Icma.az
close
up
RU
Təhsilə ayrılan xərclərin artırılması ilə bağlı açıqlama

Təhsilə ayrılan xərclərin artırılması ilə bağlı açıqlama

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Bu gün Azərbaycanda özəl məktəb və liseylərin daha yüksək nəticələr göstərməsinin əsas səbəblərindən biri kimi şagird başına ayrılan vəsaitin dövlət məktəbləri ilə müqayisədə daha çox olması əsas göstərilir. Belə ki, dövlət məktəblərində bir şagirdin təhsilinə xərclənən illik vəsait orta hesabla 1600-1700 manat arasında dəyişir.

Bəs təhsilin yüksək inkişafının təmini üçün ayrılan maddi vəsaitin artırılmasına ehtiyac var?

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan təhsil eksperti Səbuhi Abdullayev hesab edir ki, şagirdlərə ayrılan məbləğ stabil deyil:

“Məbləğin bu intervallarla dəyişməsi ilə şagirdlərin daha mükəmməl şəkildə bilik və bacarıqlara yiyələnməsi, eyni zamanda müasir innovasiyalara cavab verən təhsilə cavab verməsi mümkünsüzdür. Məsələn məktəblərdə avadanlıqların,cihazların azlığı şagirdlərin onlardan istifadəsini məhdudlaşdırır. Bu da yeni fənn üsulunun mənimsənilməsində müəyyən çətinliklər yaradır. Rəqəmsal texnologiya və süni intellekt avadanlıqlarının istifadəsi baxımından da istifadəyə maneə törədir.

Liseylərdə və gimnaziyalarda bu məbləğ yüksəkdir. Həmin tədris müəssisələrində  təhsilin daha keyfiyyətli olduğunu görürük. Orada oyun meydançaları, üzgüçülük zonaları, bilik və bacarıqların artırılmasına yönəlmiş xüsusi düşərgələr və s. geniş şəkildə fəaliyyət göstərir. Lakin dövlət məktəblərində bunun əksinin şahidi oluruq.

Cihazlar işləmir, avadanlıqlar yox dərəcəsindədir. Sadəcə bir topu meydana qoymaqla şagirdlərə idman dərsləri tədris olunur. Bu, uşaqların zehni və fiziki inkişafına təsir göstərən amillərdəndir. Düşünürəm ki, şagirdlər üçün ayrılan illik məbləğ artırılmalı, tədris proqramları yenilənməli, müəllimlərə ayrılan vəsait də qaldırılmalıdır”,- deyə ekspert vurğulayıb.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Fevral 2025 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri