Icma.az
close
up
RU
Distant təhsilə niyə hələ də hazır deyilik? Səbəblər və örnəklər

Distant təhsilə niyə hələ də hazır deyilik? Səbəblər və örnəklər

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

XXI əsrin 25-ci ilinin reallıqları hər gün özünü bizlərə daha çox diktə etdirir. Artıq müəyyən məsələlər var ki, orada bizlər deyil, dövrün çağdaş inkişaf modeli, sürətlə irəliləyən informasiya texnologiyaları və işıq tezliyi ilə hərəkət edən süni intellekt qərar verir. Artıq dünya özünün yeni inkişaf modelinin astanasını çoxdan geridə qoyub, süni intellekt, ümumdünya şəbəkə toru bütün proseslərə nəzarəti həyata keçirməkdədir. 

Bu, bir məkana, bir mühitə yox, bütün dünyaya, bir işə, bir sahəyə yox, bütün sahələrə sirayət edib. Artıq bundan qurtulmaq mümkün deyil. Həm də heç deyil.

Təbii ki, dövrün inkişaf senzini özündə əks etdirməli olan bir nömrəli aqreqat-təhsil də bu dəyişiklikdən keçməyə bilməzdi. Artıq təhsili də informasiya texnologiyaları idarə etməyə başlayıb və bu artıq sadə qanunauyğunluğa çevrilib. Bugün ABŞ başda olmaqla, bir çox ölkələrdə İT-yə söykənən məsafədən təhsil -distant tədris forması sürətlə yayılır. Bizdə isə pandemiya zamanı yararlandığımız distant tədris peşəkar distant tədris forması müstəvisi deyil, onun alətlərindən məcburi istifadə mexanizmi idi. Düny ölkələrinin təcrübəsində distant təhsilə yanaşmalara bir neçə nümunəni qeyd edək:

Böyük Britaniya – Distant təhsili ilk tətbiq edən ölkədir. XX əsrin 60-cı illərinin sonlarında Böyük Britaniyada distant təhsilin imkanları dövləti maraqlandırmağa başlayır və bu layihənin reallaşması üçün konkret addımlar atılır. Yeni tədris planları, tədris-metodiki vəsaitlər və texnologiyalar hazırlanır. Açıq Universitet (Open University) layihəsini kraliça təsis etsə də, onun icrasına nəzarət baş nazir Harold Uilsona tapşırılır. Universitetin rektoru cəmiyyət palatasının spikeri təyin edilir.  Açıq Universitet fəaliyyətinin ilk illərində Böyük Britaniya vətəndaşı olan və oxumaq istəyən  hər kəsi tələbə kimi qəbul edir. Hətta bakalavr proqramına orta məktəbi bitirmək haqqında rəsmi sənədi olmayanlar da qəbul edilir. Dövlət universiteti olduğuna görə bura müraciət edənlərin sayı ilbəil artır. Dərslər distant şəkildə təşkil edilir, sənədləşmə işləri isə poçt vasitəsi ilə aparılırdı. Baş nazir Harold Uilson dərslərin televiziya və radio vasitəsi ilə ötürülməsini nəzərə alıb universitetin “Efir universiteti” adlandırılmasını təklif etsə də “Açıq Universitet” adlandırılması onun konturlarını daha geniş çəkməyə imkan verir. Fəaliyyətinin ilk illərində yalnız öz vətəndaşlarını qəbul edən universitet sonrakı illərdə xarici vətəndaşların qəbulunu da həyata keçirməyə başlayır. Açıq Universitet bir çox ölkələrdə təhsili qeyri-ənənəvi yolla həyata keçirən layihələr reallaşdırmağa təkan verir. Tələbə əldə etmək uğrunda aparılan mübarizə universitetlərin də bu sahədə inkişafına səbəb olur. Əbəs deyil ki, Harold Uilson sonralar yazırdı ki, Açıq Universitetin yaradılması “siyasi akt” idi. Hazırda bu universitet distant təhsil həyata keçirən universitetlər arasında liderliyini davam etdirir.  Hər il bu universitetin qəbul planı 200 min tələbəni keçir.

Hazırda Avropada tanınmış distant təhsil mərkəzlərindən sayılan İspaniya Milli Distant Təhsil Universiteti də (UNED) ölkə daxilində 60, ölkə xaricində 9 filialı birləşdirir.

Çin - 1979-cu ildə burada ilk dəfə olaraq distant təhsil verən Milli Televiziya və Radio Şəbəkəsi yaradılır.  Bu hadisə distant təhsilin dünyanın bütün qitələrində fərqli dövlətlərin fərqli yanaşması kimi qəbul edilsə də, məqsəd bir idi- açıq təhsil imkanlarını genişləndirmək və bunu əhalinin bütün təbəqələri üçün əlçatan etmək. Beləliklə, XX əsrin ortalarında distant təhsilin imkanları televiziya, radio, poçt vasitəsilə həyata keçirilən audio və video materialları əhatə edir.

ABŞ-1989-cu ildə ABŞ-da ətrafında 1500 kollec və telekompaniyanı birləşdirən ictimai televiziya yaradılır (PBS TV). Bu telekanal tədris proqramlarını birləşdirən təhsil kanalı kimi fəaliyyət göstərir. Belə verilişlər içərisində elmin müxtəlif sahələri, biznes və idarəetmə üzrə maraqları əhatə edən (Adalt Learning Service) proqramlar mühüm yer tutur.

Distant təhsil sahəsində tanınmış universitetlər içərisində Pensilvaniya Univetsitetini də misal göstərmək olar. Bu universitetin təcrübəsi YUNESKO tərəfindən qəbul edilərək digər universitetlərə tövsiyə edilir. 

Türkiyə - Distant təhsil formasının tətbiq edildiyi və bu sahədə böyük təcrübə toplamış ölkələrdən biri də qardaş Türkiyə Cümhuriyyətidir. Türkiyənin Anadolu Universitetində 1982-ci ildən məsafəli təhsil sistemi tətbiq olunur. Anadolu Universiteti hazırda 1,5 milyon tələbəyə distant təhsil verən dünyanın 3-cü meqauniversiteti hesab edilir.

XX əsrin sonlarında internetin təhsil sahəsində tətbiqi distant təhsilin inkişafına və yeni üfüqlərin açılmasına rəvac verir. 1997-ci ildə yaradılan Kaliforniya Virtual Universiteti (California Virtual University), daha sonra 1999-cu ildə ABŞ-da fəaliyyətə başlayan ilk dövlət akkreditasiyalı distant təhsil universiteti- Jones Beynəlxalq Universitetinin (Jones İnternational University) saytında 700 onlayn kursun kataloqu yerləşdirilir.

Rusiyada distant təhsil daha çox əcnəbi tələbələr üçün nəzərə tutulub. Xüsusən də ali təhsil almaq üçün Rusiya universitetlərini seçən əcnəbilər müəyyən müddət ərzində distant formada rus dilini öyrənə bilərlər.  

Bəs, bizdə distant tədrisin inkişafına mane olan nüanslar nələrdir? Əvvəlcə onu qeyd edək ki, orta ümumtəhsil müəssisələrində distant təhsil formasının nəzəri-metodoloji bazasını formalaşdıran əsas meyarlar təəssüf ki, məcburi şəkildə təşkil olunan məsafədən tədrisdə özünü tam realizə edə bilməyib. İnternet imkanlarının da məkandan asılı olaraq, bəzən yararlı səviyyədə olmaması distant təhsil elementlərinin tətbiqinə mane olub. 

Texniki imkanlarla yanaşı, distant təhsilin tətbiqi zamanı rast gəlinən əsas çatışmazlıqlar:

1.Bu təhsil forması bizdə hüquqi əsası olmadığı üçün nəzəri-metodiki cəhətdən işlənməmiş və hər hansı proqrama əsaslanmayıb;

2.Distant təhsilin təşkili zamanı biliklərin qiymətləndirilməsi metodları müəyyənləşdirilməyib. Bu da öz növbəsində  müəllimlərə qiymətləndirmə zamanı xeyli çətinliklər yaşatmış, həmçinin, prosesin şəffaflığı bir qisim valideynlər tərəfindən şübhə ilə qarşılanıb;

3.Distant təhsilin tədrisi zamanı müəllim və şagirdlər üçün situasiyaya uyğun olaraq psixoloji hazırlıq, onlayn pedaqoji prosesin təşkilinin düzgün idarəedilməsi və etik-davranış kodeksləri hazırlanıb.

Bugün distant tədrisin tətbiqindən, daha doğrusu, onun mümkün variantlarından danışırıqsa, öncə yuxarıdakı punktlardakı boşluqları  müəyyən edib, onların aradan qaldırılması yollarını həll etmək lazımdır. 

Elmin Nuri

Təhsil məsələləri üzrə tədqiqatçı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Mart 2025 00:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri