Icma.az
close
up
RU
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS

Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

2026-2027-ci tədris ilində bir neçə dərslik yenilənmiş məzmunda tədris prosesində istifadə olunacaq. 

Elm və Təhsil Nazirliyinin məlumatına görə, yeni tədris ilində IV siniflər üçün "Həyat bilgisi", VII siniflər üçün "Azərbaycan dili" ,"Riyaziyyat", "İngilis dili", "Azərbaycan tarixi", VIII siniflər üçün "Coğrafiya", IX siniflər üçün "Biologiya", "Fizika" və digər dərsliklər yenilənmiş məzmunda tədris prosesində istifadə olunacaq.

Müəllim və valideynlər tərəfindən vaxtaşırı dərsliklərin dilinin mürəkkəb və şagirdlər üçün kifayət qədər anlaşıqlı olmaması ilə bağlı narazılıqlar səsləndirilir. 

Xüsusilə bəzi mövzuların şagirdlərin yaş səviyyəsinə uyğun olmayan formada izah edilməsi onların materialı mənimsəməsini çətinləşdirir. Dərsliklərin keyfiyyətini artırmaq üçün hansı addımlar atılmalıdır? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, təhsildə keyfiyyətin artırılması üçün dərsliklərin də daim yenilənməsi və təkmilləşdirilməsi vacibdir: 

“Dərsliklərin yenilənməsi müsbət addımdır. Amma burada əsas məsələ təkcə məlumatların yenilənməsi deyil, həmin məlumatların şagirdlərə necə çatdırılmasıdır. Dərslik şagirdin yaş xüsusiyyətlərinə, düşünmə səviyyəsinə və qavrama imkanlarına uyğun dildə hazırlanmalıdır. 

Bu gün bəzi dərsliklərdə elmi baxımdan düzgün, lakin şagird üçün mürəkkəb ifadələrin və ağır izahların olduğunu görürük. Nəticədə müəllim mövzunu əlavə izah etməli olur, valideyn isə evdə həmin materialı uşağa daha sadə formada izah etməyə çalışır. 

Bu da dərsliyin əsas funksiyasını müəyyən qədər zəiflədir. Dərsliklərin keyfiyyətinin artırılması üçün hazırlanma prosesində yalnız fənn mütəxəssislərinin deyil, praktik müəllimlərin, metodistlərin, uşaq psixoloqlarının və dil mütəxəssislərinin iştirakı olduqca vacibdir”. 

Ekspert qeyd edib ki, dərsliklər istifadəyə verilməzdən əvvəl məktəblərdə pilot şəkildə tətbiq olunmalı, müəllim və şagirdlərin rəyləri mütləq nəzərə alınmalıdır: 

“Dərslik nə qədər elmi məzmunlu olsa da, şagird onu oxuyub başa düşmürsə, həmin dərsliyin effektivliyindən danışmaq çətindir. Yenilənmə prosesində məzmunla yanaşı, dilin sadəliyinə, izahların aydınlığına və yaş səviyyəsinə uyğunluğa da xüsusi diqqət yetirilməlidir”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

 

Açar sözlər: dərslik Əmrah Həsənli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Avqust 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see903

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see361

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see321

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see308

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see285

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see275

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see239

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see237

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see219

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see207

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see207

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see204

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see204

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see204

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see197

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see191

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see191

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see191

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see178

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri