Tək İran yox, ABŞ də Hörmüzü bağlayır: 23 ticarət gəmisi saxlanıldı
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hörmüz boğazında blokada tətbiq olunandan sonra ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarından yola çıxan 23 ticarət gəmisini saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, blokadanın başlanmasından indiyədək 23 gəmi ABŞ qüvvələrinin göstərişlərinə əməl edərək geri qayıdıb.
Pentaqon qeyd edib ki, bu vaxta qədər Amerika hərbçiləri həmin gəmilərdən heç birinin göyərtəsinə çıxmayıblar.
Eyni zamanda, The Wall Street Journal nəşri ABŞ rəsmilərinə istinadla yazıb ki, Hörmüz boğazında blokada əməliyyatlarına cəlb olunmuş ABŞ Hərbi Dəniz Qüvvələrinin hücum qrupları İranla əlaqələndirilən neft tankerlərinə çıxmağa və lazım gələrsə, onları nəzarətə götürməyə hazırlaşır.
Baxış sayı:114
Bu xəbər 19 Aprel 2026 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















