Icma.az
close
up
RU
Təhsilə ayrılan vəsait ildən ilə artır, məktəb isə geri gedir: Səbəblər, həllər...

Təhsilə ayrılan vəsait ildən ilə artır, məktəb isə geri gedir: Səbəblər, həllər...

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2026-cı ildə Dövlət Büdcəsində təhsil xərclərinə ayrılan maliyyə açıqlanıb.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyilib. Gələn il təhsil xərclərinə 5015,9 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.

Təhsilə ayrılan vəsaitin həcminin ildən-ilə artırılmasına baxmayaraq, nəyə görə məktəblər bu gün yenə də valideynlərin çiyinlərindədir?

Təhsil eksperti Elmin Nuri Qaynarinfo-ya açıqlamasında bildirib ki, dövlət tərəfindən təhsilə olan diqqət və maliyyə xərcləri ildən-ilə artırılır:

"Növbəti ildə də bu proses eyni qaydada davam edəcək. Təhsilə dövlətin diqqəti artdığı halda biz bununla yanaşı, bəzi məsələlərdə də müəyyən dəyişiklikləri görmək istərdik. Bu nədən ibarətdir? Birinci istiqamət - məktəb özünə qayıtmalıdır”.

Elmin Nuri vurğulayıb ki, bu gün məktəb öz funksiyası ilə hərəkət etmir:

"Bu gün məktəb özünün şəxsiyyətyönümlü tədris mexanizmindən kənardadır. Məktəbin yeganə işi az qala imtahanlara hazırlıq məkanı kimi dəyərləndirilən bir qurumdur. Ümumi mahiyyəti ilə şagirdin ən sonu tələbə adını alacağı bir mexanizmdir. Amma məktəb səriştəyönlü tədris mexanizmləri, öz fəlsəfəsi ilə fərddən şəxsiyyət yaradacaq və qatdığı dəyərlərlə həmin insana cəmiyyətdə dəstək olacaq bir prosedurdur. Məktəb özünə qayıtmadığı halda bu yük yenə də valideynlərin ciyinlərində olacaq. İkinci, repetitorluq institutunun durmadan genişlənməsi... Repetitor nə deməkdir? Onu valideynlər maliyyələşdirir. Repetitora 99, 99% valideynlər ödəniş edir”.


Ekspert hesab edir ki, bu valideynlərin yükünü artıran bir mexanizmdir:

"Sevinirəm ki, bu il repetitorluğun kölgəsinin azalması istiqamətində iki böyük addım atılıb. Bu, pilot da olsa artıq həyata keçirildi. Birincisi, məktəb daxilində azad öyrənmə mexanizmi, məsələn, filan məktəbdə hazırlaşan şagirdlər daha repetitor yanına deyil, elə həmin məktəbin öz müəllimi tərəfindən sinif otağında hazırlığa cəlb olunurlar. Biz buna çox sevinirik. Kaş ki, bu, pilot deyil, genişlənmiş şəkildə olardı. İkincisi isə müəllimlərin əmək haqqının dərs saatına deyil, iş saatına görə hesablanmasıdır. Bu da repetitorluğun qarşısını alan məsələlərdən biridir. Repetitor gözləyirdi ki, dərs saatı başa çatsın və tez evə gedib hazırlığını keçsin”.

Elmin Nuri bildirib ki, kiminsə çox pul qazanması yaxşı göstərici olsa da:

"Amma inanın ki, bu, bəziləri üçün ifrat hala çevirilmişdi. Repetitorlar o qədər güclənmişdi ki, məktəb onlar üçün maraqlı deyildi və bu gün də belədir. Amma məktəbi özünə qaytarmaq lazım idi”.

Təhsilə ayrılan vəsaitin həcminin ildən-ilə artırılmasına baxmayaraq, nəyə görə məktəb bu gün yenə də valideyinlərin çiyinlərindədir, sualına Elmin Nuri bu cavabı verib:

"Məktəb öz mahiyyətinə qayıtmadığı halda biz yenə də çox ciddi öhdəlik qalacağını və valideynlər tərəfindən olan səhv yanaşmanı görəcəyik. Məni qınaya bilərsiniz, amma səmimi deyəcəyəm. Mənim də övladım məktəbə gedəcək. Məktəbin valideynlərinin çiyinlərində olması onların öz xətasıdır. Valideyn bu gün məktəbdən təhsil tələb etmir. Valideyn əvvəl yenə 9-10-cu siniflərdə hazırlığa aparırdısa, bu gün 1-ci sinifdən uşağına repetitor tutur. Valideyn onun övladının repetitor yanına gəlməyə məcbur edən müəllimdən haqqını tələb etmir, ondan pedoqoji şuraya şikayət etmir. Valideyn deyir ki, uşağım sinifdə pis olmasın deyə repetitor yanına getsin. Mən öz yaxınlarıma belə bunu tərgitdirə bilmirəm. Valideyn 5 oktyabrda "mənim uşağım sinifdə birinci olsun” deyə müəllimə ən yaxşı hədiyyəni almağı düşünür. Belə valideynin çiyinlərində həmişə yük olacaq”.

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Noyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see300

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see239

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see181

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see169

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri