Icma.az
close
up
RU
Təhsilə ayrılan maliyyə yetərlidirmi?

Təhsilə ayrılan maliyyə yetərlidirmi?

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gələn il üçün təhsil xərcləri 5 milyard 15 milyon 897 min manat məbləğində proqnozlaşdırılır. Bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, həmin vəsaitdən məktəbəqədər təhsilə 468 milyon 191 min manat, ümumi təhsilə 2 milyard 414 milyon manat, peşə təhsilinə 105 milyon manat, orta ixtisas təhsilinə 94 milyon manat, ali təhsilə 212 milyon manat, əlavə təhsilə 20 milyon manat, təhsil sahəsində tətbiqi tədqiqatlara 7 milyon 883 min manat, digər müəssisə və tədbirlərə isə 1 milyard 692 milyon manat ayrılması nəzərdə tutulur.

Bu rəqəmlər Azərbaycanda təhsilin maliyyələşməsi ilə bağlı vacib sualları gündəmə gətirir: ayrılan vəsait kifayətdirmi? Maliyyələşmə zamanı hansı sahələrə daha çox diqqət ayrılmalıdır? Hansı yeniliklərə ehtiyac var? 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva bildirir ki, son illərdə təhsilə ayrılan vəsaitlərdə ardıcıl artım müşahidə olunur. Onun sözlərinə görə, ayrılan vəsait təxminən dövlət büdcəsinin 10–12 faizini təşkil edir ki, bu, beynəlxalq təcrübədə yaxşı göstərici sayılır: "Dövlət büdcəsindən təhsilə 2021-ci il 3,1 mld manat, 2022-ci il 3,8 mld manat, 2023-ci il 4,4 mld manat, 2024-cü il 4,8 mld manat, 2025 (proqnoz) 5,1 mld manat ayrılmışdır. Büdcə xərclərinin 11 faizi təhsilə yönəlir; əsas məqsəd keyfiyyət və idarəetmə effektivliyinin artırılmasıdır. Göründüyü kimi, hər il təhsilə dövlət büdcəsindən ayrılan vəsaitdə artım var. Təhsil dövlətin əsas strateji istiqamətlərindən biridir”.

Millət vəkili hesab edir ki, ayrılan vəsaitin struktur baxımından necə yönəldilməsi daha önəmlidir. Onun sözlərinə görə, hazırda xərclərin böyük hissəsi əməkhaqqı və infrastruktur layihələrinə gedir ki, bu da labüd haldır. "Keyfiyyət və məzmun islahatları, müəllim hazırlığı, rəqəmsallaşma və elmi tədqiqatlara nisbətən az pay düşür”, – deyə o vurğulayıb.

Mehriban Vəliyeva maliyyələşmə zamanı diqqət edilməli əsas məsələləri də sadalayır. Onun fikrincə, ilk növbədə rəqəmsal təhsil mühitinin genişləndirilməsinə önəm verilməlidir: "Region məktəblərində texnoloji bərabərsizlik aradan qaldırılmalıdır. Təhsil tədqiqatları və innovasiya fondları - təhsil siyasətinin elmi əsaslara söykənməsi önəmlidir. İnfrastrukturun modernləşdirilməsi, xüsusilə də kənd məktəblərində təchizat, laboratoriyalar və internet təminatı gücləndirilməlidir. Eyni zamanda dövlət–özəl sektor tərəfdaşlığı inkişaf etdirilməlidir. Peşə təhsilinə ayrılan maliyyə vəsaiti artırılmalıdır ki, bu sahədə islahatlar genişlənsin”.

Deputat əlavə edir ki, təhsilin maliyyələşməsində yeniliklərə ehtiyac var: "Maliyyələşmədə nəticəyönümlü modelə keçid vacibdir. Eyni zamanda rəqəmsal bacarıqlar fondu yaradılmalı, süni intellekt və texnoloji savadlılıq üzrə milli proqramlar hazırlanmalıdır. Məktəblərin idarəetmədə müstəqilliyi artırılmalıdır ki, büdcə planlamasında yerli qərarvermə səlahiyyəti genişlənsin. Təhsil startaplarına dəstək mexanizmləri tətbiq edilməlidir, innovativ pedaqoji layihələr üçün qrant mexanizmləri genişləndirilməlidir. Məktəbəqədər təhsilin əhatəliliyi baxımından yeni layihələr dəstəklənməli, təhsilin pillə və səviyyələri üzrə islahatlar aparılmalı, məzmun islahatları dərinləşdirilməlidir”.

Təhsil eksperti, pedaqogika üzrə fəlsəfə doktoru Vüsal Kərimlinin sözlərinə görə, gələn ilin büdcəsində təhsilə ayrılan vəsaitin artması müsbət hal olsa da, əsas məsələ bu vəsaitin necə xərclənməsidir. O deyir ki, təhsilə ayrılan maliyyənin elm istiqamətinə nə qədər yönələcəyi hələ də qeyri-müəyyəndir: "Müəllimlərin əməkhaqlarının artırılması vacibdir, lakin elm və elmi araşdırmaların maliyyələşməsi də diqqətdən kənarda qalmamalıdır. Təhsil adı ilə verilən qrantların istiqaməti bəzən suallar doğurur. Burada əsas məsələ maliyyənin çoxluğu yox, təyinatı üzrə xərclənməsidir”.

V.Kərimlinin fikrincə, Elm və Təhsil Nazirliyinə ayrılan vəsait əsasən ümumtəhsil sahəsinə yönəlir, ali təhsil müəssisələri dövlət dəstəyindən kənarda qalır: "Bəzən universitetlər özləri Təhsilin İnkişafı Fonduna vəsait ödəyirlər. Halbuki ali təhsilin inkişafı üçün birbaşa maliyyə dəstəyi və elmi qrantlar ayrılmalıdır. Yəni, elm və ali təhsil istiqaməti tamamilə unudulub. Azərbaycan Elm Fondu fəaliyyət göstərsə də, onun büdcəsi məhduddur. Bu baxımdan, təhsilə ayrılan vəsaitin bölüşdürülməsi yenidən nəzərdən keçirilməli, elm və ali təhsilin inkişafı dövlət siyasətində prioritet yer tutmalıdır”.

ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov isə bildirir ki, təhsil üçün ayrılan vəsaitin payı ÜDM-də hələ də istənilən səviyyəyə çatmayıb: "2025-ci ilin büdcə göstəricilərinə görə, təhsilə ayrılan 5 milyard ölkə büdcəsinin təxminən 10,5 faizini təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu göstərici Estoniyada 17 faiz, Finlandiyada isə 19 faiz civarındadır. Bu, Azərbaycanın təhsil investisiyalarının hələ də inkişaf etmiş ölkələrin səviyyəsindən aşağı olduğunu göstərir. 

Mütəxəssis vurğulayır ki, təhsilin maliyyələşməsində diqqət yetirilməli əsas məsələ vəsaitin yalnız miqdarı deyil, həm də səmərəliliyidir: "Dünya Bankının 2023-cü il hesabatına görə, Azərbaycan təhsilə ayrılan büdcə xərclərinin effektivlik göstəricisində 100 bal üzrə 63 bal toplayıb. Yəni ayrılan vəsaitlərin tədris keyfiyyətinə, müəllim peşəkarlığına və öyrənmə nəticələrinə təsiri hələ də məhduddur. Bu, maliyyə artımının təkbaşına keyfiyyət artımına gətirmədiyini göstərir. Növbəti mərhələdə büdcə artımı ilə yanaşı, onun elmi əsaslı planlaşdırılması, bölgüsünün ədalətli və səmərəli aparılması, təhsil xərclərinin keyfiyyət göstəriciləri ilə əlaqələndirilməsi prioritet olmalıdır”.

Mənbə: "Kaspi" qəzeti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Noyabr 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri