Icma.az
close
up
RU
Təhsilverən öyrətdiyi şəxsdən az maaş ALA BİLMƏZ

Təhsilverən öyrətdiyi şəxsdən az maaş ALA BİLMƏZ

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

“Təhsilverən öyrətdiyi şəxsdən az maaş ala bilməz”.

Redaktor.az azedu.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.

Professorun sözlərinə görə, bakalavr təhsili olan şəxsin, elmlər doktoru və professor kimi ən yüksək elmi dərəcəyə sahib mütəxəssisdən yüksək maaş alması peşəkar ədalətə və akademik iyerarxiyaya ziddir: “Ali təhsil müəssisələrində dərs deyən və ya elmi rəhbərlik edən şəxsin aylıq əsas vəzifə maaşı onun tədris etdiyi və ya elmi rəhbərlik etdiyi şəxsin maaşından az ola bilməz.

Elmlər doktoru, professor, dosent kimi akademik statusa malik şəxslərin əsas maaş həddi, bakalavr və magistr təhsili ilə məhdudlaşan əməkdaşların maaş həddindən aşağı ola bilməz. Bu prinsiplərin pozulması hallarında dövlət və ya müvafiq icra orqanı tərəfindən əməkhaqqı siyasəti yenidən tənzimlənməlidir. 

Təhsil və elmdə motivasiyanı qorumaq, akademik iyerarxiyanın məntiqini saxlamaq, yüksək ixtisaslı kadrların inkişafına dəstək vermək lazımdır.Bakalavr təhsili ilə yüksək maaş alan bir gəncin, onu yetişdirən, illərini elmə həsr etmiş professorundan daha çox qazanması normal görünə bilərmi? Axı bu, sanki bir ustanın öz şagirdindən ucuz qiymətə işləməsinə bənzəyir”.

Elmlər doktoru olmaq, professor adına layiq görülmək, illərlə araşdırma aparmaq, tələbələr yetişdirmək sadəcə diplomda yazılan titullar deyil:

“Bunlar həm də zəhmətin, gecə-gündüz çalışmanın, yüzlərlə nəşrin və elmi tədbirlərdə verilən konfransların nəticəsidir.

Əgər biz bu zəhməti dəyərləndirməsək, sabah gənc alimlər “Mən niyə professor olum ki? Onsuz da bakalavr maaşı professoru keçir” deyə düşünəcək. Bu, təkcə fərdi ədalətsizlik deyil, milli intellektual kapitalın itirilməsidir.

Akademik iyerarxiya yalnız titullar üçün deyil, həm də maddi dəyərləndirmə üçün qorunmalıdır. Əks halda, elmi dərəcəli təhsilverənlər motivasiyasını itirə, ixtisaslaşmadan geri qala bilər”,- deyə Zahid Məmmədov  vurğuladı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Avqust 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri