Təkbaşına səyahətlər niyə yeni trendə çevrilir?
Icma.az, Lent az saytına istinadən bildirir.
Getdikcə daha çox turist mütləq planlaşdırma azadlığı naminə şüurlu şəkildə solo-səyahətlərə üstünlük verir.
Əvvəllər tək səyahət edənlərə yüngül rəğbətlə yanaşırdılar: hesab olunurdu ki, insan tək səyahətə yalnız şirkətin (yoldaşın) olmaması səbəbindən gedir. Lakin bu gün vəziyyət kökündən dəyişib. Təkbaşına səyahətlər bütün dünyada milyonlarla insanın seçdiyi şüurlu bir trendə çevrilib.
Lent.az xarici mediaya istinadən turistlərin hansı səbəbdən solo səyahət etməyə üstünlük verdiklərini izah edir.
Azadlıq və mütləq nəzarət (32 faiz). Əsas üstünlük - başqalarının vərdişlərinə və həyat ritminə uyğunlaşmadan marşrutu yalnız öz maraqların ətrafında qurmaq imkanıdır.
• Bitməyən müzakirələrdən yorğunluq (30 faiz). Qrup çatlarında tarixləri, büdcəni və istiqaməti razılaşdırmaq cəhdləri çox vaxt aylarla uzanır və dalana dirənir. Təkbaşına səyahət bu stresi aradan qaldırır.
• Yeni kəşflərə və müstəqilliyə susuzluq (22 faiz). Bir çoxları üçün bu, konfor zonasından çıxmaq və öz üzərlərində yeni səyahət tərzi sınamaq üsuludur.
• Yeni tanışlıqlara açıqlıq (21 faiz). İnsan tək səyahət edərkən yerli sakinlər və digər turistlərlə ünsiyyət qat-qat asan və təbii şəkildə yaranır.
• Özünüdərk və yenidənqurma (20 faiz). Solo-səyahət gündəlik rutindən uzaqlaşmaq və tək qalmaq üçün ideal şərait yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 06 Avqust 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















