Icma.az
close
up
RU
525 ci qəzet Suyun öyrətdiyi DƏRS

525 ci qəzet Suyun öyrətdiyi DƏRS

Icma.az, 525.az saytına istinadən bildirir.

Bu gün sinfə daxil olanda Canturan müəllim həmişəkindən daha gülərüz və şən görünürdü. Diqqətçəkən məqam təkcə onun nadir halda rast gəlinən gülərüzlüyü deyildi, həm də masanın üstündə üzəri ötürüklə bağlanmış iki böyük qab idi. Aydın idi ki, bir azdan nəsə maraqlı olay baş verəcək...

Çox keçmədi ki, Canturan müəllim üzünü sinifə tutub, gülümsəyərək dedi:

- Uşaqlar, bu gündən sonra sizə "şagird" yox, "oxucu" deyəcəyəm. Çünki "şagird" bizim sözümüz deyil. Dərs də keçməyəcəyik, çünki "dərs" də bizə yad sözdür. Mən sizə öyrəncə verəcəm! Bilirsiniz niyə? Çünki biz həm əylənirik, həm də öyrənirik.

Biz bir-birimizə baxıb gülümsədik. Maraqlı bir şey olacağını hiss edirdik.

- Siz isə mənə "müəllim" yox, "öyüdçüm" və ya "öyrədən" deyə bilərsiniz. Çünki "müəllim" də əcnəbi sözdür.

Bir-birimizə təəccüblə baxırdıq: bu yeni sözlər qəribə, amma maraqlı idi. Öyrədən əlini masanın üzərindəki qablarının üzərinə qoyub dedi:

- Bugünkü öyrəncəmiz çox maraqlı olacaq. Hətta bu dəfə bilik öyrətmə işində mənim köməkçim də var! Bilirsiniz kimdir? Hazırsınız tanış olmağa?

Hamımız başımızı tərpədib "hə" dedik.

Öyrədən örtüyü yavaş-yavaş açdı. Qarşımızda iki su qabı var idi.

- Tanış olun, Su!

Su bu gün mənə kömək edəcək. Bilirsiniz necə? Qulaq asın, deyim!

O, yanındakı torbadan bir ovuc torpaq çıxarıb su qabının birinin içinə tökdü. Su bir az bulandı. Sonra öyrədən həmin qaba qum, kül və boya əlavə etdi. Su yavaş-yavaş tündləşdi - qapqara mayeyə çevrildi.

O biri qabdakı su isə göz yaşı kimi duru idi.

- İndi bu iki su bir-birindən nə ilə seçilir?

Hamımız bulanıq suya baxıb düşündük. Öyrədən izah etməyə davam etdi:

- Bu duru su bizim dilimizin təmizliyidir. Amma ikinci qabdakı bulanıq su isə başqa dillərdən alınmış yad sözlərin dilimizə təsirini göstərir. Dilimiz yad sözlərlə bulandırıldıqca, düşüncəmiz də qarışır. Biz fikirlərimizi doğru ifadə edə bilmirik, bir-birimizi başa düşməkdə çətinlik çəkirik.

Öyrədən masanın üstündən bir neçə oyuncaq götürdü - bir maşın, bir kitab, bir quş, bir qələm, bir ulduz, bir çiçək və bir ayı. Onları bir-bir duru suyun içinə atdı. Oyuncaqlar suyun içərisində aydın şəkildə görünürdü, sanki su onları canlandırmışdı.

Sonra eyni oyuncaqları bulanıq suya atdı. Sanki oyuncaqlar yoxa çıxdı; onları görmək mümkün deyildi.

- İndi bu oyuncaqları sudan çıxarmalısınız. Görək, hansı sudan tapmaq asan olacaq?

İki qrupa ayrıldıq. Duru su olan qabın qarşısındakı qrup oyuncaqları dərhal çıxardılar. Həm gözləri ilə gördülər, həm də toxunaraq hiss etdilər. Onlar nə axtardıqlarını bilirdilər.

Bulanıq su ilə işləyənlər isə çətinlik çəkirdi. Oyuncaqları görə bilmədikləri üçün yalnız toxunaraq tapmağa çalışırdılar. Həm tapşırığı gec yerinə yetirdilər, həm də əlləri sudakı torpaq və boyadan çirkləndi...

Öyrədən suya baxaraq dedi:

- Gördünüzmü? Təmiz dildə anlayışları tez mənimsəyirik. Həm görürük, həm də toxunaraq hiss edirik. Amma dil yad sözlərə bulaşdıqda, hər şey qarışır, biz isə yanılırıq.

O an hamımız anladıq ki, bu sadəcə, bir oyun deyildi, bu, böyük bir dərs idi. Dilimiz "duru" qaldıqca, düşüncəmiz də açıq olur. Əks təqdirdə beynimiz bulanıq su kimi qarışır, doğru ilə yanlışı ayırd etmək çətinləşir.

Həmin gündən sonra sinifdə yad sözlər işlətdikdə bir-birimizə gülümsəyərək deyirdik:

- Suyu bulandırma, dili çirkləndirmə!

Eltən Törəçi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Fevral 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri