Icma.az
close
up
RU
Təkfirçi, terrorist, müxalifətçi, kostyumlu lider, yoxsa proyekt? əlŞaraa və ailəsinin bilinməyənləri Rəfi Müslümov yazır Yeni Çağ Media

Təkfirçi, terrorist, müxalifətçi, kostyumlu lider, yoxsa proyekt? əlŞaraa və ailəsinin bilinməyənləri Rəfi Müslümov yazır Yeni Çağ Media

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriyada hazırda de-fakto hakimiyyəti idarə edən Əhməd əl–Şaraa (əl- Qolani) və onun ailəsi Suriya siyasətinə yad deyil. Ailənin kökü İsrailin işğalı altında olan Qolan təpəl-ərindən gəl-ir. Məhz bu səbəbdən Əhməd əl–Şaraa “əl- Qolani” təxəl-lüsünü qəbul edib. İsrailin işğalından sonra isə onlar Dera əyalətinə köçüblər.

Əhməd əl-Şaraanın atası Hüseyn əl-Şaraa BAAS hakimiyyəti dövründə həbs edilib və daha sonra Ər-Riyada köçmək məcburiyyətində qalıb. O, burada neft mühəndisi və iqtisadçı kimi fəaliyyət göstərib. Hüseyn əl-Şaraa coğrafiya müəllimi ilə ailə həyatı qurub və eyni zamanda, neft sektoru üzrə ixtisaslaşmış mütəxəssis kimi tanınıb. Hüseyn əl-Şaraanın yaxın qohumu Fərrux əl-Şaraa isə Suriyanın ən mühüm siyasi fiqurlarından biri olmuşdur. O, Hafiz Əsəd və Bəşər Əsədin hakimiyyətinin ilk dövrlərində Xarici İşlər Naziri və daha sonra vitse-prezident vəzifələrində çalışıb.

Fərrux əl-Şaraa həmçinin Hafiz Əsəd dövründə Xarici İşlər Naziri vəzifəsinə təyin olunmuşdur. O, 1984-cü ildən 2006-cı ilə qədər bu vəzifədə çalışmış və daha sonra vitse-prezident kimi fəaliyyətini davam etdirmişdir. Fərrux əl-Şaraa sünni elitasının əsas nümayəndələrindən biri hesab olunur. O, Suriyanın Qərb dövlətləri ilə əlaqələrində mühüm rol oynamış, həmçinin ABŞ-ın keçmiş prezidenti Bill Klinton və keçmiş dövlət katibi Madlen Olbrayt ilə yaxın münasibətləri olmuşdur.

Bununla yanaşı, o, İranla münasibətlərin tənzimlənməsində də mühüm rol oynamışdır. Ruhulla Xomeyninin dəfn mərasimində Suriyanı təmsil etmiş və İranın keçmiş prezidenti Əli Əkbər Rəfsəncani ilə yaxın əlaqələr qurmuşdur. Ümumiyyətlə, əl-Şaraa ailəsi ərəb millətçi dəyərlərini təmsil edən və yüksək təhsil almış bir ailə kimi tanınır. Ailə üzvləri iqtisadi biliklərə malik olmaqla yanaşı, Suriyanın siyasi həyatında da əhəmiyyətli rol oynamışlar. Əhməd əl-Şaraa ərəb dili üzrə akademik biliklərə sahibdir və bu sahədə müəllimlik edir.

Onun keçmişdə “əl-Qaidə”, habelə İŞİD-lə bağlarının olması, eləcə də təkfirçi terrorist imajının bir anda legitim dövlət başçısı simasına dəyişdirilməsi əl-Qolaninin personası ətrafında müzakirəli bir xeyli genişləndirir. Hazırda əsas məsələlərdən biri budur ki, cübbəni kostyuma dəyişən əl-Şaraa rəhbərlik etdiyi ölkəni də Qərb standartlarına uyğun formalaşdırmaq niyyətindədir. Onun hansısa simaya bürünüb sonda Suriyanı Əfqanıstan modelinə çevirəcəyi inandırıcı görünməsə də, keçmişinin kölgəsinin əl-Qolani qarabaqara izlədiyi məlumdur.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 24 Dekabr 2024 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri