Icma.az
close
up
RU
Kuklaların öyrətdiyi dostluq

Kuklaların öyrətdiyi dostluq

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Şahanə MÜŞFİQ

"Bir insanın təkcə teatra deyil, ümumilikdə mədəniyyətə, incəsənətə olan marağının, sevgisinin təməlində Kukla Teatrı dayanır" - desəm, qətiyyən mübaliğə olmaz. Kukla Teatrı uşaq tamaşalarının oynanıldığı yerdən daha yüksək, daha böyük məfhumdur. O, bəzən düşüncələrimizin, həyata, insanlara baxışımızın, milli-mənəvi duyğularımızın formalaşdığı fövqəladə bir məkandır. Fikrimcə, valideynin öz övladına, eləcə də yaşadığı cəmiyyətə edəcəyi ən böyük yaxşılıqlardan biri də övladını ta körpə yaşlarından Kukla Teatrı ilə tanış etmək, onu teatrın daimi tamaşaçısına çevirə bilməkdir.

Bu baxımdan biz özümüzü şanslı hesab edə bilərik. Çünki bizim, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı kimi, uşaqlığımızın ən gözəl xatirəsi, gəncliyimizin dostu olan teatrımız var. O teatr ki, bir əsrə yaxındır, şərəflə, ləyaqətlə incəsənətimizə xidmət etməkdədir.

Kukla Teatrında oynanılan tamaşalar, keçirilən premyeralar haqqında çox yazmışıq, rəhbərliyindən aktyorlarına qədər bir çox əməkdaşı ilə müsahibələr etmişik. Bu dəfə isə ümumilikdə teatrın özündən danışmaqdır məqsədimiz. Axı "Sezarın haqqını Sezara vermək lazımdır" deyiblər.

Azərbaycan Dövlət Kukla Teatrı bu günlərdə 93-cü mövsümünə yekun vurdu. Bu münasibətlə keçirilən tədbirdə gördüklərimiz, dinlədiklərimiz belə bir yazıya təkan verdi. İlk növbədə, bir jurnalist kimi deməliyəm ki, Kukla Teatrı mətbuatla ən sıx işləyən və mətbuat nümayəndələrini özünə dost seçən mədəniyyət ocaqlarımızdan biridir. Yəqin onun mətbuat nümayəndələri üçün təsis etdiyi ənənəvi mükafata "Teatrın dostu" adını verməsi də elə bu səbəbdəndir. Yeri gəlmişkən, artıq uzun illərdir ki, hər mövsümün sonunda bir mədəniyyət yazarı kimi "Kukla Teatrının dostu" seçilməyimin sevinci və qüruru içərisindəyəm bu günlərdə.

Qayıdaq mövsümün bağlanış mərasiminə...

Tədbirdə deputatlar - Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, Jalə Əliyeva, Elnarə Akimova, eləcə də Mədəniyyət Nazirliyinin təmsilçiləri, Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti İlham Namiq Kamal, digər mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.

Çıxışlardan öncə göstərilən videoçarxda teatrın 93-cü mövsümünə ümumi nəzər salmaq rəhbərliyin və kollektivin necə çalışqan, fədakar, sənət sevgisi ilə dolu olduqlarını bir daha sübut etdi. Bir mövsümdə 7 yeni səhnə əsəri ("Nənəmin aş qazanı", "Şaxta baba haradadır?", "Yalquzaq", "Bir dəfə Şamaxı xanlığında", "Leylək və Müqəvva", "Sirli dolça" və "İnnab ağacı"), onlarla festival, qastrol, bir-birindən maraqlı layihələr, önəmli əməkdaşlıqlar gərgin əməyin, yorulmaz fəaliyyətin və tükənməz sənət eşqinin nümunəsidir.

Tədbiri giriş sözü ilə açan teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə qısa, amma tutumlu çıxışında mövsüm boyunca yaşanan ən önəmli anlara nəzər salmaqla yanaşı, ilin sonunadək daha üç səhnə əsərinin hazırlanacağını və daha 2 beynəlxalq festivalda iştirak edəcəklərini də diqqətə çatdırdı.

Millət vəkilləri Günay Əfəndiyeva, Jalə Əliyeva və Elnarə Akimova milli kukla sənətinin inkişafında bu teatrın müstəsna yeri olduğunu bildirdilər. Qeyd olundu ki, yetişən nəsillərin incəsənətə, bu vasitə ilə cəmiyyətə münasibətinin formalaşmasında kukla teatrı və kukla sənəti böyük rol oynayır.

Kimsəni diqqətdən kənarda qoymayan Teatr rəhbərliyi millət vəkillərinə "Teatrın dostu" rəmzi mükafatını təqdim etdi.

Mərasimdə Əməkdar artist Rəhman Rəhmanov və Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev Teatr Xadimləri İttifaqının təsis etdiyi "Teatr fədaisi" medalları, dram artistləri Lina Məmmədova və Afət Zülfüqarova isə ittifaqın Fəxri fərmanları ilə təltif olundu. Onların simasında bütün kuklaçıları və media mənsublarını təbrik edən İttifaqın sədr müavini İlham Namiq Kamal fədailik, sənətə təmənnasız bağlılıq tələb edən kukla sənətini yaşadan və gələcək nəsillərə çatdıran sənət insanlarına, istedadlı və peşəkar kuklaçılara, onların əməyini, ümumən teatr sənətimizi daim təbliğ edən mətbuat nümayəndələrinə, media təmsilçilərinə təşəkkürünü bildirdi.

.

Cari mövsüm ərzində səmərəli fəaliyyətinə görə seçilən kollektiv üzvlərinin də təqdimatından sonra tədbir musiqi nömrələri ilə davam etdi.

Sevilən ifaçılar - Əməkdar artistlər Elza Seyidcahan və Firuzə İbadova, "Oyuq" Uşaq Teatrı dillər əzbəri olan mahnılarını ifa etdilər, sənət ocağı və kollektivi haqqında xoş sözlərini dilə gətirdilər, qarşıdan gələn Milli Mətbuat günü münasibətilə media nümayəndələrini, milli mətbuatımızın fədakarlarını təbrik etdilər, onlara yeni yaradıcılıq uğurları arzuladılar.

Çıxışlardan sonra media nümayəndələrinə "Teatrın dostu" mükafatı təqdim olundu. Yazımın əvvəlində qeyd etdiyim kimi, artıq 4-cü mövsümdür ki, "525-ci qəzet"in mədəniyyət müxbiri olaraq bu mükafata, bu ada layiq görüldüyüm üçün sevincli və qürurluyam. Mən ta uşaqlığımdan valideynlərimin, xüsusən də anamın sayəsində bu və digər teatrlarımızın ən yaxın dostu, daimi tamaşaçısıyam. Nə xoş ki, bu gün hələ 3 yaşı tamam olmayan qızım da artıq Kukla Teatrının daimi tamaşaçısına çevrilib.

Həmin gün bir daha məndə və ailəmizdə bu ənənəvi eşqi yaradan anama, bu eşqi heç sönməyə qoymayan Kukla Teatrının rəhbərliyinə, yaradıcı heyətinə minnətdarlığım sonsuz idi. Yaşasın Teatr! Var olsun Kukla Teatrı!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://525.az
archiveBu xəbər 17 İyul 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert “90 illik irs”

24 May 2026 01:53see366

ABŞ Ermənistanı Rusiyanın siyasi orbitindən tamamilə çıxarmağa çalışır

25 May 2026 17:14see285

F1 komandaları 2027 mövsümündə bəzi yarışların qısaldılmasını dəstəkləyiblər

24 May 2026 03:20see205

Atmosferin yuxarı hissəsi niyə daim soyuq olur? Sirr açıldı

24 May 2026 06:52see200

“YouTube Shorts”da süni intellektlə video redaktəsi dövrü başlayır

24 May 2026 05:58see196

8 saatdan çox yatanlar vaxtından tez qocalır Alimlər təsdiqlədi

24 May 2026 07:00see187

Milyon avroluq avtomobilləri oğurladılar

25 May 2026 01:58see181

May ayının sonuna qədər sərvət qazanacaq BÜRCLƏR

25 May 2026 00:04see172

Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib

24 May 2026 10:40see172

Qaş aldırmaq hansı hallarda günah sayılır?

24 May 2026 07:20see164

KİV: ABŞ İran sazişinin layihəsi zənginləşdirilmiş uran məsələsini həll edə bilmir

24 May 2026 07:58see164

Bu ölkə ordusunu “Azərbaycan modeli” əsasında QURUR

24 May 2026 16:50see161

Universitetin elmi fəaliyyətinin inkişafına xidmət edən ömür... ​Professor Kərim Həsənov

24 May 2026 09:51see160

Millinin sabiq futbolçusu narkotik alverinə görə həbs olundu

25 May 2026 02:08see157

Dəmir Yolları əhaliyə xidmət göstərir, ya imtiyazdan istifadə edir? KONKRET

25 May 2026 13:29see156

1946 cı ildən sonra doğulanlar daha çox XƏSTƏLƏNİR

24 May 2026 11:01see151

Barselona onun üçün 60 milyon avro ödəyəcək?

25 May 2026 00:28see151

Tramp: İranla bağlı razılaşma hələ yekunlaşmayıb

25 May 2026 01:18see149

Mourinyo Real da ildə 6 milyon avro qazanacaq İDDİA

25 May 2026 04:06see146

Azərbaycan səfiri Türkmənistanda WUF13 ün əhəmiyyətindən danışıb

24 May 2026 14:09see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri