Icma.az
close
up
RU
Mina problemi təkcə texniki yox, həm də humanitar təhlükədir HƏRBİ EKSPERT DANIŞDI

Mina problemi təkcə texniki yox, həm də humanitar təhlükədir HƏRBİ EKSPERT DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

“2020-ci ildə Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə qarşıda duran əsas vəzifələrdən biri həmin torpaqların mina və partlamamış hərbi sursatlardan təmizlənməsi oldu. Bu günə qədər görülən işlərə nəzər saldıqda deyə bilərik ki, mina təmizləmə prosesi həm miqyas, həm də icra baxımından olduqca geniş və çətin bir mərhələdir. Lakin Azərbaycan bu prosesi mərhələli və sistemli şəkildə həyata keçirir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, əsas mina təmizləmə işləri ANAMA – Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən həyata keçirilir. Bununla yanaşı, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti də prosesə cəlb olunub: "Ərazilərin təhlükəsiz hala gətirilməsi üçün ən müasir texnologiyalar, xüsusi təlim keçmiş kinoloji qruplar və əl ilə təmizləmə üsulları istifadə olunur. Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bəzi ölkələrdən texniki və peşəkar dəstək də alınır. Bugünkü vəziyyətə baxsaq, minalardan ən çox təmizlənmiş və bərpa işlərinə start verilmiş ərazilər sırasında Zəngilan rayonunun Ağalı kəndi, Füzuli şəhərinin mərkəzi, Cəbrayılın bəzi kəndləri və Şuşa şəhərinə gedən yol boyunca olan ərazilər yer alır. Bu ərazilərdə artıq infrastrukturun qurulması, yolların çəkilməsi, su, qaz və elektrik xətlərinin çəkilməsi, məktəb və xəstəxanaların tikilməsi kimi addımlar atılıb. Bu isə yalnız mina təhlükəsi aradan qaldırıldıqdan sonra mümkündür.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, mina problemi təkcə texniki yox, həm də humanitar təhlükədir. Müharibədən sonra mina partlayışları nəticəsində hərbçilərlə yanaşı, çoxsaylı mülki şəxslər – o cümlədən fermerlər, jurnalistlər və tikinti işçiləri həlak olub və ya xəsarət alıb. Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin təxminən 25%-ə qədəri dəqiq olub, qalan məlumatlar isə ya qeyri-dəqiq, ya da tamamilə uyğunsuz olub. Bu da təmizləmə işlərini xeyli ləngidir. Mina təmizləmə prosesi dövlətin prioritet istiqamətlərindən biridir. Azərbaycan bu sahədə həm texniki imkanlarını, həm də beynəlxalq əməkdaşlığını genişləndirərək işğaldan azad olunmuş torpaqları təhlükəsiz və yaşayış üçün yararlı məkana çevirməkdə qərarlıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 İyul 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri