Icma.az
close
up
RU
Təklif ürəkaçandır, amma büdcəyə pul lazımdır İqtisadçı

Təklif ürəkaçandır, amma büdcəyə pul lazımdır İqtisadçı

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Vergi güzəştləri müsbətdir, amma belə qərarlar həm iqtisadi, həm də maliyyə reallıqları nəzərə alınaraq qəbul edilməlidir

"Azərbaycanda indən sonra yeni iş yeri açan və yaxud da əmək haqqını artıran sahibkarların ödədikləri əmək haqlarına ən azı bir il müddətinə vergilərdən 50 faiz güzəşt tətbiq olunsun".

Bunu Milli Məclisin plenar iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.

Deputat bildirib ki, sadələşdirilmiş verginin həcminin 200 mindən 400 minə qədər artırılması və bunun nağdsız ödənişlərə bağlanması bir mühüm bir yenilikdir: “Hazırda Azərbaycan dövlət büdcəsi gəlirlərinin hər 100 manatından 44 manatı verginin hesabına, 18 manatı isə gömrük ödənişləri hesabına formalaşır. Gürcüstan dövlət büdcəsində dövlət büdcə gəlirlərinin hər 100 manatının 78 manatı vergi hesabına formalaşır. Türkiyənin dövlət büdcəsində hər daxil olan 100 manatın 86 faizi dövlət vergilərinin hesabına formalaşır. Yəni Azərbaycanda vergi siyasəti kifayət qədər yumşaq, vergi yükü digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır və bu istiqamətdə dövlətin iqtisadi siyasətinin həqiqətən də sosial olduğunu deməyə bir də əsas verir. Amma bu o deməkdir ki, bu istiqamətdə vergi dərəcələrinin deyil, vergi bazasının artması yönündə də müəyyən işlər görmək lazımdır. Biz hər zaman vergi güzəştləri, vergilərin azad olunması ilə bağlı danışmışıq. Hazırda Azərbaycanda dövlət büdcəsindən gəlirlərdən 7,3 milyard manat həcmində azadolmalar mövcuddur. Bunun təxminən 3,5 milyardı gömrükdən azadolmalardır, 3,8 milyardı isə sahibkarlıqdan azadolmalardır. Bu dövlət büdcəsi gəlirləri 20%-ə yaxındır. Belə halda istənilən bir vergidən güzəştlər məqsədli və müddətli olur. Məqsədimiz də aydındır, vergi bazasının artması, daha çox insan və sahibkarların şəffaflaşması ilə bağlıdır. Azərbaycan dövlətinin, xüsusən hökumətin apardığı vergi siyasəti kifayət qədər effektivdir, yumşaqdır və eyni zamanda gəlirlərə və öz ölkənin sosial vəziyyətinə uyğunlaşan bir siyasətdir”.

Tahir Mirkişili qeyd edib ki, Azərbaycanda həm də nail olacağımız ən mühüm göstəricilərdən biri məşğulluğun artması və daha çox iş yerlərinin açılması ilə bağlıdır: “Təklif etmək istəyərdim ki, Azərbaycanda indən sonra yeni iş yeri açan və yaxud da əməkhaqqını artıran sahibkarların ödədikləri əməkhaqlarına ən azı bir il müddətinə vergilərdən 50 faiz güzəşt tətbiq olunsun. İkincisi, Azərbaycanda indi universiteti qurtaran, universiteti qurtarıb ilk dəfə əmək bazarına daxil olan insanlara da vergi güzəştləri tətbiq etmək lazımdır ki, bu məşğulluqda daha çox effekt versin”.

İqtisadçı Xalid Kərimli Sherg.az-a açıqlamasında vergi güzəştlərinin tətbiqinin istənilən halda iqtisadi baxımdan müsbət tendensiya olduğunu deyib. Onun sözlərinə görə, sahibkarları yeni iş yerləri açmağa və əməkhaqqını artırmağa təşviq edir, eyni zamanda universiteti bitirib ilk dəfə əmək bazarına daxil olan gənclərin məşğulluq imkanlarını genişləndirir: “Bu cür tədbirlər həm işçi qüvvəsinin aktivliyini yüksəldir, həm də daxili tələbi stimullaşdıraraq iqtisadi fəallığı gücləndirir. Lakin bir reallıq da var ki, verilməyən vergilər dövlət büdcəsinin toplanmayan gəlirləridir.

Vergi güzəştləri dövlət büdcəsinin gəlirlərinin azalması deməkdir. Dövlət büdcəsi isə bir sıra sahələrdə xərcləri qarşılamalıdır. Buraya ordunun saxlanılması və silah-sursat alışı, pensiya və sosial müavinətlərin ödənilməsi, hüquq-mühafizə orqanları, ədliyyə və məhkəmə sistemlərinin fəaliyyətinin təmin olunması daxildir. Əgər dövlət vergi gəlirlərindən imtina edirsə, bu xərclərin hansı mənbələr hesabına qarşılanacağını nəzərə almaq vacibdir.

Mən hesab edirəm ki, büdcə xərclərinin azaldılması üçün dövlətin balacalaşması, yəni xərclərin optimallaşdırılması və səmərəli idarə olunması mümkündür, amma hazırkı şəraitdə belə bir niyyət və ciddi addımlar görünmür. Neft Fondunun gəlirlərinin azalması isə əlavə çətinliklər yaradır, çünki bu vəsaitlər uzun illər ərzində büdcənin maliyyələşdirilməsində vacib rol oynayıb”.

İqtisadçı qeyd edib ki, vergi güzəştlərinin iqtisadi stimul kimi faydaları olsa da, bunlar yalnız dövlət maliyyə imkanları daxilində həyata keçirilməlidir. Əgər büdcədə kifayət qədər vəsait yoxdursa, güzəştlər dövlətin maliyyə sabitliyini riskə atmış olar: “Dövlət sahibkarlara və gənclərə vergi güzəştləri edə bilirsə, bu təşəbbüs müsbət qarşılanmalıdır, amma bu addımın reallıqla uyğunluğu və büdcəyə təsiri diqqətlə analiz edilməlidir.

Bir daha qeyd edirəm, vergi güzəştləri iqtisadi stimul yaratmaqla yanaşı büdcəyə də potensial yük gətirir. Belə qərarlar həm iqtisadi, həm də maliyyə reallıqlarını nəzərə alaraq balanslı şəkildə qəbul edilməlidir. Bəli, təklif müsbət və ürəkaçandır, reallıqda isə büdcəyə pul lazımdır. Əgər bu şərtlər altında dövlət vergi güzəştləri edə bilirsə, etsin!” .

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Noyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri