Icma.az
close
up
RU
Təkcə oğlan yox, həm də qız narkotestdən keçirilsin Vəkil elçilikdə sağlamlıq arayışından DANIŞDI

Təkcə oğlan yox, həm də qız narkotestdən keçirilsin Vəkil elçilikdə sağlamlıq arayışından DANIŞDI

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Azərbaycanda atanın qızına elçi düşən ailədən oğlanın sağlamlığı ilə əlaqədar arayış və narkotest istəməsi müzakirələrə səbəb olub.

Bəs hüquqi cəhətdən bunu etmək olarmı?

Redaktor.az-a danışan vəkil Araz Nurməmmədov bildirdi ki, dövlətin və qanunun tələbinə görə, şəxslər nikaha daxil olmamışdan öncə məcburi tibbi müayinədən keçməlidirlər və bu məsələ artıq bir neçə ildir qanunla tənzimlənir:

"Bu kontekstdə atanın qızına elçi düşən şəxsdən narkotest tələb etməsi bəzi hallarda qeyri-etik görünə bilər. Burada eyni zamanda etibar məsələsi də ortaya çıxır və qarşı tərəfdə “mənə inanmırlar” kimi bir düşüncə yarana bilər. Məsələnin daha düzgün və balanslı həlli isə ondan ibarət ola bilər ki, bu addım tərəflər arasında qarşılıqlı razılıq əsasında atılsın. Yəni təkcə oğlanın yox, həm də qızın narkotestdən keçməsi nəzərdə tutulsun. Çünki son illər müşahidə edirik ki, narkotik asılılığı problemi yalnız kişilər arasında deyil, xanımlar arasında da yayılmaqdadır. Bu baxımdan hər iki tərəfin narkotestdən keçirilməsi və gələcəkdə bu məsələnin qanunvericilik səviyyəsində tənzimlənməsi təqdirəlayiq yanaşma olardı. Belə olduqda artıq tərəflərdən birinin digərindən narkotest tələb etməsi qeyri-etik kimi qiymətləndirilməz".

Vəkilin fikrincə, ümumilikdə atanın bu məsələdə narkotest istəməsi gələcəkdə qurulacaq ailənin daha sağlam və təhlükəsiz təməllər üzərində formalaşmasına yönəlmiş rasional addım kimi dəyərləndirilə bilər:

"Çünki əgər ailədə tərəflərdən biri narkotik vasitələrə aludədirsə və ya keçmişdə bu asılılıq mövcud olubsa, bu, gələcəkdə uşaqların sağlam doğulması və onların cəmiyyətin sağlam üzvü kimi formalaşması baxımından müəyyən risklər yarada bilər. Bu mənada narkotest gələcək ailə üçün bir növ sosial sığorta funksiyasını da yerinə yetirir. Hərçənd etik baxımdan müəyyən suallar doğura bilər, lakin mümkün ailə faciələrinin qarşısının alınması baxımından bu addım effektiv vasitə hesab oluna bilər. Ən ideal variant isə ondan ibarətdir ki, bu tələb təhqiredici formada deyil, ailənin sağlam təməllər üzərində qurulması məqsədilə hər iki gəncin həm oğlanın, həm də qızın könüllü və qarşılıqlı razılığı əsasında həyata keçirilsin. Belə olduğu təqdirdə, təbii ki, gələcəkdə cəmiyyətimizdə qurulan ailələrin təməli də daha möhkəm olacaqdır".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Yanvar 2026 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see252

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see210

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see201

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see192

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see186

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see176

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see154

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see154

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see153

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see153

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see145

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see141

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see141

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see139

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see139

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see137

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see135

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see134

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri