Icma.az
close
up
RU
Təhsilin dünyəviliyi sosial bərabərliyi təmin edir

Təhsilin dünyəviliyi sosial bərabərliyi təmin edir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Müstəqil Azərbaycanın Konstitusiyasında ölkəmizin gələcək inkişaf yollarının əsas istiqamətləri müəyyənləşdirilmişdir. Azərbaycan hüquqi, demokratik, unitar dünyəvi və sosial dövlətdir. Konstitusiyada təsbit olunmuş dünyəvilik Azərbaycan xalqının siyasi iradəsini və istəyini ifadə edir. Qəbul edilən qanunlar və qərarlar Konstitusiyanın prinsiplərinə və müddəalarına uyğun həyata keçirilir. Məktəblədə təhsilalanların və təhsilverənlərin vahid geyim formalarının müəyyənləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar da Konstitusiyada təsbit olunmuş dünyəvilik,  bərabərlik, bütün vətəndaşlar üçün bərabər imkanların təmin edilməsi prinsiplərinə əsaslanır. Təhsilin dünyəvi xarakteri qanunvericilikdə təsbit olunur. “Təhsil haqqında” Qanunda dünyəviliklə yanaşı, sosial  bərabərlik, humanistlik, insan hüquqlarına hörmət və tolerantlıq da əsas prinsiplər kimi göstərilir və həmin qaydalar tətbiq edilərkən hər bir uşağın  təhsil hüququna hörmət edilir.

Azərbaycanda orta təhsil məktəblərində şagirdlərin vahid formaya keçməsi qanunla tənzimlənir və Konstitusiyada təsbit olunmuş dünyəvilik prinsipinin bariz nümunəsidir. Qanunda vahid geyim formasının tənzimlənməsinin başlıca məqsədi ölkədə təhsil sisteminin möhkəm əsaslar üzərində inkişaf etdirmək, təhsil alanların bilik səviyyəsini qaldırmaq, uşaqların sağlam inkişafını və təhlükəsiz şəraitdə birgə təhsilini təmin etməkdən ibarətdir. Ona görə də məktəbin fəaliyyəti şəxsi yanaşmalar əsasında deyil, qanunvericilik və müəyyən edilmiş ümumi qaydalar çərçivəsində təşkil olunur. Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formaları öz təsdiqini tapmışdır. Onun təkmilləşdirilməsi məqsədi ilə 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli qərarla ayrıca geyim tələbləri müəyyən olunmuşdur. “Ümumi təhsil haqqında” Qanunun 12.13-1-ci maddəsində dövlət məktəblərində həm təhsilalanların, həm də təhsilverənlərin geyim tələblərinə riayət etməsi nəzərdə tutulur. Bununla da Nazirlər Kabinetinin qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin  vahid geyim formasına dair tələblərə dəyişiklik edilərək təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinin qarşısı alınmışdır.

Təhsil sisteminə yeni müstəvidə yanaşılaraq  dini mənsubiyyətdən asılı olmayaraq ümumi  qaydalar hamıya tətbiq edilməlidir. Dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda şagirdlər vahid məktəbli forması tələblərinə, müəllimlər isə özlərinə aid peşə və geyim tələblərinə əməl etməlidirlər. Bu təhsil sistemində tarixən  olmuşdur. Keçən əsrdə fəaliyyət göstərən Qori müəllimlər seminariyasında vahid geyim formasının tətbiqi tələbinə əməl edilmiş, eləcə də ötən əsrin 20-ci illərindən müstəqillik dövrünə qədər  respublikamızda məktəblərdə vahid forma olmuşdur. Hazırda dünyanın bütün ölkələrində fəaliyyət göstərən məktəblərdə vahid məktəbli forması təsdiq olunur. Bu həm məktəb daxilində şagirdlərin maddi vəziyyətindəki fərqlilikləri,  psixoloji ayrı-seçkiliyi və sosial gərginliyi aradan qaldırır, həm də şagirdlər arasında bərabər mühit formalaşdırır. Vahid forma şagirdlərin diqqətini birbaşa tədris prosesinə yönəldən əsas vasitə olmaqla yanaşı, məktəb daxilində sağlam estetik zövqün formalaşmasına və cəmiyyətin ümumi mədəniyyət standartlarının mənimsənilməsinə birbaşa xidmət edən mühüm vasitədir. Vahid forma qaydaları təhsil sisteminin  konkret fəaliyyət mühitini tənzimləyir. Ona görə də məktəbin dünyəvi təhsil mühitinin qorunması və qanuni tələblərə əməl edilməsi zərurətdir. Hüquqi baxımdan məktəblərdə vahid geyim formasının tətbiqi  şagirdlərin hüquqi bərabərliyini, sosial bərabərlik və ayrı-seçkiliyin qarşısının alınması, nizam-intizam və təhsil mühitinin yaxşılaşdırılması, eyni zamanda təhsilin dünyəvilik prinsiplərinin qorunmasını təmin edir. 

Təhsildə bərabərlik prinsipinin həyata keçirilməsi insan hüquqlarının pozulması deyil, əksinə zəruri ictimai intizam qaydalarıdır. Cəmiyyətin inkişafında mühüm rolu olan təhsil sisteminin effektiv fəaliyyət göstərməsi üçün ümumi qaydaların tətbiq edilməsi zərurətdir. Eyni zamanda, hökumətin məlum qərarları hər bir vətəndaşın üzərinə müəyyənləşdirilən qaydaların yerinə yetirilməsi istiqamətində müəyyən sosial məsuliyyət qoyur. Birinci növbədə nəzərə alınmalıdır ki,  təhsil sistemi yalnız bir ölkədə deyil, dünyada qəbul edilmiş elm, bilik və ümumi sosiallaşma mərkəzləridir. Ona görə də məktəblərdə şagirdlərin müəyyən tələblərə əməl etməsi birgə təhsilin və qarşılıqlı məsuliyyətin bir hissəsidir. Qaydaların tətbiq edilməsində valideynlə müəllim əməkdaşlığının qarşılıqlı əlaqəsi mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq şagirdlərin qanuni tələblərə əməl olunmasını təmin etməklə yanaşı, təhsil prosesinə də müsbət təsir edir. Təhsilin inkişafı məqsədilə qəbul edilmiş qaydaları şagirdin, yaxud da müəllimin həyatına, ailədəki inancına və qanun çərçivəsində şəxsi dini praktikasına şamil etmək əks münasibət yaradır. Müəllimlərin geyimi məktəbdə əmək fəaliyyəti ilə yanaşı, məktəbdənkənar rəsmi tədbirlərdə də şagirdlər üçün şəxsi nümunə olmalıdır. Buna görə də qəbul edilmiş qaydalar Azərbaycanın dünyəvi dövlət quruluşunun və məqsədyönlü təhsil siyasətinin növbəti təzahürüdür. Hər zaman milli-mənəvi dəyərlərimizdə və cəmiyyətimizin formalaşmış sosial-mədəni ənənələrində təhsil ocaqlarının ümumi nizamına, kollektiv intizamına hörmətlə yanaşılaraq yüksək dəyərləndirilmişdir. Təhsil sistemində hamı üçün bərabər və nizamlı mühitin yaranması məqsədilə ümumi geyim  qaydalarının tətbiqi qanunvericiliyin tələblərinə  uyğun olaraq həyata keçirilir. Ümumi təhsil müəssisələrində təhsil alan yeniyetmələrin yaş xüsusiyyətləri nəzərə alınaraq vahid geyim standartlarının tətbiq edilməsi hər hansı məhdudiyyət deyil, əksinə, bütün şagirdlərin keyfiyyətli təhsil hüququndan bərabər şərtlərlə yararlanması üçün zəruri çərçivə təmin edilir. Təhsil sistemində   hamının riayət etməli olduğu ortaq standartlar cəmiyyətdə birgəyaşayış mədəniyyətini formalaşdırır. Məktəblərdə vahid məktəbli geyim formasının tətbiqi təhsilin dünyəvi xarakterinin və şagirdlər arasında bərabərliyin qorunmasına xidmət edir və sosial bərabərlik funksiyası daşıyır.

Dövlətin apardığı təhsil siyasətinin siyasi manipulyasiya predmetinə çevrilməsi, baş örtüyünün bölücülük vasitəsi kimi istifadə edilməsi təxribat cəhdləri kimi qiymətləndirilməlidir. Konstitusiya çərçivəsində həyata keçirilən  təhsil islahatı ölkəmizdə dünyəvi dövlətçilik prinsiplərinə əsaslanılır. Azərbaycan güclü dövlətdir və  ona qarşı istənilən təxribat cəhdi iflasa məhkumdur. Azərbaycan multikultural və tolerant dövlətdir. Hazırda ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini qurumlar azad şəkildə fəaliyyət göstərir və dövlət tərəfindən daim onlara hərtərəfli dəstək verilir.

Sayalı Sadıqova

AMEA, Nəsimi adına Dilçilik İnstitutu,

Terminologiya şöbəsinin müdiri,

filologiya elmləri doktoru, professor

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Oktyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see349

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see295

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see285

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see265

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see264

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see253

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see239

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see222

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see219

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see215

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see193

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see183

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see174

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see172

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri