“Təklif Putinin idi, amma özü gəlmədi”
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
“Görüş təklifi Putinin idi, lakin Rusiya bu görüşdə aşağı profilli nümayəndə heyəti ilə iştirak edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib:
“Rusiya aşağı səviyyədə təmsil olunsa da, prezident Ərdoğana və Trampa hörmət olaraq nümayəndə heyətimizi İstanbula yolladıq. Heyətimiz atəşkəs istiqamətində ilk addımın atılması üçün görüşlərdə iştirak edəcək.
Rusiya müharibəni bitirmək istəmir. Rusiya nümayəndə heyətinin tərkibindəki adlar bunu göstərir. Onlar aşağı profilli nümayəndə heyəti ilə iştirak etdiyinə görə, mənim nümayəndə heyətimin heç bir müqavilə bağlamaq səlahiyyəti olmayacaq. Konstruktiv olacağıq, amma mənim və ya Baş Qərargah rəisimin iclasda olmasına ehtiyac yoxdur. Putin özü gəlmədi.
Düşünürəm ki, bütün tərəflər danışıqlara hazır olduqlarını təsdiq etməlidirlər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 15 May 2025 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















