətindəndir? Yəqin ki, bu qrantlar da əvvəlki illərdə olduğu kimi, güzəştlə verilib? Amma sözdə səriştəsiz fəaliyyəti pərdələmək üçün gəlişi gözəl ifadələr işlətmək heç yaddan çıxmır: "Təhsildə güzəşt vətənə xəyanətdir" (E. Əmrullayev). Görünür "islahatçı" nazir imici yaratmaq üçün belə söz oyunu da lazımdır. Reallıqda isə .... 500 min manat qrant büdcəsini ədalət və səmərə ilə xərcləyə bilməyən bir qurum, 5 milyardlıq təhsil büdcəsini səmərəli xərcləyə bilərmi? Dəniz suyunun dadına baxmaq üçün dənizin suyunu tamam içməyə ehtiyac yoxdur, bu sudan 1 qurtum içmək bəsdir...
Bəlkə təhsilin bugünkü tənəzzülünün əsas səbəbini elə illərlə təhsildəki səhv maliyyə siyasətində axtaraq?.. Bu necə ola bilər ki, son illər təhsil büdcəsi 5 dəfə artıb, amma təhsil geriləyib? Belə "təhsil islahatı" hansı ölkədə olub? ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub. Belə güzəştlər təhsilə, cəmiyyətə, dövlətin təhsil və səmərəli maliyyə siyasətinə zərbədir. Xüsusən də təhsilə dair bütün qlobal reytinqlərdə daim aşağı pillələrdə olduğumuz bir zamanda belə israfçı qrant siyasətinin illərlə davam etməsi ciddi suallar doğurur. ETN bu suallara cavab versə, yaxşı olardı...
İlham Əhmədov,

pedaqoji elmlər üzrə fəlsəfə doktoru

Moderator.az
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://mia.az
archiveBu xəbər 11 Yanvar 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see396

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see363

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see359

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see325

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see321

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see313

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see245

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see220

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see212

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see211

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see208

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see206

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see204

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see194

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see193

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see189

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see187

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri